Azerbaycan Genel

 

Azərbaycan Telefon Rəhbəri


Şəhər adı Kod Şəhər adı Kod
Ağcabədi 113 Qazax 279
Ağdam 192 Qəbələ 160
Ağdərə 148 Qobustan 150
Ağdaş 193 Quba 169
Ağstafa 244 Qubadlı 133
Ağsu 198 Qusar 138
Astara 195 Lacı n 146
Bakı 12 Lənkəran 171
Balakən 119 Lerik 157
Beyləqan 152 Masallı 151
Bərdə 110 Mərəzə 150
Biləsuvar 159 Mingəcevir 147
Cəbrayıl 118 Naftalan 255
Cəlilabad 114 Naxcıvan 136
Daşkəsən 216 Neftçala 153
Dəvəçi 115 Oğuz 111
Əli-Bayramlı 197 Saatlı 168
Fizuli 141 Sabirabad 143
Gədəbəy 232 Salyan 163
Gəncə 230 Samux 265
Goranboy 234 Siyəzən 190
Göyçay 167 Sumqayıt 164
Hadrut 112 Şamaxı 176
Hacıqabul 140 Şəki 177
Xaçmaz 172 Şəmkir 241
Xankəndi 162 Quba 191
Xanlar 230 Tərtər 246
Xızı 199 Tovuz 231
Xocalı 102 Ucar 170
Imişli 154 Yardımlı 275
Ismayıllı 178 Yevlax 166
Kəlbəcər 237 Zaqatala 174
Kurdəmir 145 Zərdab 135
Qax 144 Zəngilan 196


Azərbaycan'ın Milli Qəhrəmanları

ABBASOV MEHDİ
BAYRAMOV SOLTANAĞA
ƏLİYEV VASİLİ
ABDULLAYEV MAŞALLAH
BEHBUDOV SƏFİYAR
ƏLİYEV YAVƏR
ABDULLAYEV NAMİQ
CƏBRAYILOV FƏXRƏDDİN
ƏLİYEV YUNİS
ABDULLAYEV RÖVŞƏN
CƏBRAYILOV MİKAYIL
ƏLİYEV YUSİF
ABDULLAYEV ŞÖVQİYAR
CƏFƏROV FAİQ
ƏMİROV FAİQ
AĞAYEV ELDAR
ÇİRİNQOV RAMAZAN
ƏSƏDOV ƏSƏD
AĞAYEV BƏYLƏR
ÇOBANOV ŞAMOY
ƏSƏDOV MALİK
AĞAYEV FAİQ
DAVİDOVİÇ ANATOLİ
ƏSƏDOV RƏFAEL
AĞAYEV FƏRHAD
EDİLOV YELMAR
ƏSGƏROVA GÜLTƏKİN
ALICANOV RAFİQ
ƏHƏDOV ELŞAD
ƏSGƏROVA SALATIN
ALLAHVERDİYEV BƏXTİYAR
ƏHMƏDOV ƏSƏD
EYVAZOV QORXMAZ
ALLAHVERDİYEV ELBRUS
ƏHMƏDOV MÜBARİZ
FƏRƏCOV ƏNVƏR
ALLAHVERDİYEV NAMİQ
ƏHMƏDOV NATİQ
FƏRZƏLİYEV PƏHLİVAN
AQARUNOV ALBERT
ƏHMƏDOV RİAD
GÜLƏLİYEV OQTAY
ARAZOV ƏNVƏR
ƏKBƏROV RÖVŞƏN
HACIYEV ƏLİF
ASLANOV NİYAZİ
ƏKBƏROV AKİF
HACIYEV ETİBAR
ASLANOV ŞİKAR
ƏLİYEV EHTİRAM
HACIYEV FİKRƏT
ATAKİŞİYEV İNTİQAM
ƏLİYEV ƏLƏKBƏR
HƏBİBOV RƏFAEL
ATAKİŞİYEV ASLAN
ƏLİYEV ƏLİYAR
HƏSƏNOV MƏHƏMMƏD
AXUNDOV SƏFA
ƏLİYEV ƏMİRASLAN
HƏSƏNOV ELDAR
AZNAUROV İSGƏNDƏR
ƏLİYEV ƏSGƏR
HƏSƏNOV İLHAM
BABAYEV ÇİNGİZ
ƏLİYEV ETİBAR
HƏSƏNOV SƏYAVUŞ
BABAYEV ƏJDƏR
ƏLİYEV İLHAM
HƏSƏNOV TABİL
BABAYEV NAZİM
ƏLİYEV İMAMVERDİ
HƏSƏNOV TAHİR
BAĞIROV ALLAHVERDİ
ƏLİYEV NADİR
HÜMBƏTOV FƏRHAD
BAĞIROV TAHİR
ƏLİYEV RÖVŞƏN
HÜSEYNOV ƏFQAN
HÜSEYNOV ELMAN
MƏDƏTOV FARİZ
MURTUZƏLİYEV SERGEY
HÜSEYNOV ELŞAD
MEHDİYEV FAZİL
MUSAYEV AQİL
HÜSEYNOV ELŞƏN
MƏHƏRRƏMOV SƏXAVƏT
MUSAYEV FƏXRƏDDİN
HÜSEYNOV RÖVŞƏN
MƏHƏRRƏMOV ASİF
MÜSLÜMOV VALEH
HÜSEYNOV SADIQ
MƏMMƏDOV AQİL
MUSTAFAYEV ALI
HÜSEYNOV ŞAHLAR
MƏMMƏDOV AYTƏKİN
MUSTAFAYEV ÇİNGİZ
HÜSEYNOV TOFİQ
MƏMMƏDOV ƏLİ
NAĞIYEV DİLQƏM
HÜSEYNOV VÜQAR
MƏMMƏDOV ELŞAD
NƏCƏFOV FƏXRƏDDİN
İBRAHİMOV MİRƏLƏKBRƏR
MƏMMƏDOV İBRAHİM
NƏCƏFOV YUNİS
İBRAHİMOV NURƏDDİN
MƏMMƏDOV KAZIM
NƏSİBOV KAMİL
İBRAHİMOV RASİM
MƏMMƏDOV MÖVSÜM
NƏSİBOV MƏRİFƏT
İSGƏNDƏROV ƏLABBAS
MƏMMƏDOV NATİQ
NƏSİROV YALÇIN
İSGƏNDƏROV FAMİL
MƏMMƏDOV NİZAMİ
NƏSRƏDDİNOV RAFİQ
İSMAYILOV ETİBAR
MƏMMƏDOV SAHİL
NƏZƏRLİ HİKMƏT
İSMAYILOV İLQAR
MƏMMƏDOV SƏFƏRALI
NİFTƏLİYEV CƏMİL
İSMAYILOV İNQİLAB
MƏMMƏDOV SEYMUR
NOVRUZOV ƏLƏSGƏR
KARLOV YEVGENİ
MƏMMƏDOV XANOĞLAN
NURİYEV ELNUR
KƏRİMOV BƏŞİR
MƏMMƏDOV ELDAR
OCAQVERDİYEV SƏRXAN
KƏRİMOV ELGİZ
MƏNSUROV BƏHRUZ
ORUCOV VƏZİR
KƏRİMOV KAZIMAĞA
MİRABOV RƏŞAD
PAŞAYEV BAXŞEYİŞ
KƏRİMOV KƏRİM
MİRZƏYEV KƏRƏM
POLOVİNKO RUSLAN
KOVALYOV YURİ
MİRZƏYEV ŞİRİN
QASIMOV İXTİYAR
MAHMUDOV ƏRƏSTUN
MİRZƏYEV YUSİF
QASIMOV MUXTAR
MAKEYEV İQOR
MURADOV HİKMƏT
QƏDİMƏLİYEV ARİF
MƏCİDOV ELDAR
MURADOV RUSLAN
QƏHRƏMANOV FARİZ
MƏCİDOV ZAKİR
MÜRSƏLOV VÜQAR
QƏNBƏROV RAMİZ
QUBADOV ARİF
RZAYEV CANBULAQ
SEYİDOV MƏHƏRRƏM
QULİYEV MƏDƏT
RZAYEV QASIM
SEYİDOV MİRƏSGƏR
QULİYEV MƏTLƏB
RZAYEV RÖVŞƏN
ŞİKAROV ŞİKAR
QULİYEV NOFƏL
ŞAHBAZOV FƏXRƏDDİN
SLESARYOV MİXAİL
QULİYEV VAHİD
ŞAHBAZOV YAVƏR
ŞÜKÜROV ŞAHLAR
QULİYEV ZABİT
ŞAHVERDİYEV İSRAFİL
TAĞIYEV ŞAHİN
QULİYEV AQİL
SALAHOV ŞAKİR
TAĞIZADƏ ELDAR
QULİYEV EMİN
ŞAMOYEV FİRUDDİN
TƏHMƏZOV PAŞA
QULİYEV MİRZƏ
SARIYEV ZAUR
TEYMUROV RİZVAN
QULİYEV NAZİM
SAYADOV MEHMAN
XASIYEV SAMİR
QURBANOV NOVRUZ
SƏDİYEV VƏZİR
XƏLİLBƏYLİ TƏBRİZ
RAMAZANOV ŞAMİL
SƏFƏROV CƏLİL
XƏLİLOV ELDAR
RƏFİYEV FAİQ
SƏFƏROV SƏRDAR
YƏHYAYEV ELŞAD
RƏHİMOV CAVANŞİR
SƏLİMOV ARAZ
YUSİFOV NAİQ
RƏHİMOV KOROĞLU
SƏMƏDOV PƏRVİZ
YUSİFOV ROMAN
RÜSTƏMOV FÜZULİ
SENYUŞKİN SERGEY
YUSİFOV ZAKİR
RÜSTƏMOV HİDAYƏT
SERYOGİN VİKTOR
ZÜLFÜQAROV ELXAN
RÜSTƏMOV MƏZAHİR
ZÜLFÜQAROV SAMİR


Heydər Əliyev Fondu


FONDUN YARADILMA SƏBƏBLƏRİ
Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi;
Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti;
Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti;
Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi.



FONDUN STRUKTURU
Fondun strukturu özündə kollegial və vahid hakimiyyətli rəhbərlik üsullarını birləşdirir.
Fondun icraçı orqanı Prezidentdir. Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Prezident proqramların təsdiqlənməsi və onların həyata keçirilməsi üzrə ümumi rəhbərlik, fondun fəaliyyətinin məqsədli prioritetlərinin, strukturunun və kadr tərkibinin müəyyən olunması və nizamnamə ilə müəyyən olunmuş digər məsələləri həll edir.
Fondun işinə bilavasitə rəhbərlik etmək üçün İcraçı direktor vəzifəsi təsdiq olunmuşdur ki, o da Prezident tərəfindən onun vəzifələri sırasına daxil edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. İcraçı direktor Fondun proqram və tədbirlərinə cari nəzarəti həyata keçirir. O, həmçinin onun səlahiyyətləri sırasına daxil edilmiş məsələlər çərçivəsində Fondun səlahiyyətli nümayəndəsidir.
Fondun nəzdində Ekspert Şurası fəaliyyət göstərir ki, onun da əsas məqsədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etməkdən ibarətdir. Ekspert Şurası müxtəlif ixtisaslı ekspertlərdən ibarətdir. Ekspertlərin vəzifəsi müvafiq rəyləri, hesabatları və məruzələri hazırlayıb Prezidentə təqdim etməkdən ibarətdir. Şura konsultativ strukturdur.
Konkret ixtisaslaşdırılmış funksiyaların və tapşırıqların yerinə yetirilməsi üçün Fondun strukturunda aşağıdakı qurumlar yaradılmışdır:

Nümayəndəliklər
Hüquq şöbəsi
Mühasibatlıq şöbəsi
Humanitar proqramlar departamenti
Mədəniyyət və turizm şöbəsi
Sosial siyasət şöbəsi
Təhsil, gənclər və idman şöbəsi
Beynəlxalq əlaqələr departamenti
Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi
MDB ölkələri ilə əlaqələr şöbəsi
Xarici ölkələr ilə əlaqələr şöbəsi
İctimaiyyətlə əlaqələr departamenti
Hüquqi və fiziki şəxslər ilə əlaqələr şöbəsi
KİV ilə əlaqələr şöbəsi
İşlər Departamenti
İnsan resursları şöbəsi
Ümumi şöbə
Təsərrüfat şöbəsi
Protokol şöbəsi
Analitik- informasiya şöbəsi
Təbliğat və tədqiqat şöbəsi
Mühafizə şöbəsi

Qarabağ haqqında həqiqi faktlar
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” (The series of “The true facts about Garabagh”) seriyasından kitablar:

1.“Qarabağın tarixi haqqında qısa informasiya” (“Brief Information of the history of Garabagh” )
2.“Azərbaycana qarşı erməni terror dəstələrinin fəaliyyəti” (“Activity of Armenian terrorist organizations against Azerbaijan”)
3.“Xocalı soyqırımı” (“The Khojaly genocide”)
4.“Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün nəticələri” (“Consequences of Armenian aggression against Azerbaijan”)
İngilis dilində hazırlanmış bu kitablar 2006-cı ildə cap edilmişdir.

alinti



Lerik şəhəri



Bakı ilə arasında məsafə 323 km
Əhalisi 66200 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Lənkəran – Lerik avtobusları, Bakı – Lerik – 9 saat

Talış dağlarının zirvəsində Azərbaycaınn ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Burada adama elə gəlir ki, əlini uzatsa göyə toxunmaq olar. Təbiət bu yerlərdən özünün heç bir nemətini əsirgəməmişdir: əzəmətli dağlar, bakirə meşələr, büllur kimi saf sulu çaylar və şəlalər, təmiz hava və bərəkətli torpaqlar… Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır. Payız fəslində Lerikdə tez-tez yağış yağır, kənd yollarında gediş-gəliş çətinləşir. Yayda orta temperatur +20 C-dən +25 C-yə qədər olur. Bülüdül (rayon mərkəzindən məsafəsi 20 km) və Zərinqala (17 km) təbii istirahət zonaları çox məşhurdur. Burada ləzzətli su bulaqları var. Meşələrdə və Lerik çayının sahillərində qaban, dovşan, tülkü, kəklik və ördək ovlamaq üçün əlverişli şərait var. Meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə də rast gəlmək olar. Hazırda bu nadir heyvanın qorunub saxlanması üçün müvafiq elmi proqram həyata keçirilir.
Bu regionun bənzərsiz təbiəti ilə yanaşı özünəməxsus mədəniyyəti və qədim tarixi də onu məşhurlaşdırır. Burada tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII – XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən bu kənddə olmuş, ordakı qədim abidələ baxmış, kənd sakinləri ilə söhbət etmişdir. Düma öz əsərlərinin birində bu kənddə yaşayan qadınlardan birinin rəşadətini təsvir etmişdir.
Lerik həmişə uzunömurlulər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Mahmud Eyvazov isə 150 il yaşamışdır (1808-1958). Hazırda bu rayonda yaşı 100-ü çoxdan keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır.
Rayonun inzibati mərkəzi – Lerik şəhəri uca dağlar və münbit düzənlik ərazi arasında yerləşir. Burada Siz yerli diyarşünaslıq muzeyinə getmək və Qarabağ müharibəsi şəhidlərin xatirəsinə ucaldılmış memoriala baxmaq imkanı əldə edəcəksiniz.

Harada qalmaq olar
Rayonun mərkəzində yerləşən ikimərtəbəli Qonaq Evi Tel. 5 42 76 bütün kommunal xidmətlərilə qonaqların istifadəsindədir.

Harada nahar etmək olar
Lerik – Lənkəran şosse ətrafında və əyləncə üçün şəraiti olan «Təbəssüm» Tel. 5 51 51, «Xəyal» Tel. 5 47 63, «Elgün» restoranları vardır. «Avtovağzal» Tel. 5 44 78, «Tural», «Röya» restoranları yüksək xidmət göstərir.

alinti


Azərbaycan, Odlar Yurdu


Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.

Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik. Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər. Xalqımızın istedadı və yaradıcılıq qüdrəti "Kitabi-Dədə Qorqud", "Oğuznamə", "Koroğlu" və bir çox başqa epik abidələrdə təcəssüm etmişdir.

Bu bərəkətli, səxavətli və mehriban torpaq bir çox mütəfəkkirlərin, filosofların, alimlərin, şairlərin, memarların, müsiqiçilərin, rəssamların beşiyi olmuşdur. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır. Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, C.Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza kimi dahilər bəxş etmişdir.

Doğma diyarın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev və digər istedadlı fırça ustalarının boyakarlıq lövhələrində əksini tapmışdır.

Xalq müsiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarları bu gün bütün dünyada səsləndirilən əsərlər bəstələməyə ruhlandırmış, Bülbül, Rəşid Behbudov kimi sehirli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq olan ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycanda elmin və maarifin çoxəsrlik tarixi vardır. 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının institutları respublikada elmin, təhsilin və mədəniyyətin inkişafında müstəsna rol oynamışlar. Bu gün respublika alimlərinin maraq dairəsinə Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirləri və s. problemlər daxildir.

Onlarla ali məktəb və texnikumlar, minlərlə məktəb, kollec və litseylər, ilahiyyət məktəbi - budur bugünkü Azərbaycanın təhsil sisteminin mənzərəsi.

Respublika alimlərinin həll etdikləri mühüm problemlərdən biri Xəzər dənizinin, Azərbaycanın müxtəlif bölgələrinin ekologiyasının qorunub saxlanmasıdır. Alimlərin səyləri sayəsində onlarla qoruq - Qızılağac, Şirvan, Zaqatala, Ağgöl, Girkan və s. yaradılmışdır.

Onilliklər boyu ölkə sənayəsini neftçıxarma, neft-kimya və neft emalı, kənd təsərrüfatını isə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və maldarlıq təmsil etmişdir.

Azərbaycanın iqtisadiyyatını canlı orqanizmə bənzətsək, etiraf edilməlidir ki, onun damarlarından neft axır. Azərbaycanda yer altından neftin, yanar qazın çıxması bu yeri hələ qədim zamanlarda hər yerdə məşhur etmişdir.

Azərbaycan ta qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda Yanardağ deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda, Babadağda… yerdən qaynar sular çıxır.


Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən Atəşgah vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda tapınan atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib onu Abşeronda tapıblar və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar.


Bu gün də "Azərbaycan" deyəndə göz önünə onun əsas sərvəti olan neft gəlir. Neft təkcə sərvət yox, həm də şöhrətdir. Uzaq zamanlarda bu diyara yer altından çıxıb gölməçələrdə qərar tutan xüsusi qoxusu, rəngi olan mayenin ardınca uzaq-uzaq ölkələrdən gəlirdilər. Min illər boyu tuluqlara doldurulmuş nefti Şərqə, Qərbə dəvə karvanları ilə aparırdılar. Azərbaycandan aparılan neftdən təkcə işıq üçün yox, həm də bir çox xəstəliklərdə qiymətli dərman kimi istifadə edirdilər. Əsrlər bir-birini əvəz etdikcə yaxın-uzaq ölkələrdə neftə olan tələbat durmadan artırdı.


XIX əsrdən başlayaraq bütün dünyada sənayenin yüksəlişi ilə əlaqədar olaraq neftə olan ehtiyac görünməmiş bir sürətlə artdı. Həmin əsrdən başlayaraq neft məişət vasitəsindən çıxaraq siyasətə çevrilir. Tarixə elm-texnika əsri kimi daxil olmuş XX əsrdə isə neft məsələsi dünya məsələsinə çevrilir. Neft ölkələrində xüsusi neft siyasəti, neft strateqiyası meydana gəlir.

Bu gün Azərbaycanda nəhəng enerji layihələri yerinə yetirilməkdədir. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində neft və qaz layihələri uğurla həyata keçirilir. Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə çevrilmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə (Ermənistan Dağlıq Qarabağ və onun inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonu işğal edib. Ölkənin 8 milyonluq əhalisinin 1 milyonu qaçqın-köçkündür) .
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi...



AZƏRBAYCANIN ƏRAZİSİ


Ərazisi

86.6 min km2 (12% meşələr, 1.7% su hövzəsi, 54.9% yararlı torpaqlar, cümlədən 31.1 % otlaq və biçənəklə,31.4% sair torpaqlar).Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km

Böyük göllər, km2
Sarısu - 67.0
Ağgöl - 56.2
Ağzıbirçala - 37.0
Mehman - 35.0
Böyükşor - 9.2
Hacıqabul - 8.4

Dünyada ən böyük göl -Xəzər dənizi
sahəsi 400000 km2, dərinliyi-1025 m.
Ən yüksək dağ zirvəsi
Bazardüzü - 4466 m.

Qonşuları

Dövlət sərhədləri Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km

Böyük adalar km2
Pirallahı - 14.4
Çilov - 11.5
Xərə-Zirə - 3.5
Böyük-Zirə - 1.4

Böyük çaylar km
Kür - 1515
Araz - 1072
Alazan (Qanıx) - 413
İori (Qabırrı) - 389
Samur - 216
Tərtər - 200




Bakı tarixi


Abşeron yarımadasında tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sьbut edir. Artyom, Zığ gцlь ətrafı, Şьvəlan, Mərdəkan, Binəgədi, Əmircan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatзılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dцvrdə buranın yaşayış məntəgəsi olduğunu gцstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (15 əsr) "Baka", Səfəvilər dцvrь farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.

9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qьvvətlənməsi Xilafətə tabe цlkələrdə bir sıra mьstəqil dцvlətlərin yaranmasına səbəb oldu. Belə dцvlətlərdən biri də Şirvanşahlar dцvləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə зevrildi. Əhali sənətkarlıq, ticarət, bağзılıq, bostanзıliq, ьzьmзьlьk, baramaзılıq, əkinзilik, neftзıxarma, baliqзıliq və s. ilə məşğul olurdu.

Zəfəran da əkilirdi.İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Ərəb səyyahı Əbu Dьləfin (10 əsr) məlumatına gцrə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir gцtьrьlьrdь. Feodal mьnasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb цlkələri arasındakı ticarətdə mьhьm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Зin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. цlkələrə neft ixrac olunurdu.

Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dцvrь keзirirdi. 1191 ildə Qızıl Arslan Şamaxını tutdugda Şirvanşah 1 Axsitan mьvəqqəti olaraq paytaxtı Bakıya kцзьrmьşdь. Şirvanşahlar şəhərin mцhkəmləndirilməsinə xьsusi diqqət verirdilər. 12 əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.

Qız Qalası da şəhərin mьdafiə sisteminə daxil idi. 1232-35 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində mцhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində qьclь donanma yaratdılar.

13 əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmьddətli mьhasirədən sonra şəhəri aldılar. Bakıda neft зıxarılması və ticarət tənəzzьlə uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xьsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mцvqeyi yьksəldi. 14 əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa цlkələri və s. yerlərə mьxtəlif mallar, xьsusən ipək, xalзa və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla gцstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14 əsr), Qız Qalası yaxinliğında Multani (hind) karvansarası (15-16 əsrlər) və s. Şərq цlkələri ilə geniş ticarət əlaqələrinin mцvcudluğunu sьbut edir. Bakıda hind tacirləri yaşayırdı.

Şirvanşah 1 Xəlilьllahın dцvrьndə (1417-62) Bakıda mьhьm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dцvrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yьksəlirdi. 15 əsrin 2-ci yarısında Bцyьk Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.

1501 ildə Şah İsmayıl Şirvana hьcum edərək Bakını aldı. Səfəvi hцkmdarı 1 Təhmasib 1538 ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dцvlətinə birləşdirdi. Səfəvi - Osmanlı mьharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keзdi. Mərkəzi hakimiyyətin qьvvətlənməsi, məhsuldar qьvvələrin inkişafını ləngidən feodal зəkişmələrinə, dağıdıcı mьharibələrə son qoyulması 17 əsrin 40-cı illərində şəhərin yьksəlişinə təkan verdi. Səfəvilər dцvrьndə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalзaзılıqla məşğul olurdu. 16-18 əsrlərdə sənətkarlıq, xьsusilə xalзaзılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mьhьm yer tuturdu. 17-18 əsrlərə aid tarixi abidələr bu dцvrdə Bakıda me"marlıq, həkkaklığın da inkişaf etdiyini gцstərir.

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi stratejik əhəmiyyəti 18 əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.

18 əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cьmlədən Bakı xanlığı yarandı. Ara mьharibələri bьtьn Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18 əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hьcumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzьlə uğramasına səbəb oldu. 1796 ilin yazında 2 Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbcana yьrьş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin əvvəlində general P.D.Sisianov Bakının komendantı tə"yin olundu. 2 Yekaterinanın цlьmьndən sonra oğlu 1Pavel V.A.Zubovu geri зağırdı. Зar qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin əvvəlində 1 Aleksandr Xəzər-sahili vilayətlələri, ilk nцvbədə Bakını tutmaq planı ilə xьsusi maraqlanırdı. Rusiya-İran mьharibəsi (1804-13) bu planın həyata keзirilməsini sьr"ətləndirdi. 1805 il avqustun 12-də зar qoşunu Bakını mьhasirəyə aldı, lakin mьvəffəqiyyət qazanmayaraq geri зəkildi.

1806 ilin əvvəlində general P.D.Sisianovun qoşunları yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hьseynnqulu xanla danışıqlar zamanı general P.D. Sisianov цldьrьldь. 1806 il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gьlьstan sьlhь ilə Şimali Azərbaycan, o gьmlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Abşeronda illik neft istehsalı 200-300 min puda зatırdı. 1847 ildə Bakının Bibiheybət sahəsində mexaniki ьsulla ilk neft quyusu qazılmasina təşəbbьs gцstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879 ildə Bakıda 9 qazma buruğu vardısa, 1900 ildə onların sayı 1710-a зatdı. Bakı nefti dьnya miqyasina зıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, e"malatxanalar, tьtьn fabrikləri, buxar mьhərrikləri ilə işləyən dəyirmanlar yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi. 1883 il mayın 8-də Bakı-Tiflis dəmir yolu istifadəyə verildi. 1899 ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi

Nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti зəkildi.
19 əsrin sonu - 20 əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901 ildə Bakı dьnyada istehsal olunan neftin yarıdan зoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft e"malı zavodu var idi. Başqa sənaye sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi tə"miri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə və spirt zavodları, elektrik stansiyaları, buxar dəyirmanları işləyirdi. Bakıda poliqrafiya işi də inkişaf edirdi.

28 may Azərbaycan xalqının bцyьk bayramıdır. 1918-ci ilin həmin gьnьndə Azərbaycan Respublika e"lan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası sьr "ətlə inkişaf edirdi.

1918-ci il 15 sentyabr - Bakı şəhəri Anadolu və azərbaycan tьrklərindən ibarət Qafqaz - İslam ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın paytaxtı e"lan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dцvlət Unibersiteti yaradılmışdır.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 1920-ci ilin aprelin 28-də Bakıda Sovet Həkimiyyəti qurulmuşdur. 1922-ci ilin dekabırın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dцvrьndə Bakı inkişaf etməkdə davam edirdi.

1920-1921-ci tədris ilində Bakıda ilk ali məktəblər - Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrьfatı İnstitutu yaradıldı.1923-cь ilin iyunun 5-də M.F.Axundov adına kitabxananın rəsmi aзılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.Bakı şəhərində 1923-cь ildə elektrik tramvay xətti зəkilməyi başlayır və bu 1924-cь il fevralın əvvəlində istismara verilir. 1926-cı ildə Sovet İttifaqında ilk elektrik dəmir yolu - Bakı - Sabunзu elektrik dəmir yolu işə salınmışdır.

1940 - 1945 illərdə iqtisadiyyatını cəbhə yoluna keзirilməsi məqsədi ilə Respublikada bцyьk işlər gцrьlьrdь. Yьngьl və yeyinti sənayeləri cəbhə ьзьn işləməyə başladı. Kiзik bir vaxtda Bakı dцyьşən ordunun ən mьhьm arsenalına зevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq ьзьn yeni texnologiya yarandı. 1941-ci ildə neftзilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən зox 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ьmumiyyətlə mьharibə illərində Azərbaycan neftзiləri цlkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm ьzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu.

1988-ci il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkati başlanmışdır. 1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın tцrətmişdir. Dağьstь parkda Şəhidlər xiyabanı yerləşir. Burada Azərbaycanın mьstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın qəbirləri var. Şəhidlər Xiyabanı bьtьn Azərbaycan xalqının ziyarətgahıdır. 18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika e"lan edildi. Bakı Sovet dцvrьndə olduğu kimi indiki mьstəqillik dцvrьndə də Azərbaycanın paytaxtıdır.



AZƏRBAYCAN DİLİ, Bunları bilməliyik




Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandrıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb-gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şer məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də ("Сравнительный словарь турецко-татарских языков") var. M.Əfşarın Azərbaycan dilinə aid "Fənni-sərfi-türki" ("Türk dilinin qrammatikası") adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu "Fyüzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur:

Maddə 21. Dövlət dili

1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll edəcəkdir.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra müəyyən əlaqələr yaransa da, bu ayrılıq xüsusən dil baxımından davam etməkdədir.

Bu iki yüzillik fərqli mühit bütün sahələrdə olduğu kimi, ədəbi dil sahəsində də davam etməkdədir. Müstəqil Azərbaycanın dilində rus, güney Azərbaycanın dilində isə fars dilinin təsiri özünü hələ də göstərir. Hazırda Şimal və Cənubi Azərbaycan ədəbi dilləri arasında leksik, fonetik və müəyyən qrammatik fərqlər (xüsussən sintaksis sahəsində) qalmaqda davam edir.

Bu fərqlərin ekstralinqvistik səbəbləri var. 1991-ci ilə kimi Rusiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 76 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə, bəlkə daha artıq əsərlər çap edilmişdir. Demək olar ki, elə bir xalq qalmamışdır ki, onların ədəbiyyatının görkəmli nümunələri, Qədim Yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlər Azərbaycan dilinə tərcümə edilməmiş olsun. Hazırda bütün fənlərə (riyaziyyat, fizika, kimya, təbabət və s.) aid Azərbaycan dilində dərsliklər yazılmış və ya həmin dərsliklər başqa dillərdən Azərbaycan dilinə tərcümə edilmişdir.

Bir-iki qəzet-jurnal nəzərə alınmazsa, İran Azərbaycanında Azərbaycan ədəbi dili faktik olaraq işlənmir.

İraq azərbaycanlılarının Azərbaycdan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlıların ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Son illər müxtəlif ölkələrdə yaşayanların ədəbi dillərinin yaranması və inkişafı prosesində Azərbaycan ədəbi dilinə yaxınlaşmaq meyilləri aydın hiss olunur və bu prosesin uğurla nəticələnəcəyinə ümidlə baxmaq olar.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər,yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.

Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.

Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir. Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

Qız qalasının sirri…



Nəsrəddin Tusi adına Elm-Təhsil Mərkəzi
Elmi-Kütləvi Dərgi

Od məbədi, rəsədxana, yoxsa müdafiə istehkamı?

Üzərindən əsrlər, illər keçməsinə baxmayaraq, Qız qalasının tarixi hələ də bizlər üçün sirr olaraq qalır.
Bu günə qədər bu abidə ətrafında müxtəlif versiyaların irəli sürülməsinə baxmayaraq, onun nə zaman və hansı məqsədlərlə tikilməsi dəqiq məlum deyil. Sadəcə, ortada müxtəlif versiyalar var. Bəzi alimlərin qənaətincə, bu qala hərbi və müdafiə təyinatlı olub Azərbaycanın şimal sərhədlərindən- Dərbənd qalasından başlanan bütöv bir hərbi-müdafiə tikililəri kompleksinin bir hissəsidir. Gilgilçay müdafiə istehkamları kompleksi dənizdən başlanırdı. Çıraqla dağlardakı böyük qüllə ilə başa çatan bu sədd boyunca çoxlu qalalar ucaldılmışdı. Lakin alimlər hələ də Qız qalasının sirlərini aça bilməyiblər. Məsələn, bu qalanın daha əvvəl tikilməsi barədə faktlar var. Bir sıra arxeoloqların fikrincə, Qız qalasının aşağı hissəsinin 2600 il yaşı var. Bu müqəddəs məkanı neolit və ya erkən Tunc dövrünə aid edirlər. Ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan Qız qalası təkcə dini, müdafiə və elmi (astronimik) baxımdan deyil, həm də ekzoterik baxımdan çox əhəmiyyətlidir. Elə buna görə də şəhər folklorunda həm Qız qalasının özü, həm də onun adı haqqında çoxlu rəvayətlər var. Həmçinin belə hesab edirlər ki, bir vaxtlar Bakının yaxınlığında dənizin içində Qız qalasına oxşayan daha bir qüllə olub. Dəqiq bilinən isə budur ki, 1235-ci ildə Şirvanşah III Faryburz Bayıl buxtasının qayalı adalarının birində (Bayıl buxtası Bakıda ən qədim neftçıxarma sahəsidir) istehkam ucaldıb. Burada uzunluğu 180, eni 40 m olan düzbucaqlı formada bir qəsr var. Qəsrin dövrəsinə qalınlığı 1,5-2 m olan qala divarı çəkilmiş, divarda 15 keşikçi qülləsi düzəldilmişdi. Qalanın yuxarı hissəsi boyunca 400 m uzunluğunda mətn yazılmışdı. Bu mətndə Şirvanşahlar sülaləsinin nəsil şəcərəsi təsvir edilib. Qalanın salamat qalan daşlarının birinin üzərində yazılan «Bəndəri-Bakı» (Bakı limanı) sözləri var. Bu, şəhərin girəcəyində ucaldılan dəniz qalası idi. Çünki hələ XII əsrin axırlarında Şirvanşahların güclü donanması var idi. XIII əsrdə monqollar uzun müddət bu qalanı mühasirədə saxlamış, topardan atəş açaraq qalanı xeyli dağıtmış, lakin onu tuta bilməmişdilər. Bu qəsrli qala sahildən 350 m aralıda yerləşir. 1306-cı ildə baş vermiş zəlzələdən və onun ardınca Xəzərdə suyun səviyyəsi qalxandan sonra həmin ada və oradakı qala suyun altında qalıb. Arxeoloji kəşfiyyat zamanı dənizin dibindən üstü yazılı 7000-ə yaxın daş, gil qabların fraqmentləri və bütöv qablar, Şirvanşah Kerşasbın (XIII əsr) zərb etdirdiyi mis sikkələr, saxsı boru parçaları tapılıb üzə çıxarılmışdı. İndi həmin daşların bir neçəsi Şirvanşahlar sarayının həyətində saxlanılır. Suyun altında qalan qalanın özü isə «Şəhri Səba», «Səbail qəsri» və ya «Bayıl daşları» adı ilə məşhurdur.


Qız qalasının sirri 2

Binanın divarlarının qalınlığı 5 metrdir. Bu binanı keçmişdə düşmənlərə qarşi qoruyucu vasitə kimi işlədirlərmiş. O ki, qaldı nəyə görə Qız Qalası çün ki, düşmənlər heç cür buranı dağıda bilmirlərmiş və heç cür hücuma keçə bilmirlərmiş. Ona görə necə deyərlər bu bina saf, təmiz bir qıza bənzədildiyinə görə adını Qız Qalası qoyublar. Qız Qalasının tam yaşı aydın deyil. Ancaq dəqiq onu bilirik ki, Qız Qalasının yaşı Bakının yaşından çoxdur. Belə ki, Qız Qalasının təxminən 2400-2500 yaşı var. Bu qala Bakının ən dərin öyrənilmiş qalasıdır. Qız Qalası iki hissədən ibarətdir: İbadət zalı və Atəşgah zalı. Bu qalanın təməlini millətcə ərəb olan Ibn Al Abid qoyub və lahiyələşdirib. Əvvəllər Qız qalası ətrafında balaca evlər var imiş elə bu tikililərdə o evlərin altında qalıblarmış. Deməli qalanın yanındakı örtülü bazar imiş, ona paralel olan isə hamam imiş. Bu hamamın da üstündə çoxlu evlər var imiş. Ancaq illər keçdikdən sonra bunların hamısı sökülərək üzə yeni tikililər çıxdılar bu tikililər təxminən XII əsrdən qalıblar. Sonra burada quyular var ki, o quyuların sayı çox idi. Ancaq bəzi səbəblər üzündən yalniz görünüş üçün birini saxlayıblar. Qalanın birinci mərtəbəsində ki pilləkən əvvəllər heç olmayıb. Burada olan pilləkən asma pilləkən olub onu da elə ediblər ki, düşmən gələndə çəksinlər. Ancaq özləri işlətmək üçün buraxırlarmış. Gördüyünüz kimi üçüncü mərtəbədə su quyusu var. Bu quyudan yaxşı təmiz su çıxarmış. Bu quyunun dərinliyi 24 metrdir, ancaq vaxt keçdikcə bu quyunun içi zibillənib ona görə artıq oradan su çıxarmaq mümkün deyil. Onuda deyim ki, bu kəhriz dəniz səviyyəsindən yuxarıdır. Ancaq oradan duzlu yox məhs təmiz su çıxarmiş. Deyilənlərə görə bu qalanın adı Qız Qalasıdır ancaq qalada elə bir şey yoxdur ki, qadını və yaxud qızı xatırlatsın. Qalanı heç qız barəsində fikirləşmədən tikiblər belə ki, o vaxtlar yalnız onlara qorunacaq lazım idi ve onlar bunu fikirləşərək belə bir bina tikməyi qərar verdilər. Bu qala Xəzər dənizinin altında heç vaxt olmayıb. Xəzər bu qalaya öz ləpələri ilə çırpılırmış. Qala iki hissədən ibarətdir. Biri yumuru şəkildə, o biri isə bir dalğa şəkilində. Dalğa formada olan tərəf qalanın dayağı olub. Çünki, qala çox böyük daşların üzərində tikilib. Abidənin balaca pəncərələrdən isə hava almaq üçün istifadə olunurmuş. Belə ki, qalanın heç bir yerindən hava keçmirmiş. Bunun üçüni bu balaca pəncərələr açılıb. Qalanın hündürlüyü 29.5 metrdir.


Qız qalası-müdafiə qalası


Qız qalası memarlıq üslubuna görə Şərqdə yeganə abidə hesab olunur. Qalanın cənub-qərb tərəfində yerdən təqribən 14 metr hündürlükdə kitabə həkk olunub. Kufi xəttində yazılan bu kitabə cəmi dörd sözdən ibarətdir: «Məsud bin Davud türbəsi». Bu yazı Məsud bin Davudu qalanın memarı hesab etməyə əsas verir. Bu yerdə onu da əlavə edək ki, adıçəkilən şəxs öz dövrünün məşhur memarlarından biri olub. Hündürlüyü 28, diametri, divarlarının qalınlığı aşağı tərəfdə 5, yuxarı tərəfdə isə 4 metr olan Qız qalası silindir formalı əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarətdir. Onun tikilməsi barədə bir çox fərziyyələr mövcuddur. Birinci fərziyyənin müdafiəçiləri onu feodal müdafiə qalası hesab edirlər. Məlumdur ki, XII əsrin sonu feodal Bakısının çiçəklənmə dövrü olub. Bu dövr tarixə intibah dövrü və intibah mədəniyyəti kimi daxil olub. Tarixi mənbələrdə göstərilir ki, Şirvanşah I Axsitan təqribən 1175-ci ildə Bakı yaxınlığında rusların 73 gəmidən ibarət donanmasını məğlub etmiş və xəzərlərin işğal etdikləri Şabranı və Dərbəndi geri almışdı. Düşmənin dəniz tərəfdən hücum təhlükəsi Şirvanşahı dəniz sahilində müdafiə qalası tikməyə vadar edib. Belə qənaətə gəlmək olar ki, Qız qalası istər dəniz, istərsə də quru tərəfdən müdafiə qalası olub. O, çox möhkəm və hündür tikildiyindən lazım gəldikdə orada hərbi müşahidələr aparmaq, gözlənilən təhlükəni qonşu qalalara xəbər vermək, qısa müddətli sığınacaq və s. üçün istifadə etmək mümkün idi. Belə ehtimal olunur ki, hərbi əməliyyatlar zamanı Qız qalasında 250 adam yerləşə bilirdi. İrəli sürülən fərziyyələrdə o da bildirilir ki, abidə indi gördüyümüz tikintidən ibarət olmayıb. Onun şimal tərəfində qazıntı zamanı Şah Abbas darvazasına doğru uzanan qala divarları ilə birləşən divar və yarımbürc qalıqları nəzərə çarpır. Qız qalasının cənub-şərq tərəfindən (ikimərtəbəli ev hündürlükdə) «dayaq divar» da əvvəllər mövcud bina ilə bitişən daşların qalıqları çıxıq şəklində indi də mövcuddur. Məhz bu çıxıqlar olan tərəfdə abidənin 5-6-cı mərtəbələri arasında qapı yeri qalıb. Yəqin ki, bu qapı yeri vaxtilə burada qalaya bitişik olan binanın üstü ilə əlaqə saxlamaq üçün istifadə olunub. Abidənin qeyd etdiyimiz tərəfdən bir neçə quyu yeri aydın görünməkdədir. Şübhəsiz ki, bu quyular da vaxtilə abidəyə bitişik olan bina ilə əlaqədar qazılıb. Bütün bunlar Qız qalasına bitişik binanın olduğunu söyləməyə əsas verir. Qeyd edək ki, tikilinin divarında olan kitabənin tipik formalı kufi xətti onun XI-XII əsrlərə aid etməyə əsas verir. Sonradan qala XIV əsrdə baş vermiş zəlzələ nəticəsində su altında qalıb. Qala tikintisinin fəal müdafiənin ən yuxarı hissəsindəki meydançada aparıldığı ehtimal olunur. Meydançadakı döyüşçüləri qorumaq üçün maşkullar düzəldilirdi. Maşkullar divar səthindən irəli çıxan daş dirsəklərdən, bunların arxasındakı mağzallardan və döyüşçünü qarşı tərəfdən qoruyan dişlərdən ibarət qurğudur. Vaxtilə Qız qalasının yuxarı hissəsində maşkullar olub. Lakin XIX əsrdə aparılan təmirdən sonra indiki şəklə salınıb.


Abidəni müdafiə istehkamı saymayanlar da var
Onu da qeyd edək ki, Qız qalası adlı abidələrə Yaxın Şərq ölkələrinin bir çoxunda da təsadüf edilir. Bu ad altında tikilən qalaların əsas xüsusiyyəti onların dəniz və çay sahillərində hündür yerlərdə tikilməsidir. Abidənin müdafiə istehkamı olduğu fikrinə qarşı çıxanlar da var. Onların fikrincə, abidənin «mağzal» adlanan aşırımları (kiçik pəncərələri), feodal qalalarındakı mağzallardan tamamilə fərqlənir. Əvvəla, bunlarda yuxarıdan ox atmaq, yanacaq tullamaq üçün maillilik nəzərə alınmayıb. Alimlərin bəzilərinin fikrincə, pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırır, onlar içəriyə doğru genişlənərək mağzala oxşar şəkil alırsa da, hər halda, müdafiə məqsədi daşıdığı şübhəlidir. Qız qalasının qapısı üstündə, müdafiəyə daha çox ehtiyacı olan yerdə bir dənə də olsun mağzal qoyulmayıb. Abidənin daxili quruluşu da orada davam edə biləcək mühasirəni keçirmək üçün lazımi yaşayışa imkan vermir. 12 metr hündürlükdən başlayaraq abidənin xarici səthi yuxarıya doğru bir-birini əvəz edən əhəng məhlulu ilə doldurulmuş ağ və qara kəmərlərlə qurşanıb. İndi həmin ağ zolaqlar çox yerdə tamamilə tökülüb və hörülüb, səthi girintili-çıxıntılı şəkil alıb. Mütəxəssislər hesab edir ki, müdafiə üçün heç bir əhəmiyyəti olmayan əhəng zolaqlara hədsiz miqdarda əhəng işlənməsi tamamilə məntiqsizdir. Digər fərziyyəyə görə, Qız qalası atəşpərəst məbədi olub. Qız qalasının atəşpərəst məbədi olması da şübhəlidir. Bildiyimiz kimi, atəşpərəst məbədində daim od yandırılıb. Abidənin üstündə od yandırmaq üçün istifadə olunduğu güman edilən dulus kəməri Qız qalasının yeddinci mərtəbəsinə kimi qalxır. Dulus kəmərinin diametri 20-30 santimetrdir. Bu kəmərlə qalxan qazı tikintinin içərisinə aparmaq və ona yaxınlaşıb od vurmaq güclü partlayışa səbəb olardı. Tarixçi-alim M.Nəbiyevin versiyasına görə, Qız qalası Zərdüşti daxmasıdır. Atəşpərəstlər öz ənənələrinə uyğun olaraq, daxilində xaki təriqətinə məxsus olan ölülərini aparıb sükut qüllələri adlanan xüsusi tikililərə qoyurdular. Burada vəhşi quşlar sümükləri ətdən təmizləyirdilər. Bu fərziyyəyə görə, Qız qalası damında çalağanların didib-parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Həmin dövrdə tikilən daxmalar quruluş etibarı ilə Bakı Qız qalasından fərqlənir. Onları hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Bildiyimiz kimi, Qız qalası səkkiz mərtəbəlidir.



Azərbaycan, Odlar Yurdu



Bunları Unutmaq Olmaz!---------------------------------------------------------- -

----- Xocalı ---------26.02.1992. Həmin gecə erməni işğalçıları 613 nəfəri vəhşicəsinə qətlə

-----yetirmişlər. 1000-dən çox adam itgin düşmüşdür.

-----Şuşa ------------------------------------08.05.1992.

-----Laçın -----------------------------------18.05.1992

-----Kəlbəcər ---------------------------------02.04.1993

-----Ağdərə ----------------------------------17.06.1993

-----Ağdam ----------------------------------23.07.1993

-----Cəbrayıl ---------------------------------23.08.1993

-----Qubadlı ----------------------------------31.08.1993

-----Zəngilan ---------------------------------29.10.1993

---- və Əsgəran, Xocavənd, Füzuli, Xankəndi rayonları erməmi işğalçıları tərəfindən işğal edilmişdir.Ümumilikdə 17.1 min kv.km ərazi işğal edilmiş 1 milyondan çox əhali qaçqın düşmüşdür.






Azərbaycan, Odlar Yurdu

hetta, ayri ayri azerbaycanlilarin oz shexsi site-larinda bele dovletimiz haqda coxlu melumat var ve Azerbaycan haqda oyrenmek isteyen her kes bunu hec bir cetinlik cekmeden elde ede biler. Ozu de ki, bu melumatlar oz rengarengliyi ve muxtelifliyi ile ferglenir. Men bu sehifede ne yazacagimi cox fikirleshirdim. Cunki tekrarlanmag istemirdim. Bunula beraber sizlerin yeni informasiya elde etmeyinizi de Ozume meqsed qoymushdum. Onun ucun ele qerara geldim ki, bir igtisadci olaraq sizlere respublikamizda olan igtisadi veziyettden sohbet acim. Bu mesele boyuk mubahiselere getirib cixarsa da zennimce ashagidakilar hec birinizde shubhe dogurmayacak. Cunki bu realliqlar gyoz qabagindadir. Men sadece olaraq bildiyimize elave olaraq bezi stasittikani qeyd etdim. Hemcinin yazdiqlarima oz shexsi qenaetlerimi de daxil etmishem ki, onlarla da siz birazdan tanish olacaksiniz.
Azerbaycan igtisadiyyatini indiki dovrde bir menali olarag kecid sheraitinde oldugunu hamimiza cox gozel melumdur. Bu kecid dovrunu kapitalizmin indiki realliglari ile deff etmek tebii ki cox cetindir. Amma qeyri-real deyil. Cunki Azerbaycanin bunu deff etmeye cox boyuk potensiali var. Bu potensalin teshkil edici amilleri coxdur. Ve uzun uzadi onlarin hamisi haqda burda yazmagi labuГјd bilmedim. Lakin en bashlicasi haqda bir qeder dayanacagam ki, bu da olkemizin yeralti servetleridir.
Azerbaycanin yeralti servetlerinden soz acmamishdan evvel respublikamizin suverenlik sheraitinde yashaya bilmesinin ve onun tebii ehtiyatlarД± ile elaqedar olmasinin bezi problemleri hagginda qisa mulahizeleri geyd etmek megsedeuygun hesab edirem.
Ilk novbede cesaretle onu demek olar ki respublikamiz suverenlik sheraitinde ayrica yashamag igtidarindadir. Lakin geyd etmek lazimdi ki bir sira pozitiv ve negativ ammiler de var.
Pozitiv amiller:
1. Azerbaycan guclu yanacak-energetika potensialД±i var. Respublikamiz neft, neft mehsullari, tebii gaz ve elektrik enerjisini texminen orta dunya seviyyesinde istehsal ve istehlak eden olkedir.
1. Respubilka cografi cehetden mustesna strateji movgeyi var. O, shimal, cenub, sherg, ve qerbin kesishdiyi erazide yerleshir. Qara denize ve Aralig denizine cixmag imkani var. Suda ve quruda sekkiz olke ile hemserheddir. Kecmish SSRI-nin suveren respubilkalari , Qerbi ve Shergi Avropa, yaxin ve Orta sherg regionlari olkeleri ile elage imkanlarina malikdir.
3. Respubilka dunya bazarinda yuksek maraq oyadacak mehsul istehsal edir. Bunlara misal olaraq neft, neft mehsullarД±, kimya mehsullarД±, yod, kaucuk, demir filizi, alluminium, elektrik cihazlarД±, neft-meden avadanligi, soyuducu, kondisioner, xalca, kuru, tutun, barama ,pambД±g ve s. mallari gostermek olar.
1. Esas gostericiler uzre Azerbaycanin igtisadi suverenlik imkanlari xarici ekspertler 10 balli sistemde 7 balla giymetlendiribler.
1. Dunya erazisinin 0.06 hissesini teshkil eden Azerbaycan butun dunya uzre cД±xarilan neft ve qazin texminen bir faize yaxinini istehsal edir. Neftin adambashina istehsali Azerbaycanda texminen 1.5ton (Muqayise ucun : Ingilterede 2.1ton, ABS 1.5ton )
Teessufler olsun ki, igtisadi suvernelik yolunda bize mane ola bilecek amiller de texminen pozitiv amiller qederdir.
Bunlarin en esaslari ashagidakilardir:
1. Biz isthelak etidiyimiz tebii gaziД±n texminen 40 faizini ozumuz istehsal edirik. Qalanin ise en yaxshi halda kenardan aliriq. Lakin umudvaredici hal odur ki, Shahdeniz yataginda ashkar olunan boyuk qaz yataqlari yaxin gelecekde istehlak ucun lazim olan gazД±n odenilmesi temin edecek.
1. Metala olan ehtiyaclarimizi odeye bilmirik. Texminen ilde 500-1000 ton metal istehsal eden respublika ondan 1500 min tondan artik metal iЕџledir. Meselen, Azerbaycanda 15 mashingayirma zavodu vardir. Onlardan yalniz biri - Zabrat maЕџingayirma zavodu normal iЕџ zamani 40min ton metal iЕџledirdi.
1. Respublika oz faktiki texnoloji ehtiyaclarindan az – texminen 9.5 mln. ton neft istehsal edir. Lakin bundan cox neft istehsal etmeliyik. Neft – qaz cixarma senayesinin muasir seviyyede texnika techizinde ve ekoloji problemlerin helline milyardlarla manat pul lazımdır.
1. Bizim senayemiz XX esrin evvelinde oldugu kimi esasen xammal senayesi olarag qalib. Biz son neticeye fikir vermeden muxtelif sahelere dair yuzlerle adda melumat ixrac edirik. Istehsal etdiyimiz xammalД± temamile ozumuz emal edib son mehsul almaq ucun bize on illerle vaxt ve milyonlarla Amerika dollari lazimdir.
1. Dezgehqayirma, texnoloji mashinqayirma, avtomobilqayirma ve bu kimi istehsal sahelerimiz demek olar ki, yoxdur ve ya en yaxshi halda buna tezece bashlamishiq. Bu saheleri yaratmak ucun onillikler , milyardlarla Amerika dollari ve buna maraq gosteren partnoyrlar lazimdi. Bundan bashqa tibbi avadanlig istehsal eden sahe yoxdur. Istehsal etdiyimiz dermanlar ehali istehlakinin 10-15 % - ni teshkil edir. Negliyyat saheleri istehsali esasen yoxdur, negliyyat vasitelerinin demek olar ki, hamisi xaricden alinir.
6. Istehsal etdiyimiz mehsullari da , regabet imkanlari az oldugundan xarici bazarlara cixara bilmirik.
7. Yungul senaye baximsizliq ucbatindan cox gerileyib.

Bu gun respubilka igtisadiyyatini bohrandan cixarmagin esas yolunu igtisadchilar xarici kapitallarin komeyinde onlarin respublikaya axinin suretlendirmekde axtarmagД± sadece olaraq sadelovhluk hesab edirler. Bazar igtisadiyyatina kecid dovrunde Azerbaycan igtisadiyyatina maraq gosteren xarici kapitallarin xammal istehsalini eden muessilere deyil, esasen ehali ucun son mehsullar buraxan muessiselere tetbig olunmasi her vasite ile nail olmagi teklif edirler. Bu istiqametde yungul, yeyinti senayesi, avtonegliyyat, tikinti, meishet xidmeti sahelerde xususi digget verilmesini meslehet gorur.
Bashlica diggeti senaye ile kend teserrufati, hasilat ile emaledici senaye, ilkin xammal, aralig memulatlar istehsali ile son meshsullar istehsali arasinda uygunluga vermek lazim oldugu geyd olunur. Resublikamizin igtisadiyyatinda hemin uygunlug hec cure gozlenilmir.
Bir sozle respublikamizin mustegilliyinin igtisadiyyatinin qarantlarindan biri de hec kimnen asili olmayaraq yashamaqdir, yani ehalinin istehlak etdiyi son mehsullari ozumuz istehsal etmeliyimiz cox vacib meseledi. Xammal satД±shД± ise ancak respublikamizin kecid dovrunde budcenin teshkil olunmasД± ucun boyuk ehemiyyete malik idi. Bundan sonra ise siyaseti deyishmek lazimdi. Umid edirem ki, hakimiyyet bu istigametde calishacak!!!!!!.
Bu qeder …..

PS: ( Xalgin bir ovladi kimi, bir vetendash kimi, nehayet bir muselman kimi uzumu Uca Yaradana tutub, ondan ishqal olunmush torpaqlarin qaytarilmasinda xalqimiza yardim etmeyine dua edirem. Inshallah Allah-Teala dualarimizi gebul eder. AMIN !



alinti


Azerbaycan Respublikasi
Olke adi: Azerbaycan
Erazi: 86.600 km2
Ehali: 8.059.000
Paytaxt: BAKI
Mustegillik: 18 oktyabr 1991
Dovlet qurulushu : unitar dovlet
Idareetme fomrasi: respublika
Icraedici organ: Prazident
Ganunverici organ: Milli Meclis
Mehkem organi: Ali Mekheme

Prezident: Heyder Elirza oglu Eliyev
Spiker: Murtuz Elesgerov
Bash Nazir: Artur Resizade

Eks-prezident: Ayaz Mutellibov (1992)
Eks-prezident2: Ebulfez Eliyev (1993)

Milli bayramlar:

Konstitusiay gunu : 12 noyabr
Istiglaliyyet gunu: 28 May
Mustegillik gunu : 18 oktyabr
Novruz Bayrami : 20-21 mart
Qadinlar gunu : 8 Mart
Fashizm uzre gelebe: 9 May
Milli dircelish gunu: 17 noyabr
Milli qurtulush gunu: 15 iyun
Milli Ordu gunu : 25 iyun
Hemreylik gunuL: 31 dekabr
Yeni il: 1 yanvar

Ramazan bayrami (deyishilir)
Qurban bayrami (deyishilir)

Milli Matem Gunu: 20 YANVAR




azeraycan resimler

Kulekler Seheri Bakidan bir nece sekiller


















Qebele haqqinda umumi melumat


QƏBƏLƏ RAYONU Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir. Hələ neolit dövründə burada insanlar yaşamışdır. Qəbələ bir müddət QAFQAZ ALBANİYASININ mərkəzi olmuş, sonra isə ŞİRVANŞAHLAR dövlətinin və ŞƏKİ xanlığının tərkibinə daxil olmuşdur. Rayonun ərazisindən DƏMİRAPARAN ÇAYI, VƏNDAM ÇAYI, BUM ÇAYI, TİKANLI ÇAYI və başqa çaylar axır
Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə BAZARDÜZÜ dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), ƏMİLİ kəndindəki Alban məbədi (IV əsr), BAYRAMKOXA kəndindəki USTACAN qülləsi (IX əsr), NİC kəndindəki HACI QƏRİB məscidi və ÇOTARİ alban kilsəsi, HƏZRƏ kəndindəki ŞEYX BƏDRƏDDİN və ŞEYX MƏNSUR türbələri (XV əsr), ŞƏFİLİ kəndindəki məqbərə (XVII əsr), eləcə də HƏMZƏLLİ kəndindəki ŞIXBABA piri (XVI əsr) və KOMRAD dağının zirvəsindəki KOMRAD piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).

Nİc kəndinin yaxınlığındakı YALOVLU dağında arxeoloqlar qədim insan məskəninin qalıqlarını aşkar etmişlər. Burada tapılmış arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal rayonları üçün səciyyəvidir və elmdə "Yalovlu təpə mədəniyyəti" adı ilə tanınmışdır. Burada dəmirdən və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılmışdır. Xalq sənəti növlərindən ağac emalı (VƏNDAM kəndi), dulusçuluq (QƏMƏRVAN kəndi), xalçaçılıq (LAZA və BUM kəndləri) geniş inkişaf etmişdir. Bum kəndində yaradılmış ZOP-ZOPA folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif festifallarda uğurla çıxış etmişdir. Qəbələ rayonunun NİC kəndində udinlər yığcam halda yaşayırlar. Qədim albanların sələfləri hesab edilən bu etnik qrup öz əcdadlarının ənənələrini, dilini, maddi və mənəvi mədəniyyətini bu günədək qoruyub saxlaya bilmişdir.
Rayonun inzibati mərkəzi olan QƏBƏLƏ ŞƏHƏRİ Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim KABALA şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) QARAÇAY və COVURLUÇAY çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İMAM BABA türbəsi (XVIII əsr) və CÜMƏ MƏSCİDİ kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.


alinti


Azerbaycan Respublikasının Dövlet Bayrağı haqqında ilk hökumet qerarı 1918-ci il iyunun 21-de verilib

Azerbaycan Respublikasının Dövlet Bayrağı haqqında ilk hökumet qerarı 1918-ci il iyunun 21-de verilib. Hemin qerar: Azerbaycan bayrağını qırmızı materialdan, üstünde ağ, aypara ve qırmızı fonda ağ sekkiz guşeli ulduzun tesviri verilmiş bayraq kimi qebul etmek.

Bu qerar qebul edilerken Azerbaycan hökumeti hele Gence şeherinde yerleşirdi ve Bakıda fealiyyet göstermek qeyri-mümkün idi. Azerbaycan hökumeti Bakıda yalnız sentyabrın 15-de - şeher türk qoşunlarının kömeyi ile düşmen qüvvelerden temizlendikden sonra fealiyyet göstere bildi.

Göründüyü kimi ilk dövlet bayrağı qırmızı rengde, Türkiye-nin dövlet bayrağı formasında olub.

Azerbaycan Xalq Cumhuriyyeti-nin Bakı-da fealiyyete başlamasından az sonra, bayraq haqqında ikinci qerar qebul edildi.

"Milli bayraq haqqında Azerbaycan hökumeti qerarları defterinden 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi - Nazirler Şurası sedrinin milli bayraq haqqında meruzesi.
Qerara alındı - Yaşıl, qırmızı ve mavi renglerden, ağ aypara ve sekkizbucaq ulduzdan ibaret olan bayraq milli bayraq hesab edilsin".
Bayraqdakı göy reng türkleşmek ideyası ile bağlıdır
Bayraqdakı qırmızı reng müasirleşmeni, inkişafı esas götürür
Bayraqdakı yaşıl reng islam dinine mensubluğu ifade edir




Azerbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qebul etdiyi Konstitusiya Qanunu ile 1919-1920-ci illerde hazırlanmış Dövlet gerbi layihelerinden birini müeyyen deyişikliklerle Azerbaycan Respublikasının Dövlet gerbi kimi tesdiq etmişdir.

Azerbaycan Respublikasının Dövlet gerbi Azerbaycan dövletinin müsteqilliyi remzidir. Dövlet gerbi palıd budaqlarından ve sünbüllerden ibaret qövsün üzerinde yerleşen şerq qalxanının tesvirinden ibaretdir. Qalxanın üstünde Azerbaycan Respublikasının Dövlet bayrağının rengleri fonunda sekkizguşeli ulduz, ulduzun merkezinde alov tesviri vardır.1992-ci il mayın 27-de parlament " Azerbaycan Respublikasının Dövlet himni haqqında" Qanun qebul etdi. Qanuna esasen, 1919-cu ilde böyük bestekar Üzeyir Hacıbeyov ve şair ehmed Cavad terefinden tertib edilmiş "Azerbaycan marşı" Azerbaycanın Dövlet himni kimi tesdiq edildi.
Azerbaycan Respublikasının Dövlet Himni

Azerbaycan! Azerbaycan!
Ey qehreman övladın şanlı Veteni!
Senden ötrü can vermeye cümle hazırız!
Senden ötrü qan tökmeye cümle qadiriz!
Üç rengli bayrağınla mesud yaşa!
Minlerle can qurban oldu,
Sinen herbe meydan oldu!
Hüququndan keçen esger!
Here bir qehreman oldu!
Sen olasan gülüstan,
Sene her an can qurban!
Sene min bir mehebbet
Sinemde tutmuş mekan!
Namusunu hifz etmeye,
Bayrağını yükseltmeye,
Cümle gencler müştaqdır!
Şanlı Veten! Şanlı Veten!
Azerbaycan! Azerbaycan!

alinti



Azerbaycan Universitetleri

1. bakı dövlət universiteti
2. azərbaycan dövlət neft akademiyası
3. azərbaycan texniki universiteti
4. azərbaycan memarlıq və inşaat universiteti
5. azərbaycan dövlət pedaqoji universiteti
6. bakı slavyan universiteti
7. azərbaycan dövlət iqtisad universiteti
8. azərbaycan dillər universiteti
9. bakı musiqi akademiyası
10. azərbaycan dövlət mədəniyyət və incəsənət universiteti
11. azərbaycan respublikası prezidenti yanında dövlət idarəçilik akademiyası
12. azərbaycan turizm institutu
13. azərbaycan respublikası xarici işlər nazirliyinin diplomatik akademiyası
14. sumqayıt dövlət universiteti
15. lənkəran dövlət universiteti
16. azərbaycan tibb universiteti
17. azərbaycan kənd təsərrüfatı akademiyası
18. gəncə dövlət universiteti
19. azərbaycan texnologiya universiteti
20. mingəçevir politexnik institutu
21. naxçıvan dövlət universiteti
22. naxçıvan müəllimlər institutu
23. azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası
24. azərbaycan rəssamlıq akademiyası
25. azərbaycan milli konservatoriyası
26. azərbaycan respublikası dövlət sərhəd xidmətinin akademiyası
27. azərbaycan dəniz akademiyası
28. heydər Əliyev adına azərbaycan ali hərbi məktəbi
29. azərbaycan ali hərbi dənizçilik məktəbi
30. azərbaycan ali hərbi təyyarəçilik məktəbi
31. bakı ali polis akademiyası
32. milli aviasiya akademiyası
33. milli təhlükəsizlik nazirliyinin heydər Əliyev adına akademiyası
34. azərbaycan kooperasiya institutu
35. azərbaycan müəllimlər institutu
36. azərbaycan universiteti
37. bakı asiya universiteti
38. qərb universiteti
39. xəzər universiteti
40. bakı qızlar universiteti
41. bakı avrasiya universiteti
42. elm və təhsil mərkəzi təfəkkür universiteti
43. odlar yurdu universiteti
44. qafqaz universiteti
45. azərbaycan beynəlxalq universiteti
46. bakı biznes universiteti
47. azərbaycan ictimai-siyasi universiteti
48. naxçıvan özəl universiteti
49. azərbaycan Əmək və sosial münasibətlər akademiyası


Azərbaycan Respublikasının Dövlət Himni-bir neçə dildə

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!


Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdən tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan, Azərbaycan!




National Anthem of the Republic of Azerbaijan


Azerbaijan, Azerbaijan!

You are the country of heroes!

We will die so that you might be alive!

We will shed our blood to defend you!

Long live your three-coloured banner!

Thousands of people sacrificed their lives

You're become the field of battles.

Every soldier fighting for you,

Has become a hero.

We pray for your prosperity,

We make sacrifice our lives to you

Our sincere love to you,

Comes from the bottom of our hearts.

To defend your honour,

To hoist your banner,

All the young people are ready.

Glorious motherland,

Azerbaijan, Azerbaijan!


Die Aserbaidschanische Nationalhymne heißt „Aserbaidschan


Aserbaidschan! Aserbaidschan!

Geehrtes Land der tapferen Söhne

Wir sind bereit, unser Herz und unser Leben für Dich zu geben.

Alle von uns können unser Blut für Dich geben.

Lebe glücklich unter dem dreifarbigen Banner.

Lebe glücklich unter dem dreifarbigen Banner.

Tausende Seelen wurden für Dich geopfert.

Deine Brust wurde ein Schlachtfeld.

Soldaten gaben für Dich ihr Leben.

Jeder von ihnen wurde ein Held.

Mögest Du ein blühender Garten werden.

Wir sind bereit, unser Herz und unsere Seele für Dich zu geben.

Tausendundeine Zärtlichkeiten sind in meinem Herzen.

Und schütze Deine Ehre,

um Dein Banner zu hissen.

Und schütze Deine Ehre,

Die Jugend ist begeistert.

Geehrtes Land, geehrtes Land.

Aserbaidschan! Aserbaidschan!

Aserbaidschan! Aserbaidschan!


ГИМН АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ


Азербайджан: Азербайджан!
О, колыбель святая славных сынов!
Нет земли милей Отчизны,
Нет ее родней
От истока нашей жизни
До скончанья дней!
Под знаменем Свободы верши свой путь!
Тысячи нас, павших в бою,
Защищавших землю свою.
В час роковой встанем стеной
В нерушимом ратном строю!
Пусть цветут сады, твои!
Созидай, мечтай, твори!
Сердце, полное любви,
Посвятили мы тебе.
Славься, славься гордой судьбой,
Край наш древний, край наш святой.
Каждый сын твой движим мечтой
Видеть мирный свет над тобой.
О светлый край, заветный край,
Азербайджан, Азербайджан!


Inno Nazionale-ITALIYANO


Azerbaigian, Azerbaigian!
Sei il grande paese degli eroi!
Siamo pronti a dare la nostra vita per te!
Spargeremo il nostro sangue per difenderti!
Viva per sempre con la tua bandiera di tre colori!
I migliaia della gente hanno sacrificato le loro vite
Ti sei transformato nel campo delle battaglie.
Ogni soldato combattente per

te è diventato un eroe.
Preghiamo per la tua prosperità,
Sacrifichiamo le nostre vite a te.
Il nostro amore sincero per te
Viene dalla parte profonda dei nostri cuori.
Per difendere il tuo onore,
Per sollevare la tua bandiera,
Tutti i giovani sono pronti.
Madre Terra gloriosa,
Azerbaigian, Azerbaigian!



Largamento INDONEZIYA


Ajerbaijan, Ajerbaijan!

Engkau adalah negara para pahlawan !

Kami akan mati tapi Engkau tetap hidup !

Kami akan menumpahkan darah untuk mempertahankanmu !

Abadilah Bendera berwarna tiga-mu!

Beribu-ribu rakyak mengorbankan kehidupannya

Engkau telah menjadi medan perjuangan.

Setiap prajurit yang berjuang untukmu telah menjadi pahlawan.

Kami berdoa untuk kemakmuranmu,

Kami mengorbankan kehidupan kami untukmu.

Cinta tulus kamu untukmu

Berasal dari hati yang dalam.

Untuk mempertahankan kehormatanmu,

Untuk mengangkat benderamu,

Semua generasi muda bersiap,

Tanah air yang mulia,

Azerbaijan, Azerbaijan !

alinti


Rəsulzadənin Atatürk haqqında fikirləri

Nə İngilis himayəsi, nə Amerika mandası altında deyil, o qurtuluşu yalnız hakimiyyəti milliyəyə müstənid, bilakayduşart müstəqil bir Türk dövləti təsis etməkdə görmüşdü. Onun diləyi : 'Ya ölüm, Ya istiqlal' idi. Anadolu’ya o bu diləklə geçdi, əfsanəvi İstiklal Harbini başaran baş qəhraman, Çanakkale zəfəri üzərinə, Sakarya ve Dumlupınar kimi zəfər taclarıyla bəzəndi.Tarixin üç böyük imperatorluğunu dizləri altına alaraq istədikləri kimi parçalayan galiblər, bir ovuc Anadolu mücahitləri qarşısında ricata məcbur qaldılar! “Başındakı kumandanı kaçmadıkça, Türk neferi hiç bir zaman kaçmaz” deyən böyük kumandanın sözü doğru çıxdı. Ölüm beratı sevr yırtıldı, istiqlal vəsiqəsi “Lozan” yazıldı. Atatürk, bir millətin halasını yalnız özündəki qüvvətdən gözləmişdir. Bu fikir, onun gəncliyə xitabında bilhassa bəlirtilmiştir. Muazzam əsərinin müdafaasını əmanət ettiği Türk Gencliyinə “ Muhtaç olduğun kudret damarlarındaki asil kanda mevcuttur” deyən ATATÜRK’ün Türk kəndlisi ile nəfəri haqqındakı səmimi fikirləri, məlumdur. Ona görə də,


“Memleketin yegane efendisi köylüdür!, Nə mutlu Türküm diyənə !

Gerbimizin ortasindaki alovun menasi


Heç olmasa bir dəfə də olsun dövlət atributları barədə düşünmüsünüz ?
Məsələn bayraq gerb himn.
Yəqinki uzun illər bundan əvvəl orta məktəbdə oxuyanda bir çoxlarınız onda SSRİ–nin gerbi bayrağı himni barədə düşünürdü.(bu da bizim ya da sizin acizliyiniz)
Əlbəttə o vaxt bundan başqa yol yox idi.
Amma bu gün oturub gerbimizə baxın ortasındakı alova sizcə nə məna daşıyır ?
Ərəb əlifbasını azda olsa bilənlər bunu nəyəsə oxşatdılar yəqinki.

ALLAH yazısına.

Bəli, Məhəmməd Əmin Rəsulzadə 1918 – ci ildə bu odu İslama bağlılıq adı ilə gerbin üstünə yerləşdirə bilməzdi.Çünki həmin dövrdə ALLAH – ı tanıyanlar çox az idi və əlbəttə ki buna yol verməzdilər. Amma bu odu “Odlar Yurdu” bəhanəsi ilə yerləşdirdiyi zaman heç kim buna narazı olmadı.
İndi yaxşı fikirləşin bu gün xalqımız özünü Müsəlman kimimi aparır yoxsa sadəcə dövlət dinimiz İslam dinidir ? Bizdəki yalan danışan haramdan qaçmayan ALLAHı unudan “Müsəlmanlarıq”.

P.S. Mənim fikrimcə biz sadəcə sözdə müsəlmanıq (hamıya aid deyil).
Çoxunuz mənimlə razılaşmaya bilərsiniz. Amma TV-dəki araq reklamları, marketlərdəki qiyməti hətta 100 AZN-i də keçən spirtli içkilər, onları alan daydaylar və küçədə acından ölənlər. Küçələrdə əllərində araq butulkası yerdə uzanan, xoşbəxtliyi 0,5 litr mayedə axtaran yazzzzıqlar...
Hörmət adı ilə yığılan RÜŞVƏT. Küçələrdən əskik olmayan söyüşlər və s. və s...
İndi siz bir də fikirləşin Azərbaycan Odlar yurdu və İslam dövlətidir, yoxsa sadəcə "yalançı İslam dövləti" və "rüşvət mənbəyi" ?...




Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə



Bioqrafiya...


1884-1955 illərində yaşayan Rəsulzadə Azərbaycanın yetişdirdiyi dövlət adamlarının başında gəlir. Rəsulazdənin , mütəfəkkir və inqlab, siyasət və dövlət adamı, ədib kimi çeşitli portreləri çəkilə bilər. Rəsulzadə isə bunların hamısında böyük bir usdat kimidir.Rəsulzadə, inqlabçı bir hürriyet ordusunun yetişməsinə, daha gənc yaşlarda başlamışdı. Çar Rusiyasının gənc Rəsulzadəsi, 1903 ve 1904-cü illərde qurduğu “Azərbaycanlı Gənc İnqlabçılar Komitəsinin başçısı olmuşdur. Çar Rusiyasına qarşı dirənən ilk məqalələrini də bu dönəmdə - 1903-cü ildə yayınlamışdır. 1905’de Rus-Yapon müharibəsində Çarlığın uduzması Rusiyadaki mütləqiyyətin təməllərini sarsmışdır . Bakı kimi Türk mədəniyyətinin mərkəzlərindən biri olan Azərbaycanda oyanış hərəkatına dayanamayan polis dövləti yarımcıq bir yönətimə riza gösöstərmək məcburiyyətində qalmışdır. 1905’də təmin olunan bu çərçivəli hürriyət sayəsində Bakıda günlük, aylıq və həftəlik qəzet və jurnallar yayımlanmağa başladı. Mətbuatda Əli Mərdan Topçubaşov, Əhməd Ağaoğlu, Hüseyinzadə Əli və Azərbaycan mətbuatının qurucusu olan Həsən bəy Zərdabininin başında durduqları aydınlar topluluğu Qərbi Avropa mədəniyyətinin verdiyi böyük güclə ölkələrinin istiqlalına ve yüksəlməsinə könül vermiş böyük bir topluluq vardı. Bu yazarlarən arasına Rəsulzadə də qatılmışdı. Azərbaycan milli çevrələrini dolduran Qərbçilik - Avropaçılıq, Şərqçilik - İslamçılık və müasirləşmək şəklində açıqlayan Əli Bəy (Hüseyinzadə) daha sonraları Ziya Gökalp tərəfindən də mənimsənərək işlənən bu təməl prinsipler, genc Rəsulzadə üzərində qüvvətli şəkildə təsirli olurdu. Çox keçmədən onu, 1906-ci ildə nəşriyata başlayan “Tekamül”ün başında gorürük. İnqlabçı millətsevər gencliyin fikirlerinə bir növ tərcüməci olan bu qəzetin proqram məqaləsində, öz deyimi ilə “millətlərin, topluluqların, siniflərin və şəxslərin seçdikləri yolda azad və bərabər olmalarını və hər növ hücumdan qorunmalarını” müdafiə edən gənc ve inqlabçı düşünür Rəsulzade, bu fikri həyatı boyunca işləyəcək və “insanlara azadlıq, millətlərə istiqlal” şəklində açıqladığı milli bir deyim halına getirəcəktir.



Xaricdəki İşləri...



O, 1908-ci ildən 1911-ci ilə qədər Tehranda və 1911-dən 1913-cü ilə qədər İstanbulda işləmişdi. Mərkəzi Azərbaycan və onun başşəhəri Təbrizin təşkil ettiyi İran inqlabı, hürriyət və demokratiya aşiqi olan Məmməd Əmini də cəzbetmişdir. Hürriyet ordusunun zəfərlə Tehrana girişi və hakimiyyətini elan etdikdən sonra Tehranda yayıma başlayan Qərb üsulunda ilk günlük (Yeni İran) qəzetinin müdiri və baş redaktoru Məhəmməd Əmin olmuşdur. Türkiyə ilə İranda Hürriyətin uğurlu olması, Rusiyada basqı rejimni yenidən diriltmişdi. Çarlıq ölkəsindəki böyük Türk və İslam kütlələrinin qalxmasından ve istiqlal istəmələrindən qorxu içində olan rejim, basqısını bu zümrələr üstündə daha da artırırdı.Bundan əlavə Qafqazın yanında bir hürriyet üssünün qurulmasına və inkişafına dözməyən Rusiya bu hürriyət və istiqlal hərəkatını yatışdırmaq üçün hər vasitəya əl atırdı. Sonunda ordusu ilə müdaxilə edərək Millət Məclisini bombardıman edir, hürriyət və istiqlal arzularını boğurdu. Təslimini tələb etdikleri Rəsulzadə Məmməd Əmin, Seyyid Həsən Tağızadə ilə birliktə Türkiyəyə getməyə məcbur olurdu. İslam Birliyi fikirləri ilə Osmanlılıq axımlarının sönməyə və onların yerində Türk milliyyətçiliyi fikirlərinin inkişaf etməyə başladığı günlər yaşanırdə. Rusyadakı Türklərin təmsilçiləri, bunlar arasındakı Əhməd Ağaoğlu və Hüseyinzadə Əli Bəylərin də qatılması ilə Türkçülük axımı böyük bir güc halına gelirdi. Resulzadə, İstanbulda yeni qurulub inkişafda olan Türk Ocaqları qatılırdı. Yeni yayımına başlayan Türk Yurdu jurnalında İran Türklerinə, Rusiyadakı Türkçülük və milliyyətçilik axımlarına dair çox sağlam məqalər yazır, fikirlər söyləyir və bu bölgələrdəki Türklərin tarixinə, folklor və etnoqrafiyasına, tarixi əməllərinə yer verən böyük yazılar yazırdu. Eyni zamanda Azərbaycandakı Çarlıq əleyhine sürdürülən istiqlal hərəkatlarının temsilçiləriylə də təmas halında idi. Orada gizlicə aparılan hərəkatın içində olanlara taktikalar verirdi. Bu işlərin sonunda Bakıda milli - demokrat “Müsavat Partiyasının qurulmasını təşvik edirdi. Burada milliyyətçilik şüurunun oyanmasını da bu vəsilə ilə başlatmıştı. Eyni zamanda Resulzadə Türkiyədəki milliyyətçilik və Türkçülük axımlarına da böyük təsir edirdi. Əvvəllər Türk imperatorluğu coğrafyasını hədəf alan Türk Ocağı işləri, bu dəfə Türk dünyasının maraq dairəsinə çevrilirdi. Daha sonra buraya qatılan Kırım ve Tatarıstan alimlərindən Yusif Akçura və Sədri Maksudi Arsal kimi böyük Türk mütəffəkkirlərinin dəstəyi ilə qüvvətli bir komanda halında gecə gündüz böyük Türk millətinin gələcəyini hazırlayırdılar.
1917’de Çarlığın yıxılması ilə dərhal böyük bir hərəkətlilik qazanan Türk ölkələri arasında Azərbaycan ilk istiqlalını elan edən ölke oldu. Rəsulzadə ölkəsinde idi və var gücü ilə Ruslardan qurtulmaq üçün təşkilatlanırdı. Sonda özünün qurduğu “Musavat Partiyası” ile öz milli dövlətlərini qurmuş və başına keçmişdi. Qızıl ordunun ölkəsini işğal ile istiqlalına son verdikdən sonra Türkiyəyə sığındığı dostları ilə bərabər Avropaya getmiş və böyük lider Atatürkden gördükləri böyük dəstək ilə oradakı yayımlarla
böyük xidmətlər vermişdirlər. Onun qurduğu və yetiştirdiyi Azərbaycan aydınları “Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipini onun qoyduğu dönəmdən alarak sürdürmüş və bu günkü halını meydana gətirmişlərdir.



Əsərləri:


Azərbaycan Cumhuriyyəti (1922)
Istiqlal Məfkurəsi və Gənclik (1925)
Azərbaycan Misak-ı Millisi (1927)
Milliyətçilik və Bolşevizm (1928)
Azərbaycan Şairi Nizami (1951)

alinti



Azerbaycan mugamlari!

Azərbaycan muğam ifaçılıq sənətində 7 əsas alət var: Rast,Şur, Seygah, Şüştər,Cahargah, Bayatı-Şiraz,Humayun.

Muğam sözü iki müxtəlif mənada işlənir.Bir tərəfdən muğam azərbaycan milli musiqisində istifadə olunan lad mənasını bildirirsə,digər tərəfdən,bu termin ərəb 'məqam'ı, özbək 'məqom'u, hind 'raq'ı

ilə oxşar xüsusiyyətlərə malik olan xüsusi musiqi forması kimi işlənir.

Azərbaycan muğam ifaçılıq sənətində 7 əsas lad var: Rast,Şur, Seygah, Şüştər,Cahargah, Bayatı-Şiraz,Humayun. Hər bir muğam kompazisiyası yaradıcı təfəkkurun məhsulu olan bir neçə hissədən ibarətdir.Muğamın bir hissəsindən(bəzən bu hissələrə 'bölgə','bölüm' də deyilir.) Digər hissəsinə keçərkən müğənni-xanəndə səs diapazonunu genişləndirərək,en aşağı tonallı registrdən yuksəyə dogru qalxır,melodik ritmdən emosional ifaya keçid alır.Muğamın hisələri arasında bu və ya digər təsniflər ifa olunur:vokal imkanların numayişi məqsədilə ifa olunan kompazisiyalar,musiqi alətlərinin xanəndəninifasına sözün yaxşı mənasında müdaxiləsi va s.Muğamda əsas diqqətçəkçən məqamlardan biri ifaçının -xanəndənin ifa tərzi,ifa üslubudur ki,bu da sənətkarın impravizəsindən, ifa etdiyi musiqi mətninə nə dərəcədə yaradıcı yanaşmasından irəli gələn məsələdir.Bir çox dünya müsiqişünasları da Muğamla Cazın oxşarlığından bəhs edərkən bu məqama toxunurlar: Çünki hər iki musiqi janrında ifaçının yaradıcılıq imkanları esas amillər kimi dəyərləndirilir.Azərbaycan milli musiqi sənətinin bir forması kimi Muğam öz köklərini umumi Şərq mədəniyyətindən alır.Xüsusən də muğamın ərəblər dövrundə Quran ayə və surələrini uzadaraq oxunulması ilə əlaqədar yarandığı iddia edilir.İlkin anlarda Muğam ifa edilərkən Aşıq sənəti ilə bir-birinə çox bənzəyirdi.Bu bənzərlik isə özünü ifa baxımından göstərirdi ki,istər aşıq ,istər xanəndə musiqi alətləri olmadan belə,ifaçılıq imkanlarına arxalanaraq musiqi mətnini dinləyiciyə çatdıra bilirdi.Muğam parçalarında xüsusilə klaslərin poeziya nümunələrindən-Füzuli, Vaqif,Beyləqani,Xəqani,Nizami qəzəllərindən,şeriyyatından geniş istifadə olunur.Adətən muğam parçalarının mövzusu məhabbət olur,lakin bu yalniz kişi-qadın məhəbbəti deyil, Vətənə, Vətən təbiətinə, Allaha olan sevgini də özündə cəmləşdirir. Dərin fəlsəfi mənaya malik muğam insan adlı bəşər övladının kədəri,sevinci,məhəbbəti, istək və arzuları,ümidini,xəyallarını ifadə edir.Muğamın milli musiqi nümunəsi kimi azəri xalqı tərəfindən daha da sevilməsi ,qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması prosesi Sovet dövründə daha sürətlə inkişaf etmişdir.Muğam 20-ci əsr bəstəkarları üçün kompazisiya,simfoniya, xor tipli musiqi nümunələri yaradarkən etibarli,dəyərli və zəngin bir mənbəyə çevrilməyə başlamışdır.21-ci əsrin əvvəllərində isə Muğam nəinki keçmiş sovet ölkələri hüdudları ilə kifayətləndi artıq dunya tərəfindən qəbul edilməyə başlandı.Məhz buna sübut olaraq dəyərli milli tarixi musiqi nümunəmizin 2002 ci ildə UNESCO tərəfindən 'Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri'
siyahısına salınmasıni göstərmək olar.



1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır



Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!


BAKI HAQQINDA MƏLUMAT

Bakı - müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.


Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.


Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.


Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.


Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.



Azerbaycan manati.


Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş,Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin - Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

Tarix mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.



Qarabağ mövzusuna həsr olunmuşdur.

Əskinas 134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əskinas 148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur.Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.


İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əskinas 155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.



Dinlerin tarixi

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.

Bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Strabon Qafqaz albanlarının Günəşə, Aya, Göyə sitayiş etdikləri barədə xəbər verir. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verir.

Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən - torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir.

Atəşpərəstlərin məbədi atəşgah adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün 18-ci əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Zərdüştilik


Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. M.Boys zərdüştiliyin Vəhy dinlərindən ən qədimi olduğunu qeyd edir. Bu dinin müqəddəs kitabı Zənd-Avestaya daxil olan Qatalar din müəllimi və peyğəmbər Zərdüştə (e.ə. VI əsr) səmadan nazil edilmişdir. Bəzi mənbələrdə göstərilir ki, Zərdüştün atası Azərbaycandan olmuşdur. Zərdüştiliyə görə, dünyada iki başlanğıc - Xeyir və Şər başlanğıcları mövcuddur və bunlar daima bir-birilə mübarizə aparır. İşıq, Xeyir və Ədalət dünyasını Hörmüzd (Ahura-Mazda), Qaranlıq, Şər və Zülm dünyasını Əhrimən (Ahura-Manyu) təcəssüm etdirir. Bu mübarizədə son təqdirdə Xeyir qalib gələcək və Hörmüzdün Şərə və Zülmətə qarşı fəal ardıcılları axirət səadətinə qovuşacaqlar. Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Qafqaz albanları ölənləri ilə birlikdə onların sağ ikən istifadə etdikləri bəzək əşyalarını və qab-qacaqlarını da dəfn edirdilər. O dövr azərbaycanlıları arasında ölüləri sümükləri təmizləndikdən sonra üfqi vəziyyətdə yerləşdirilmiş iri küp qəbirlərdə dəfn etmək adəti barədə məlumat vardır. Ölüləri torpaqda, saxsı tabutlarda, yeraltı sərdabələrdə, oyuq qəbirlərdə dəfnetmə adətləri də mövcud olmuşdur.

Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.
Yəhudilik

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır.

Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar.
Xristianlıq


Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari (sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.


Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.

Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.


Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.


Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

Dinimiz:ISLAM


VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində - ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda "rəbəd" adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı - 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.


Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.

alintidir



"CƏMİYYƏT" BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.


Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.


Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.


Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.


Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.


İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.


Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur.


Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 42 siyasi partiya fəaliyyət göstərir.


Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir.


Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Prezidentin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.


Kütləvi informasiya vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyinin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanun qəbul edilmişdir. Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənəddir.


2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olunmuşdur.


Kütləvi informasiya vasitələri sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda qüdrətli vasitəyə çevrilsin, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etsin. Kütləvi informasiya vasitələri həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir.


Həyatımızın digər sahələrində olduğu kimi elm və təhsil sahəsində də islahatlar məhz 1993-cü ilin ikinci yarısından sonra başlanmışdır.


Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Ümummilli lider 1998-ci ilin martında "Azərbaycan Resrublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı.


Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir.

Ali təhsil sahəsində yeniliklərdən biri də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ölkənin 4 aparıcı ali məktəbinə - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bir neçə ali məktəbə isə "Universitet" statusu verilmişdir.


AMEA 1993-cü ildən Kiyev şəhərində təsis edilmiş Elmlər Akademiyasının Beynəlxalq Assosiasiyasının üzvüdür.


Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol, respublika ictimaiyyətində olan nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənmişdir.


Müstəqillik illərində Səhiyyə Nazirliyi sistemində də ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir.


Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.


Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar.


Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir.


Fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin - idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.


Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir.


Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür. Hal-hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən qeyri-hökumət təşkilatlarının (QHT) sayı 120-dən artıqdır. Onların yarıdan çoxu konfederativ qurum olan Gənclər Təşkilatının Milli Şurasında birləşmişdir. Milli Şura 2000-ci ildə Avropa qitəsində ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvarından isə BMT-nin Sosial-İqtisadi Şurasına müşahidəçi statusu ilə üzv qəbul olunmuşdur.


Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür.


"AZƏRBAYCAN BEYNƏLXALQ ALƏMDƏ" BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT
1991-ci ildə dövlət istiqlaliyyətini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyat əhəmiyyətli başlıca məqsəd güdməkdədir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub-inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Azərbaycan hökumətinin xüsusi diqqət yetirdiyi Avropa məkanında atdığı addımlar onun həyata keçirdiyi xarici siyasət sistemi çərçivəsində göstərdiyi səylərin tərkib hissəsi olmaqla yanaşı, bu səylərlə tam səsləşir. Müasir şərait köhnə nüfuz dairələri modeli əsasında deyil, həqiqi mənada tərəfdaşlıq və əməkdaşlığa söykənən Avropa təhlükəsizlik və ümumi rifah strukturunun yaradılmasına unikal bir fürsət verir, lakin eyni zamanda yeni tipli təhdidlərin yaranmasına səbəb olur. Bunun üçün Azərbaycan yaranmış obyektiv vəziyyəti nəzərə alaraq, NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir.

Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını müdafiə edib gerçəkləşdirir.

Azərbaycan Respublikasının ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib-hazırlanması və gerçəkləşdirməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun güclü dövlətçilik duyğusu, dərin məntiqi və məsələlərin mahiyyətini düzgün dərketmə qabiliyyəti beynəlxalq əlaqələrin qurulması işinə düzgün yanaşma yolunu müəyyən etməyə imkan yaradırdı. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın xarici siyasəti əsası Heydər Əliyev tərəfindən qoyulmuş dünya ictimaiyyətinin bütün xoşməramlı üzvlərilə qarşılıqlı faydalı münasibətlərin hərtərəfli inkişafı kursuna öz möhkəm sadiqliyini nümayiş etdirməkdədir və Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı tərəqqi və əhalinin rifahının təmin edilməsinə yönəldilmişdir. Kompleks və çoxşaxəli xarakter daşıyan bu prosesin çərçivəsində aparılan diplomatik fəaliyyət bir neçə əsas istiqamətdən ibarətdir, birlikdə isə onlar müstəqil Azərbaycanın xarici siyasətini təşkil edir.

alinti

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.


Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.


Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.


Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.


Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.


Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.


Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.


Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.


Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.


Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.


Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir.


Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.


Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.


Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.


Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.


Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.


Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.


Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.


Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.


Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.


Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.


Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.

Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.




Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

alinti


AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT HAKİMİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti - Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.

Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.


Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.


Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.


Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.


Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.


Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.


İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.


Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur.


Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.


Azərbaycan Respublikasında Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi fəaliyyət göstərir.


Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.


Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi həyata keçirirlər.


Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir.


Sadece Qeydiyyatlı istifadeçiler görebiler! internet saytında daim yeniləşən məlumat və informasiyalarla tanış olmaq mümkündür.

Şirkət onun əsas vəzifələrini yerinə yetirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı fəaliyyət növlərini həyata keçirir:

- sahənin inkişafına dair uzunmüddətli proqnozların, məqsədli kompleks elmi texniki, iqtisadi və sosial proqramların işlənib hazırlanmasını;

- istehsalın səmərəliliyinin yüksəldilməsini, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsini, sahə müəssisələri arasında əlverişli istehsal-texnoloji və təsərrüfat əlaqələrinin yaradılmasını;

- sahənin perspektiv inkişafının müəyyən edilməsində Şirkətlə müvafiq səlahiyyətli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqələrin təmin edilməsini;

- sahənin istehsal və sosial bazasının inkişafını, Şirkətin tərkibinə daxil olan müəssisələrin modernləşdirilməsi, genişləndirilməsi, yenidən qurulması, onların yeni texnika və texnologiyalarla təchiz edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada investisiya fəaliyyətini;

- müasir tikinti texnologiyasından və texniki vasitələrdən istifadə edilməklə geoloji-kəşfiyyat işlərinin aparılmasını, yataqların istismarının səmərəliliyinin yüksəldilməsini, buruqların tikintisinin sürətləndirilməsini, həmçinin, yerin təkindən istifadə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan qanunvericiliyə riayət etməklə yataqların istismara hazırlanmasının keyfiyyətinin və sürətinin artırılmasını;

- təsərrüfatçılıq üsullarının və formalarının təkmilləşdirilməsini, elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsini;

- iqtisadi və istehsal-texniki proqramların həyata keçirilməsi üçün banklardan, o cümlədən xarici banklardan və digər mənbələrdən kredit vəsaitlərinin cəlb olunmasını;

- kadr siyasətinin həyata keçirilməsini, respublikada və xaricdə kadrların hazırlanmasının və ixtisasının artırılmasının təşkilini;

- sosial sahənin maddi bazasının möhkəmləndirilməsi hesabına müəssisə kollektivlərinin sosial inkişafı üçün əlverişli imkanlar yaradılmasını;

- dövlət orqanları, xarici şirkətlər və sahibkarlarla qarşılıqlı əlaqəli fəaliyyət göstərilməsini;

- geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını və müvafiq qaydada təsdiqlənməsinin təmin edilməsini;

- yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, müəssisələr tərəfindən istismar olunan yataqların təcrübə, sənaye-istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatlı yataqların işlənməsi layihələrinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini;

- neft və qazçıxarma müəssisələrinin illik iş proqramlarının təsdiq edilməsini və bu proqramlara uyğun olaraq onların illik büdcə vəsaitlərinin müəyyənləşdirilməsini;

- hasil edilmiş xam neftin və təbii qazın nəqlinin təşkil edilməsini və xidmətə görə nəql müəssisələrinə müəyyən edilmiş nəql haqqının ödənilməsini;

- xam neftin və təbii qazın emalının təşkil edilməsini, neft və qaz emal müəssisələrinə Şirkət tərəfindən göstərilən xidmətlərə görə müəyyən edilmiş emal xərclərinin ödənilməsini;

- xam neft, təbii qaz, neft və qaz məhsullarının satışının təşkil edilməsini və onların təchizat xərclərinin müvafiq qaydada ödənilməsini;

- torpaqların rekultivasiyası və ətraf mühitin mühafizəsi üçün lazımi tədbirlərin görülməsini;

- qanunvericiliklə müəyyən edilmiş qaydada xarici iqtisadi əlaqələrin həyata keçirilməsini və s.

ARDNŞ-nin birgə beynəlxalq layihələri

ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir.

Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.

“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına tarixə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri kimi daxil olan boru vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycanın daxildəki və xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, layihənin reallaşmasına mane olmağa çalışırdılar. Lakin bütün maneələrə baxmayaraq, kəmərin tikintisi başa çatdı və 2006-cı ilin may ayının 28-də - Azərbaycanın Respublika günü ərəfəsində kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salındı. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstambul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. Artıq bütün dünyanın diqqət mərkəzində olan BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.

4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. “Şahdəniz” yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir. Yatağın işlənməsinin 1-ci mərhələsi çərçivəsində (“plato dövrü”ndə) ildə 8 milyard kubmetr təbii qaz hasilatı proqnozlaşdırılır. Hasil olunacaq qazın müvafiq müqavilələr üzrə Türkiyəyə (ildə təqribən 6 milyard kubmetr), Gürcüstana (ildə 0.3 milyard kubmetr) və Azərbaycana (ildə 1.5 milyard kubmetr) təchizatı nəzərdə tutulub. “Şahdəniz” yatağının tam işlənməsi üzrə Faza-1 layihəsi çərçivəsində qazın satışının və marketinqinin idarə edilməsi məqsədilə Norveçin “Statoyl” şirkətinin operatorluğu ilə Azərbaycan Qaz Təchizatı Şirkəti yaradılmışdır. Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf ediləcək. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin “Botaş” şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər “Şahdəniz” qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir.

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2007-ci il iyul ayının 1-dək bu yataqdan 700 milyon 444 min 551 kubmetr qaz hasil edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür. Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhəddində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir. Kəmərin Gürcüstan–Türkiyə sərhəddindən Ərzuruma qədər olan hissəsi BOTAŞ şirkətinin qaz kəmər sisteminin bir hissəsi hesab edilir.

BTƏ qaz kəməri təkcə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da maraq dairəsindədir. Belə ki, bu ölkələr də gələcəkdə Cənubi Qafqaz boru kəməri ilə öz qazını nəql etməyi planlaşdırırlar. Bundan əlavə, Yunanıstan ilə Türkiyə arasında imzalanmış sazişə əsasən, Ankaradan Komotiniyə qədər qaz boru kəmərinin çəkilməsinə dair saziş imzalanmışdır. Bu isə “Şahdəniz” qazının Türkiyədən əlavə, Yunanıstana, İtaliyaya, Balkan yarımadası dövlətlərinə və digər Avropa ölkələrinə nəql olunmasına zəmin yaradıb.

ARDNŞ-in strukturu

I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu

1. Rəhbərlik
- Prezident
- Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident
- İqtisadi məsələlər üzrə vitse-prezident
- Vitse-prezident-sərmayələr və marketinq üzrə vitse prezident
- Vitse-prezident-emal üzrə
- Vitse-prezident
- Sosial məsələlər üzrə vitse-prezident
- Ekologiya üzrə vitse-prezident
- Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident

2. Şirkətin aparatı
II. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr:

"Azneft" İstehsalat Birliyi;
Geofizika və Geologiya İdarəsi;
Neft Kəmərləri İdarəsi;
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi;
Sərmayələr İdarəsi;
"Azərneftyağ" Neft Emalı Zavodu;
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu;
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
Təhlükəsizlik İdarəsi
Sosial İnkişaf İdarəsi
Ekologiya İdarəsi
Qaz Əməliyyatları İdarəsi
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
Xəzər Dəniz Neft Donanması
''Neftqaztikinti'' Tresti
Kompleks Qazma İşləri Tresti
Elmi Tədqiqatlar İnstitutu
''Neftqazlayihə'' İnstitutu

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİ

ümumi məlumat

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir, onlarla qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Konstitusiya Məhkəməsi qanunların və digər normativ hüquqi aktların, bələdiyyə və məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik iyerarxiasında özündən daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktlara uyğunluğunu yoxlayır, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:


Azərbaycan Respublikasının Prezidenti;

Azərbaycan Respublikasının Milli Məclisi;

Azərbaycan Respublikasının Nazirlər Kabineti;

Azərbaycan Respublikasının Ali Məhkəməsi;

Azərbaycan Respublikası Prokurorluğu;

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;

məhkəmələr;

ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxır: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində, ərizəçinin məhkəməyə müraciət etmək hüququ pozulduqda isə həmin hüququn pozulduğu andan üç ay müddətində verilə bilər. Eyni zamanda "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının diqər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

Qüvvədə olan qanunvericilik aktları, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə aktları insan hüquq və azadlıqlarını pozduqda İnsan hüquqları üzrə müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.




Konstitusiya Məhkəməsinin tarixi
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası "Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" 14 iyul 1998-ci il tarixli, 522-IQR saylı Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ilk 7 hakimini təyin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli Fərmanı ilə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması üçün zəruri məsələlər öz həllini tapmışdır.




Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
fəaliyyətinin təmin edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikasında yaradılmış ali konstitusiya mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəqilliyini və Konstitusiya Məhkəməsi hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə qərara alıram:


1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi iki ay müddətində onun yüksək statusuna uyğun olan bina, məhkəmə hakimiyyəti rəmzləri, hakimlərin xüsusi geyimləri, xüsusi avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin bütün növləri), nəqliyyat, digər zəruri təşkilati-texniki vasitələrlə təmin etsin;

"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminə hər ay öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün 210 min manat məbləğində vergilərdən azad olunan pul təminatının verilməsi üçün vəsait ayırsın;

hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun;

öz səlahiyyətləri daxilində "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.


2. Bakı şəhəri icra hakimiyyətinə tapşırılsın ki, mənzili olmayan və ya mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Bakı şəhərində mənzillə təmin etsin.


3. Müəyyən olunsun ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası ərazisi hüdudlarında dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə dəmir yolu vağzalı və hava limanlarındakı rəsmi nümayəndə zallarından pulsuz istifadə edirlər.


4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti


Heydər ƏLİYEV.


Bakı şəhəri, 18 iyul 1998-ci il.


№ 739.






beynəlxalq əlaqələri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əlaqələrə, o cümlədən xarici ölkələrin Konstitusiya Məhkəmələri ilə, Avropa Şurası, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA-CEELİ), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dəvəti ilə Bakı şəhərinə Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika Krallığı, Çexiya Respublikası, Slovakiya Respublikası, Macarıstan Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası, Norveç Krallığı, İspaniya Krallığı, Ukrayna Respublikası, Gürcüstan Respublikası, Moldova Respublikası, Litva Respublikası, Latviya Respublikası, Qırğızıstan Respublikası və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və əməkdaşları rəsmi səfər etmişlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində mütəmadi olaraq konstitusiya mühakiməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu və digər müasir hüquqi məsələlərə həsr olunmuş birgə beynəlxalq seminarlar və konfranslar təşkil olunur. Xarici ölkələrin Konstitusiya Məhkəmələrinin, həmçinin beynəlxalq təşkilatların dəvəti ilə son dövr ərzində Konstitusiya Məhkəməsinin sədri, hakimləri və əməkdaşları ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Slovakiya, Çexiya, Polşa, İspaniya, Belçika, Rumıniya, Albaniya, Moldova, Ukrayna, Kipr, Hindistan və Cənubi Koreyaya rəsmi səfərlər etmişlər. Konstitusiya Məhkəməsinin fəaliyyətində beynəlxalq hüquqa və xarici məhkəmə praktikasına böyük diqqət yetirilir, Azərbaycan Republikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələr, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa konstitusiya nəzarəti orqanlarının qərarları mütəmadi olaraq öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bundan əlavə, hər-hansı hüquqi məsələyə aydınlıq gətirilməsi üçün xarici ölkələrin təcrübəsinin nəzərdən keçirilməsinə ehtiyac yarandıqda, Konstitusiya Məhkəməsinin Aparatı Avropa Şurasının Venesiya Komissiyasının Avropa Konstitusiya Məhkəmələri üçün yaratdığı operativ əlaqə vasitəsilə qısa müddət ərzində lazımi məlumat və rəyləri almaq imkanına malikdir. Venesiya Komissiyasının bütün Avropa Konstitusiya Məhkəmələri üçün ildə üç dəfə nəşr etdiyi bülletenlərdə Avropa Konstitusiya Məhkəmələrinin, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları ingilis və fransız dillərində dərc olunur. Bundan əlavə, Komissiyanın ekspertləri "Konstitusiya Məhkəməsi haqqında" yeni Qanunun və Məhkəmənin Daxili Nizamnaməsinin layihələrinə dair öz rəylərini vermişlər. Qeyd edilməlidir ki, Venesiya Komissiyası, ATƏT, GTZ-nin Bakıdakı nümayəndəliyinin dəstəyi və Avropa ekspetlərinin iştirakı ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün təlim kursları keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatına tamhüqüqlu üzv seçilmişdir.




ünvanlar
Konstitusiya Məhkəməsinin ünvanı: Gənclər Meydanı 1, Bakı, Azərbaycan, AZ-1005



PARLAMENTİN TARİXİ



Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc edilir.

1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu.

Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı.

Azərbaycanın siyasi müstəqilliyi tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı.

1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib: I Ümumazərbaycan Sovetlər qurultayı - 6-19 may 1921-ci il II Ümumazərbaycan Sovetlər qurultayı - 28 aprel-03 may 1922-ci il III Ümumazərbaycan Sovetlər qurultayı - 25 noyabr-01 dekabr 1923-cü il IV Ümumazərbaycan Sovetlər qurultayı - 10-16 mart 1925-ci il V Ümumazərbaycan Sovetlər qurultayı - 18 mart 1927-ci il VI Ümumazərbaycan Sovetlər qurultayı - 1-9 aprel 1929-cu il VII Ümumazərbaycan Sovetlər qurultayı - 19-25 yanvar 1931-ci il VIII Ümumazərbaycan Sovetlər qurultayı - 11-17 yanvar 1935-ci il IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı - 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il

Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.

1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamam son qoyuldu. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstutusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi.

SSRİ-nin süqutu ərəfəsində - 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi.

Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu. Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.

12 noyabr 1995-ci ildə seçilmiş Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 1995-2000-ci illər ərzində fəaliyyət göstərmişdir.

05 noyabr 2000-ci ildə seçilmiş İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 2000-2005-ci illər ərzində fəaliyyət göstərmişdir.

06 noyabr 2005-ci ildə seçilmiş Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi hazırda fəaliyyət göstərir.




İCRA HAKİMİYYƏTİ

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.


Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.


Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.


Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.


Prezidentin İcra Aparatı Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. İcra Aparatı qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.


İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.


Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin İcra Aparatının tərkibinə daxil deyil.


Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.


Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.


Azərbaycan Respublikasında 20 nazirlik fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:



Daxili İşlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ədliyyə Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Fövqaladə Hallar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Xarici İşlər Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Maliyyə Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Nəqliyyat Nazirliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Səhiyyə Nazirliyi
Sənaye və Energetika Nazirliyi
Təhsil Nazirliyi
Vergilər Nazirliyi
Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir



alinti


Prezident

Maddə 8. Azərbaycan dövlətinin başçısı


I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.


II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.


III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.


IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.



Maddə 9. Silahlı Qüvvələr


III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.


Maddə 99. İcra hakimiyyətinin mənsubiyyəti


Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.


Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər


Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.


DAXİLİ İŞLƏR NAZİRLİYİ


Nazirliyin tarixi


1918-ci il mayın 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, Nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.


1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.


1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.


Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.


Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə daxili işlər orqanlarının 66 əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.


18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.


Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilmişdir.


Daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli Qərarına əsasən N. Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır.


Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.


Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli Fərmanı ilə daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunması məqsədilə, Nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.


Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır.



Nazirliyin strukturu


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün nazirliyin mərkəzi aparatının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir:



Katiblik (baş idarə səlahiyyətli)
Baş Təşkilati-İnspektor İdarəsi
Növbətçi hissələri idarəetmə xidməti (idarə səlahiyyətli)
Baş Cinayət-Axtarış İdarəsi
Baş İstintaq və Təhqiqat İdarəsi
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Baş Narkotiklərlə Mübarizə İdarəsi
Daxili Təhlükəsizlik İdarəsi
Kriminalistik Tədqiqatlar İdarəsi
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Baş İctimai Təhlükəsizlik İdarəsi
Daxili Qoşunların Baş İdarəsi
Nəqliyyatda Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
Baş Mühafizə İdarəsi
Pasport, Qeydiyyat İdarəsi
İnterpolun Milli Mərkəzi Bürosu (baş idarə səlahiyyətli)
Baş Kadrlar İdarəsi
Daxili Təhqiqatlar İdarəsi
Şəxsi Heyətlə İş İdarəsi
Beynəlxalq Əməkdaşlıq İdarəsi
Əməliyyat-Rabitə İdarəsi
Mətbuat Xidməti (idarə səlahiyyətli)
Maliyyə-Plan İdarəsi
Təchizat İdarəsi
Tibb İdarəsi
Komendant Xidməti (idarə səlahiyyətli)
Əsaslı Tikinti İdarəsi
İdman cəmiyyəti (idarə səlahiyyətli)
Səfərbərlik işləri və mülki müdafiə Şöbəsi


Polis Akademiyası




Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuşdur. Məktəb 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmişdir. 1936-cı ildən Mərdəkan qəsəbəsinə köçürülmüşdür.


1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.


1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda - Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.


70-80-cı illərdə və hal- hazırda Respublikaya rəhbərlik edən hörmətli Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi.



Beynəlxalq əlaqələr


Azərbaycan Respublikası daxili işlər nazirliyinin beynəlxalq və regional təşkilatlarla, eləcə də bir sıra xarici ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə sıx əlaqələri mövcudur. Bu qəbildən olan beynəlxalq təşkilatlar sırasında ilk növbədə Birləşmiş Millətlər Təşkilatı(BMT), Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını(ATƏT), Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı(BMqT) və Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) göstərmək olar. Bu təşkilatlarla əməkdaşlıq çərçivəsində mütamadi olaraq DİN əməkdaşları üçün seminar, təlim kursları, təcrübə mübadiləsi və işçi görüşləri təşkil edilir. Nazirliyin rəhbərliyi ilə beynəlxalq təşkilatların ölkəmizdə səfərdə olan nümayəndə heyətləri, onların Azərbaycandakı təmsilçiləri, həmçinin xarici dövlətlərin ölkəmizdə akkreditə olmuş diplomatik korpusunun nümayəndələri arasında görüşlər keçirilir.


Daxili işlər nazirliyi regional beynəlxalq təşkilatlardan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı(QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM və Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü (CŞAƏT) çərçivəsində də əməkdaşlıq edir. Azərbaycan Respublikası Beynəlxalq Polis Təşkilatının - İnterpolun üzvüdür, ölkəmizdə bu təşkilatın Milli Mərkəzi Bürosu fəaliyyət göstərir.Daxili işlər nazirliyi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin hüquq mühafizə orqanları, o cümlədən daxili işlər nazirlikləri ilə məhsuldar əməkdaşlıq edir.


Nazirlik MDB çərçivəsində bağlanan çoxtərəfli beynəlxalq-hüquqi sənədlərin əksəriyyətinin iştirakçısıdır. Bu beynəlxalq hüquqi sənədlər daxili işlər nazirlikləri arasında taransmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, digər növ cinayətlər, həmçinin cinayətkarların axtarışı, informasiya mübadiləsi məsələləri üzrə əlaqələri tənzimləyir. Daxili işlər nazirliyi, eyni zamanda mövcud ikitərəfli sazişlərə uyğun olaraq, Türkiyə, Çin, Bolqarıstan, İran, Rumıniya, Pakistan, Avstriya, Latviya, Litva, Estoniyanın müvafiq qurumları ilə cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı həyata keçirir.Yunanıstan, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələrin müvafiq strukturları ilə əməkdaşlıq əlaqələri qurulmaqdadır.


DİN əməkdaşları ABŞ, Türkiyə, Misir, Fransa və Çində keçirilən təlim kurslarında iştirak edir.

Beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri DİN rəhbərliyinin rəsmi və ya işçi səfərləri və müvafiq beynəlxalq tədbirlərdə iştirakı yolu ilə də həyata keçirilir.


Nazirliyin yerləşdiyi ünvan


AZ 1001, H.Hacıyev 7

alinti

AZƏRBAYCAN İQTİSADİYYATI HAQQINDA ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.


Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.


Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.


Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş ("Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı (2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)" və s.) və bir çoxları da hazırlıq mərhələsindədir ("Azərbaycan Respublikasının məşğulluq strategiyası", "Qeyri-neft sektoru üzrə ticarət və investisiyanın inteqrə olunmuş strategiyası" və s.).


Azərbaycan Respublikasının iqtisadi siyasətinin öncül istiqamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanmışdır.


Müstəqil Azərbaycan Respublikasının yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır. "Əsrin münaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.


1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" fərman imzalamışdır.


Neft Fondunun yaradılması fəlsəfəsinin əsas qayəsini Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.


Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.


Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2004-cü illərdə sənaye sahəsində də əhəmiyyətli nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Sənaye məhsulunun istehsalında artım müşahidə olunur. Demək olar ki, sənayenin bütün sahələrində, o cümlədən neft və qaz, kimya və neyt-kimya, maşınqayrıma və metal emalı, tikinti materialları sənayesi sahələrində nəzərəçarpan irəliləyiş nəticəsində məhsul istehsalının həcmi çoxalmışdır. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir. Son altı ildə emal sənayesi sahələrində məhsul istehsalı 1,5 dəfə, o cümlədən yeyinti sənayesində 43 faiz, taxta məmulatları istehsalında 2 dəfə, kağız məmulatı istehsalında 30 faiz, kimyəvi məhsulların buraxılışında 2,5 dəfə, tikinti materialları istehsalında 5 dəfə, metallurgiya sənayesində 3 dəfə artmışdır.


1993-2003-cü illər ərzində 3 mindən artıq yeni sənaye müəssisəsi açılmış və 2004-cü ilin yanvarın 1-i vəziyyətinə onların sayı 5536-ya çatmışdır. Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və indi də həyata keçirilməkdə olan "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrin sayı bu illərdə 3 dəfə artmışdır. Hazırda sənaye sahəsində 63 dövləti təmsil edən, 192 xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Milli iqtisadiyyatımızda 2003-cü ildə qoyulmuş investisiyaların 74%-i məhz sənaye sahələrinə qoyulmuşdur. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dovlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.


İqtisadiyyatın və əhalinin enerji daşıyıcılarına olan tələbatının ödənilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji daşıyıcılarına artan tələbatların daha səmərəli surətdə ödənilməsinin təmin edilməsi məqsədilə Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2004-cü il tarixli 635 №-li Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nı göstərmək olar.

Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əhalinin zəruri istehlak malları ilə təminatında mühüm rol oynamışdır.1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapmışdır.


Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və kolxozllar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fermerlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratdı.

Aqrar bölmədəki islahatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.


Bank sistemində aparılan islahatlar müstəqilliyin ilk illərində banklara yaranmış inamsızlığı aradan qaldırmaqda mühüm rol oynamışdır. Ölkədə müasir bank quruculuğu işlərinə başlanılmış, ikipilləli bank sisteminin formalaşması, bankların möhkəmlənməsi, onların nizamnamə kapitalının artması istiqamətində işlər aparılmışdır. Sərbəst bazar iqtisadiyyatı şəraitində öz işini qura bilməyən və rəqabətə davam gətirə bilməyən zəif banklar sıradan çıxmışdır. Ölkədə fəaliyyət göstərən bankların sayı 4 dəfəyə yaxın azalmaqla yanaşı, bank sisteminin kapital bazası 5 dəfə artmışdır.



İqtisadi inkişafı təmin edən əsas amillərdən biri kapital qoyuluşunun dinamikasıdır. Belə ki, kapital qoyuluşuna yönəldilən investisiya istehsalın artması ilə yanaşı yeni müəssisələrin, təhsil, səhiyyə, yaşayış və digər sosial obyektlərin tikilib istismara veriməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. Onə görə də Azərbaycan Respublikasının iqtisadi siyasətində ildən-ilə investisiyaların, o cümlədən xarici investisiyaların həcminin artırılması öncül sahələrdən sayılır.


Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuş və iqtisadi problemlər, bazar iqtisadiyyatına keçid barədə məsələlər üzrə bu təşkilatlarla mütəmadi olaraq məsləhətləşmələr aparır, onların maliyyə imkanlarından istifadə edir.


Beləliklə, iqtisadiyyatın bütün sahələrində aparılan islahatların qısa zaman kəsiyi ərzində verdiyi çoxsaylı müsbət nəticələr bir daha Azərbaycan Respublikasının rəhbərliyinin əzmlə həyata keçirdiyi iqtisadi siyasətin düzgünlüyünü sübut edir

alinti

AZƏRBAYCANIN İLK SAKİNLƏRİ

İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir.

Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir və tədqiq olunur.

Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2 milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki, 1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması müəyyən olunmuşdur.

Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır.

Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır

Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli güşəsində Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.


Azərbaycan Respublikası ərazisində aparılan elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycan ərazisinin qədim sivilizasiya məskənlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır.


Azərbaycanın Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materialllar tapılmışdır.


Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz maddi mənbələr əsasında şərh edir.

Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir.


Azerbaycanin tebieti haqqinda umumi melumat

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır.

Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 - e.ə. təqr.120), Strabon (e.ə. 64/63 - eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 - təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumtalar vermişlər. Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 - təqr. 912-913), Əbu-İshaq İstəxri (təqr. 820-934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu - XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247-1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar. Alban (Qafqaz) tarixçisi Musa Kalankatlı (VII - VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.

Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli EA-nın rolu böyükdür.

Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi

Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Relyefi

Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.

Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.

Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə - Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyi.

Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.

Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri - Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.




Talış dağları ölkənin cənub-şərq hissəsini tutur. Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus (İran) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.

Kür-Araz ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları arasındakı məkanı əhatə edir. Zaqafqaziyada ən iri dağarası çökəkliyi olmaqla, o, respublika ərazisinin mərkəzi hissəsini tutrur. Ovalıq Kür və Araz çayları ilə beş düzənliyə və ya düzə ayrılır: Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzləri.

Abşeron yarımadasından şimala doğru Xəzər dənizi sahillərində Qusar maili düzənliyinə söykənən Samur-Dəvəçi ovalığı yerləşir. Abşeron yarımadasından cənuba doğru Talış dağlarının ətəkləri boyu Lənkəran ovalığının dar zolağı uzanır. Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarının, həmçinin Abşeron yarımadasının xeyli hissəsi dünya okeanının səviyyəsindən aşağıda yerləşir.

İqlimi

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür. Bu yüksək rəqəmlər Naxçıvan çökəkliyində və yüksək dağlarda müşahidə edilir. Yağıntılar da ərazidə olduqca qeyri-bərabər paylanmışdır. İl ərzində Abşeron yarımadasında və Naxçıvan MR-nın arazətrafı zolağında daha (200 mm-dən) az yağmur düşür. Kür-Araz ovalığında yağıntıların miqdarı 200-300 mm, Kiçik Qafqazda və Böyük Qafqazın şimal-şərq yamaclarında 600-800 mm müşahidə edilib. Böyük Qafqazın cənub yamaclarında 2000-2500 metr yüksəkliklərdə 1200-1300 mm-dək, ən çox yağıntı Lənkəran ovalığının cənubunda və Talış dağlarının ətəklərində 1200-1700 mm-ə çatır.

Hakim küləkləri şimal (Abşeron yarımadası), cənub-qərb (Kür-Araz ovalığı), qərb (Lənkəran ovalığı) istiqamətlidir.

Daxili suları

Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.

Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.

Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları - Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.

Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir.

Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür.



Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.

Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.

Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

Bitki örtüyü

Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 240-a yaxın endemik bitki növləri də vardır.

Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir.

Böyük Qafqaz və Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir.

Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır.

Meşələr əsas üç ağac növlərindən - fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 faizini təşkil edir. Bunlardan başqa ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir.

Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin Vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbayjandır, yayılma arealı isə Jeyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir.

Heyvanlar aləmi

Azərbaycan özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir. Qonşu ərazilərdən - İrandan, Orta Asiyadan, Aralıq dənizi ölkələrindən olan bəzi heyvan növləri buradakı şəraitə uyğunlaşmış, respublikanın faunasını zənginləşdirmişdir.

Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir.

Respublika ərazisndə 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Düzənlik sahələrin faunası külli miqdarda məməlilər, sürünənlər, suda-quruda yaşayanlar və çoxsaylı oturaq və köçəri quşlarla təmsil olunub.

Burada məməlilərdən ceyrana, çöl donuzuna, canavara, tülküyə, porsuğa, qamışlıq pişiyinə, dovşana və s., sürünənlərdən - bataqlıq, Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kəltənkələyə, adi və su koramalına, gürzəyə və s., suda-quruda yaşayanlardan - müxtəlif növ qurbağalara, quşlardan - qırqovula, kəkliyə, turaca, qartala, müxtəlif növ ördək və qazlara, harayçı və fısıldayan qu quşlarına, qaşqaldağa, sultan toyuğuna, vağlara, qarabatdaqlara, qıvrımlələk qutana və s. həşaratların bir çox növlərinə rast gəlinir.

Orta və yüksək dağlıq hissədə düzənlikdə rast gəlinən heyvanlardan başqa bu ərazilər üçün xarakterik sayılan Şərqi Qafqaz təkəsi, Qafqaz maralı, Qafqaz köpgəri, Avropa cüyürü, Qafqaz qonur ayısı, quşlardan toğlugötürən, berkut, Qafqaz şahini, Qafqaz tetrası, Qafqaz uları və s. fauna nümunələri məskunlaşmışdır.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibi və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilib.

Azərbaycanın faydalı qazıntıları

Respublikanın ərazisi üç növdən olan qazıntılarla, yəni həm filiz, həm qeyri-filiz, həm də yanacaq mənşəli faydalı qazıntılarla olduqca zəngindir.


Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 23 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohür, Siyəzən zonası neftlə zəngindir.

Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə olunur.

Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycanın Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, moliben və s. yataqları mövcuddur. Ən iri dəmir filizi yatağı Daşkəsəndədir.

Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan MR), Kəlbəcər travetin daşları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvas qumları böyük təsərrüfat əhəmiyyəti kəsb edir.

Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.

Xəzər dənizi

Dünyanın ən iri qapalı su hövzəsi - Xəzər Azərbaycan xalqının həyatında çox mühüm əhəmiyyət daşıyır və özünün fiziki-coğrafi göstəriciləri ilə unikaldır. Onu qeyd etmək kifayətdir ki, Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.

Coğrafi landşaftın özünəməxsusluğu əlverişli rekrasion şərait yaratmışdır.

Dəniz meridian boyunça S latın hərfi şəkilində uzanmışdır, 47°17' şimal enliyi və 36°33' cənub uzunluğu koordinatları arasında yerləşmişdir. Meridian boyunca dənizin uzunluğu 1200 km-ə yaxındır, orta eni 310, ən böyük və ən kiçik enləri isə müvafiq olaraq 435 və 195 km-dir. Xəzər dənizinin səviyyəsi periodik olaraq dəyişdiyindən onun səthinin sahəsi və sularının həcmi dəyişkəndir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -26,75 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həcmi isə 78648 km3-dir və bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir. Maksimal dərinliyi 1025 m-dir və bu baxımdan Dünya okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.


Akvatoriyanın Azərbaycan hissəsi dənizin orta və cənub hissələrini əhatə edir. Duzluluğuna görə Xəzər suları dünya okeanının sularından xeyli fərqlənir. Şimal hissədə suyun duzluğu 5-6, dənizin orta və cənub hissələrində 12,6-13,5 promille təşkil edir. Azərbaycanda mövcud olan 300-dək palçıq vulkanının 170-dən çoxu Xəzərin Azərbaycan sektorunda ada və sualtı vulkanlarını təşkil edir. Xüsusilə onlar Cənubi Xəzərdə daha çoxdur.

Təbii şəraitin unikallığı və rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bugünədək qalmasına səbəb olmuşdur.


Dənizin Azərbaycan akvatoriyasında 171 növ fitoplankton (yosun), 40 növ zooplankton, 258 növ fitdentos, 91 növ makrozoondentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır.

Balıq növlərinin miqdarına görə karpkimilər üstünlük təşkil edir - 42 növ; xulkimilər - 31, siyənəkkimilər - 17, qızıl balıqkimilər - 2, nərəkimilər - 5 növdən ibarətdir. Xəzər ixtiofaunasının 4 cins, 31 növ və 45 yarımnövü endemikdir. Endemik növlərin əksəriyyəti orta Xəzərdə qeydə alınıb.

Təqribən 40 balıq növü və yarımnövü ov əhəmiyyəti daşıyır. Ümumi ixtiokütlənin əsas hissələrini kilkələr təşkil edir (80%), qalan hissə siyənəyin, kefalın, aterinanın, gümüşcənin və xul balığın payına düşür. Balıq növləri içərisində yox olmaq təhlükəsi altında olub, respublikanın "Qırmızı kitabı"na salınanlar: Xəzər ilanbalığı, alabalıq, Cənubi-Xəzər porusu (ağgözbalığı), çexon, dəniz sufu. Son illərdə nərə balıqlarının bütün növlərini (ağbalıq, kələmo-qayabalığı, nərə uzunburun balığın), Xəzər qızılbalığın, ağ qızılbalığın, xramulanın, şamayı balığının, şibrit və qarasolun sayı kəskin surətdə azalaraq, yox olmaq təhlükəsi altına düşmüşlər. Xəzərin su faunasında yeganə məməli heyvan Xəzər suitidir. O, mövcud suitilərin ən kiçiyidir. Xəzər suitinin populyasiyasının ölçüləri XX əsrin əvvəlinə 1,5 milyon fərddən 80-ci illərin sonuna 360-400 min fərdədək azalmışdır. 1993-cü ildə Xəzər suiti Qırmızı Siyahıya daxil edilmişdir.

Xəzər və sahilyanı zonanın müxtəlif biotiplərində 302 quş növü qeydə alınıb; onlardan 37-si su, 109-u suətrafı və 156-sı quru quşlarıdır.

alinti

EKOLOJİ DURUM


Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.

Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.

Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.

Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:

su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;

yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;

sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);

bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;

biomüxtəlifliyin seyrəkləşməsi;

meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.


alinti



AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.


1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.


1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.


1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.


Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.


AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır.


Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.

1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.

30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.

alintidir


AZƏRBAYCANDA TEATR SƏNƏTİNİN YARANMASI VƏ İNKİŞAFI

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.


Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.


Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.


Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.


Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.


Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.


Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.


M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.


1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.



1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H.Sarabski, M.Məmmədov (Bülbül), H.Hacıbababəyov, H.Terequlov, M.Bağırov, Ə.Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H.Ərəblinski (rej. kimi) Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

alinti


AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI




Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.


Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.


Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül - çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.


Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palas və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi-Dədə-Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.


XIII - XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. Incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapır. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.


XVIII əsrin II yarısında Azərbaycanın Şimalı kiçik feodal - Şəki, Bakı, Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan xanlıqlarına bölünməyə başladı. Xanlıqlar dövründə xalça istehsalı xeyli genişlənmiş, hər xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründə xalçaçılıq sənətinin inkişafı gələcəkdə xalçaçılıq məktəblərinin adının yaranmasına zəmin yaratdı.

1872-ci ildə Moskvada " Moskva- Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən Bakı, Quba, Şamaxı, Gəncə, Şəki, Qazax, Cavad qəzası və başqa yerlərdən gətirilmiş xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ildə Vyanada (Avstriya), 1911-ci ildə Turində (Italiya), 1913-cü ildə Londonda və Berlində təşkil edilmiş Beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılmış xalça və xalça məmulatlarından ibarət idi.


Xovsuz xalçaların növləri. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir.


Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür.


- Palas
- Cecim
- Ladı
- Kilim
- Şəddə
- Vərni
- Zili
- Sumax

Azərbaycan xalçaçılıq məktəbləri. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:

1. Quba,
2. Bakı, yaxud Abşeron,
3. Şirvan,
4. Gəncə,
5. Qazax,
6. Qarabağ
7. Təbriz

1. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə-Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar.

Dağətəyi hissədə xalça istehsalı-Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi kəndlərində, ovalıq hissədə isə Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və s. kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin də Dərbənd ərazisində toxunan xalçalar da daxildir.


Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları " Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" və s.-dir.


2. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Bakı qrupuna aid xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı qrupuna "Xiləbuta", "Xilə-əfşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Görədil", "Fatmayı", "Fındığan", "Qədi" və s. çeşnilər daxildir.


3. Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə", "Qobustan", "Şirvan", "Kürdəmir", "Şilyan", "Şirəlibəy", "Çuxanlı","Bico", "Sor - Sor", "Hacıqabul" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI - VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV - XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.

4. Gəncə xalçaçılıq məktəbi Gəncə şəhəri və onun ətraf kəndlərini, Gədəbəy və Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə şəhəridir. Qədim şəhərlərdən olan Gəncə Azərbaycanın şimal qərbində yerləşir. Gəncə hələ X-XI yüzilliklərdə ipək, yun parçaların, ipək xalçalarını istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalçaçılıq məktəbi Gəncə ətrafında olan rayonların xalçaçılığına müsbət təsir göstərmişdir.


Gəncə xalça məktəbinə "Gəncə", "Qədim Gəncə", "Gölkənd", "Fəxralı", "Çaykənd", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" və s. kompozisiyalar daxildir. Gəncə qrupuna daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.

5. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.


Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qara-qoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir.


Borçalı xalça mərkəzini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.


Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkəsəmən", "Dəmirçilər", "Kəmərli", "Göyçəli", "Salahlı" və s. çeşnili xalçalar daxildir.

Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə - Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir.

6. Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl - Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran", "Bağçadagüllər", "Balıq", "Buynuz", "Bərdə", "Bəhmənli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Ləmbərani", "Muğan", "Talış", "Ləmpə", "Malıbəyli", "Xanqərvənd", "Xanlıq", "Xantirmə", "Çələbi", "Şabalıdbuta", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı - gəbələr geniş yayılmışdır.


1750 - ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona - "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

7. 1828-ci il fevralın 10-da Rusiya ilə Iran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-Iran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla ölkənin cənub hissəsi Iranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini yaranıb meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada Iran xalçaları adı ilə tanındı.



Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.


Artıq XI-XII əsrlərdə çiçəklənmə dövrü keçirən Təbriz xalçaçılıq məktəbi XIII-XIV əsrlərdə Təbriz miniatür məktəbinin bədii xüsusiyyətlərini mənimsəmiş, XVI-XVII əsrlərdə yüksək inkişaf mərhələsinə çatmışdı. Bu məktəbə mənsub xovsuz və xovlu xalçalar bədii tərtibat, rəng ahəngdarlığı, ornamental bəzəklərin müxtəlifliyi ilə fərqlənir. Təbriz xalçaçılıq məktəbi əsas xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil qrupları. Təbriz qrupuna "Təbriz", "Baxşayış", "Qərəcə", "Görəvan", "Heris", "Ləçəkturunc", "Əfşan", "Ağaclı", "Ovçuluq", "Dörd fəsil" kompozisiyaları, Ərdəbil qrupuna "Ərdəbil", "Şeyx Səfi", "Şah Abbası", "Sərabi", "Zəncan", "Mir" və "Açma-yumma" çeşniləri daxildir. Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt", "Bağ-meşə", "Balıq", "Buta", "Dərviş", "Kətəbəli", "Gördəst", "Göllü-guşəli", "Güldanlı", "Leyli və Məcnun", "Məşahir", "Mun", "Namazlıq", "Nəcaqlı", "Sərvistan", "Sərdari", "Səhənd", "Silsiləvi ləçək", "Fərhad və Şirin", "Xəyyam", "Xətai", "Həddad", "Çərxi-gül", "Ceyranlı" və s. klassik kompozisiyaları da məşhurdur. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəridir.

XX əsrdə xalçaçılığın inkişafı. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış sücetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.


Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.


Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.


Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.



Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRI Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L. Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.

alinti



AZƏRBAYCANDA CİZGİ FİLMLƏRİNİN YARANMASININ QISA TARİXİ

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. “Abbasın bədbəxtliyi” adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: “Sindbad dəniz səyyahıdır”. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. “Cırtdan” kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi “Ayı və siçan” (rej. N.Məmmədov) və “Şir və öküz” (rej. A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt “Kaleydoskop-71” Ümumittifaq kinoalmanaxına daxil edilmişdir.

Üçüncü – “Fitnə” (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

“Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Filmlərin yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.

“Bulud niyə ağlayır” (1973, rej. M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir.

“Cırtdanın yeni sərgüzəşti” filmi (1973, rej. N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. “Şahzadə - qara qızıl” film-nağılı (1974, rej. N.Məmmədov və B.Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.

“Günlərin bir günündə” (1975), “Dınqıl sazım, dınqıl” (1976), “Pəncə...Qulaq...Palaz...Tikan” (1976) cizgi filmlərində (rej. M.Pənahi) ibrətamiz məsələlərə toxunulur.

“Şah və xidmətçi” filminin də (1976, rej. N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.

Qarışıq texnikada işlənilmiş “Arzunu yarat” filmində (1977, rej. F.Qurbanova) eksperiment aparılmış, burada aktyor və animasiyadan istifadə edilmişdir. Bunu film-klip də adlandırmaq olar.

Bu illərdə müstəqil olaraq iki film - “Daş” və “Kirpi balası və alma” cizgi filmləri (1977, rej. H.Əkbərov) yaradılmışdır. Böyüklər üçün nəzərdə tutulmuş birinci film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. İkinci film bizi canlı təbiəti qorumağa səsləyir.

“Toplan və kölgəsi” (1977), “Sonrakı peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində də (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.

“Qız qalası əfsanəsi” cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” applikasiya üsulu ilə çəkilmişdir.

80-ci illərin əvvəllərində çəkilmiş “Cücələrim” adlı cizgi filmi (rej. A.Axundov) tez bir zamanda populyar olmuşdur.

N.Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır.

“Akvarium” applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

1984-cü ildə Murmansk şəhərində (Rusiya) təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir.

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə “Münəccimin şagirdi” filmində (rej. A.Məhərrəmov) istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.

“Bir axşam...” (rej. və rəssam F.Qurbanova) filmi - cizgi, qarışıq, ekler filmidir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. Burada aktyor oyunu və rəsmlərlə qurulmuş səhnələr vardır. Filmdəki hadisələr adi bir otaqda, səkkiz yaşlı qız uşağının gözləri önündə baş verir. 1986-cı ildə Alma-Atada XIX Ümumittifaq kinofestivalında film aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizini almışdır.

Adlarını çəkdiyimiz kinolentlərdən başqa 80-ci illərdə daha bir neçə cizgi filmi, o cümlədən ”Yaz oyunları”, “Nar ağacının nağılı”, “Qaravəlli”, “Gəldi kosa”, “Xrizantema yarpağı”, “Çətin məsələ”, “Arzular...arzular...”, “Lovğa fil balası”, “Talada ev” və s. yaradılmışdır.

Bütün bunlarla bərabər ümumilikdə götürdükdə Azərbaycan cizgi filmlərinin bədii keyfiyyəti heç də eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədardır.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.

90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında “Bir dəfə haradasa...” (rej. V.Talıbov), “İthaf” (rej. Ş. Nəcəfzadə), “Oda” (rej. V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rej. A.Məhərrəmov), “Göyçək Fatma”, “Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla” (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.

“Bir dəfə haradasa...” cizgi filmi bizim günlərdə baş verən hadisələr haqqında siyasi satiradır. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.

“İthaf” applikasiya filmi Stalin repressiyasının qurbanlarına həsr edilmişdir. 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalında animasiya filmi diplomla təltif olunmuşdur. 1991-ci ildə Kiyevdə “KROK-91” Beynəlxalq animasiya filmləri federasiyasının (ASİFA) festivalında ən uğurlu debüt üçün mükafata layiq görülmüşdür. 1991-ci ildə Bakıda “Şərqdən baxış” Beynəlxalq kinofestivalında ən yaxşı animasiya filminə görə mükafat almışdır.

“Oda” cizgi filmində dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir.

S.S.Axundovun “Qorxulu nağıllar”ının motivləri əsasında çəkilmiş “Ümid” cizgi filmi “Bizim naməlum kino-2” festivalında rejissora pul mükafatı və priz qazandırmışdır.

“Söhbətül-əsmar” applikasiya filmi dahi Azərbaycan şairi M.Füzulinin anadan olmasının 500-illik yubileyinə həsr olunmuşdur. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur.

Bəstəkar Soltan Hacıbəyovun məşhur “Karvan” əsəri əsasında çəkilmiş “Karvan” cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciələri barədə danışır.

alinti


ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ MEMARLIĞIN İNKİŞAFI

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.


Memarlıq tarixdir - insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Əkərə çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir. Harada tikilməsindən asılı olmayaraq, özlərini müdafiə etmək məqsədi ilə insanlar süni mağara tipli evlərin bir qayda olaraq yer səthindən xeyli hündür məsafələrdə düzəldirdilər. Lakin sonralar inşaat tipinin, konkret olaraq daş hörgüsü meydana çıxdıqdan sonra süni mağaralarda əvvəl azacıq sonralar isə tədricən ciddi dəyişikliklər baş verdi. Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilmyə başladı. Belə binalar adətən dağların və yamacların döşündə inşa olunmuşdur. Hələ hörgü işinə o qədər mükəmməl yiyələnməyən və mənzili lazımi səviyyədə qızdırmağa malik olmayan ibtidai insanlar evlərinin yarı hissəsini yeraltı küyl şəkildə quraşdıraraq yalnız onun yer yüstünə çıxan hissəsini - dəhlizini təbii daşlarla eyvan şəkildə hörüb özlərini dəyişən təbiətin isti-soyuğundan qorumuşdur. Elmi məmbələrdə belə binaların hələ Midiya dövründən çox-çox öncə meydana çıxması və Midiya dövründə geniş yayıldığı qeyd olunur.


Mağara tipli yaşayış binalarının sonrakı inkişaf mərhələlərində daş hörgüdən əvvəllər küyülün ön və yan divarlarında sonra isə arxa tərəfində istifadə olunmuşdur. Tədricən mənzil divarlarının daş hörgü ilə əvəz olunması və insanların bu hörgü ilə bağlı inşaat mədəniyyətinin təkmilləşməsi binaların qazma və yarımqazma formasından yerüstü inşasına gətirib çıxarmışdır.

Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır. Azərbaycan ərazisi müxtəlif təbii-coğrafi şəraitə və iqlim qurşaqlarına malik olduğu üçün burada inşa edilmiş qaradanlar da tədricən yerli iqlim şəraitinə uyğunlaşdırılaraq müxtəlif memarlıq-planlaşdırma xüsusiyyətlərinə malik olmuşdur. Adətən belə evlərdə insanlara məxsus olan ev heyvanları da saxlanılırdı. Tarixi məlumatlara görə Azərbaycanda qaradanlardan XX yüzilliyin əvvəllərinə qədər istifadə edilmişdir.


Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılmışdı.


Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilmişdir.



Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII yüzillər), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrın tədqiqi göstərir ki, VII yüzildən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır. Bu dövrdə yaranmış memarlıq tipləri Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də Əhəmənilər dövründə İranın və ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur.

Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil - eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.


Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.


Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilirdi. Bunlardan indiki İsmayıllı rayonu ərazisində salınmış cavanşir qalası (təqribən VII yüzil) və Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII yüzillər) diqqəti özəlliklə cəlb edir.

Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndlərində IV-V yüzillərə aid tikili qalıqları, Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI yüzil), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII yüzil) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndində Alban kilsəsi (I yüzil), Sos kəndində (IV yüzil), İatsi kəndində (V, VII və VIII yüzillərə aid 4 məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V yüzil), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çaldıran (XII yüzil) kəndlərində, eləcə də Yuxarı Qarabağın başqa bölgələrindəki Susanlıq (IV-VI yüzillər), Vanq (IX yüzil), Traxtik (1094), Tsakuri (1131), Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100), Xaçmaç (1100), Xantsk (1122), Xndzristan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə olunmuşdur.

alinti


QƏDİM DÖVRLƏRDƏ VƏ ORTA ƏSRLƏRDƏ TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.


Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.

Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində - Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.


Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).



AZƏRBAYCAN MƏTBƏXİNİN YARANMASINA VƏ İNKİŞAFINA TƏSİR GÖSTƏRMİŞ FAKTORLAR
Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.

Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı) Dağıstan ərazisində, o cömlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.

Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Bununla bağlı olaraq, qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.

Misal üçün, xəmirdən və dənli bitkilərdən mürəkkəb xörəklər yalnız o halda meydana çıxa bilərdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı çörək bişirilməsinə və çörəyi əvəz edən məhsullara tələbatdan artıq olsun. Yalnız taxılın artığını kifayət qədər uzun bir müddət saxlamaq lazım gələndə mürəkkəb xörəkləri eksperimentləşdirmək və yaratmaq imkanı olurdu. Bu əsrlərcə davam etdikdə, tədricən yeni-yeni xörəklər yaranır və xalqın yaddaşında möhkəmlənirdi. Təkcə "çətən"in (aşsüzənin, süzgəcin arxaik forması) varlığı dənli bitkilərdən və xəmirdən xörək hazırlanmasının tarixini eramızdan 5-6 min il əvvələ aparır və sabit məhsul, müvafiq olaraq əkinçiliyin yüksək səviyyəsi haqqında danışmağa imkan verir.

Böyük miqdarda taxıl məhsullarının istehsalı yüksək əkinçilik mədəniyyəti, suvarma sistemlərinin olması, heyvandarlığın inkişafı haqqında və s. xəbər verir.


Bütün bunlar oturaq həyat tərzi olmadan mümkün deyildi.

Qeyd etmək gərəkdir ki, Göney Qafqazda mətbəx üçün zəruri olan xammalı əsasən, yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olan azərbaycanlılar istehsal edirdilər. Məsələn, gürcü alimi M.İ.Tkeşelov 1888-ci ildə keçmiş İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlılar haqqında yazırdı: "Kəndlərdə taxılçılıq, əkinçilik və bağçılıqla məşğul olurlar. Təbii ki, düzənlik yerlərdə, yaylaqlarda təkcə heyvandarlıqla məşğul olmurlar, azərbaycanlılar əsasən, çay sahillərində yaşadıqlarından onları əkinçi xalq adlandırmaq olar. Söyləyə bilərik ki, azərbaycanlılar demək olar hər yerdə çay sahillərində yaşayırlar, halbuki ermənilər yalnız dağlıq yerlərdə məskunlaşıblar".

E.K.Artamanov 1889-cu ildə İran barədə yazarkən qeyd edirdi ki, "taxılı daha çox Azərbaycan, Xorasan, Kirmanşah, Fars, İsfahan və Yəzd verir".

Q.V.Soloqub 1852-ci ildə yazırdı: "Ermənilər öz fəaliyyətlərini əsasən ticarətə və var-dövlət yığmağa yönəldirlər. Azərbaycanlılar isə öz növbələrində yaşayış yerlərinə müvafiq olaraq öz fəaliyyətlərini əkinçiliyə və maldarlığa yönəltmişlər və Zaqafqaziyada əsas istehsalçı elementdir".

İ.V.Seqalov 1902-ci ildə qeyd edirdi ki, "Müsəlman xalqı əsasən, Bazarçay, Ayrıçay, Bərgüşad, Oxçuçay və onların qollarının, eləcə də Arazın sahillərində yaşayırlar; erməni əhalisi isə sərt təbiətli dağlıq yerlərdə pərakəndə halda yaşayırlar. Erməni kişilərinin çox böyük hissəsi (15 yaşdan 40 yaşadək) ehtiyac üzündən hər qış Xəzər sahillərinə, Bakıya və Tiflisə qazanca yollanırlar. Burada onları nökərçilik xidməti, küçə həyatı cəlb edir. Azərbaycanlılara gəldikdə, onlar düzənliklərdə və yaxşı əkinçilik şəraitində yaşayırlar".

Bu əlbəttə, təbii prosesin gedişində olmuşdu. Digər xalqlar gələnədək bütün məhsuldar torpaqlarda yerli əhali məskunlaşmışdı və onlar tərəfindən istifadə olunurdu. Bunu erməni alimi Q.A.Yezov da (1908-ci il) təsdiq edir: "Yeni vətən erməniləri o qədər də xoş qarşılamadı, çünki sərbəst dövlət torpaqları çox az idi".

Səyyahların, alimlərin, tacirlərin, diplomatların və digərlərinin qeydləri, eləcə də arxeoloji qazıntılar sübut edir ki, bu torpaqlarda qədimlərdən bəri çox böyük həcmdə taxıl, düyü, küncüt, soya bitkiləri, çuğundur, qovun, qarpız, üzüm, alma, nar, heyva və buna bənzər digər əkinçilik, bağçılıq və bostançılıq məhsulları yetişdirilirdi.

Bitkiçiliyin bu məhsulları, eləcə də təzə və qurudulmuş balıq, kürü, bal, kərə yağı və digər heyvandarlıq məhsulları ilə nəinki yerli əhali təmin olunur, həm də qonşu, yaxın və uzaq ölkələrə ixrac edilirdi. Bu təkzibedilməzdir ki, əsrlər boyunca Qafqaz bazarları azərbaycanlılar tərəfindən istehsal edilən heyvandarlıq və bitkiçilik məhsulları ilə təmin olunurdu. Misal üçün, Y.D.Anqabadze və N.Q.Volkova, "Köhnə Tiflis" kitabındakı qaynaqlara istinadən yazırlar: "Tiflis bazarlarına pendiri əsasən osetinlər, azərbaycanlılar gətirir, pendiri habelə, borçalılar (azərbaycanlılar - T.Ə.) da satırlar. Tiflis bazarlarında Azərbaycandan, Göycə gölündən (həmin ətraf Ermənistana veriləndən sonra "Sevan gölü" adlandırılır - T.Ə.) gətirilmiş qızıl balığa böyük tələbat var idi".

Beləliklə, Zaqafqaziyada zəngin mətbəx yaratmaq və inkişaf etdirmək imkanına, mətbəx üçün güclü xammal bazasına malik əsas xalq azərbaycanlılar olmuşlar.

Erməni, gürcü, fars və digərlərinin mətbəxlərində xörəklərin böyük əksəriyyətinin mənşəyinin ad etibarı ilə Azərbaycan türklərinə bağlılığı məhz bu faktla izah edilir.

İqlimdən sonra mətbəxə təsir edən başlıca faktor - ocaqdır. Misal üçün, Slavyan mətbəxində, xüsusən də rus mətbəxində bir çox şirin kökələr, suda bişmə və pörtləmə xörəklər rus sobasının imkanları ilə ortaya çıxmışdır. Azərbaycan mətbəxinin yaradılması və inkişafı çox böyük dərəcədə təndir, körə, buxarı, külfə, çala ocaq, sac, manqal və s. açıq və qapalı ocaqların çoxlu sayda növlərinin olması ilə bağlıdır.

Özünəməxsus qab-qacaqlar və mətbəx ləvazimatı da bizim mətbəxə müəyyən təsir göstərib. Günü bu gün də bizim evdar xanımlar heyvan dərisindən, daşdan, ağacdan, gildən, şüşədən, metaldan və s. ən müxtəlif qab-qacaqlardan istifadə edirlər.

Azərbaycanın xalq mətbəxində yanacaq qismində indiyədək qaz və elektriklə yanaşı, odun, odun kömürü, təzək və s.-dən istifadə edilir. Təzəkdən istifadə xüsusi maraq doğurur. Təzəkdən istifadə edildiyi yerlərdə ağacların və kolların yanacaq üçün doğranması azalır. Təzəyin hazırlandığı və istifadə edildiyi yerlərdə ciyər xəstəlikləri və nəfəs yollarının xəstəlikləri olmur. Hind alimlərinin tədqiqatlarına əsasən təzəyin yanması zamanı əmələ gələn tüstü antiseptik xassələrə malikdir.

Xalqın kulinar mədəniyyətinin səviyyə göstəricilərindən biri həmin xalqın suya, onun təmizlənməsinə münasibəti və sudan istifadə bacarığıdır. Qədimdən Azərbaycan xalqı suyu ağ və qara deyə iki yerə ayırır. Tərkibində çoxlu duzlar, ionlar, metallar olan su - sərt, qara sudur. Və əksinə, tərkibində ionların, metalın və duzların az olduğu sular - yumşaq su hesab olunur.

İçkilərin və xörəklərin hazırlanmasında yalnız, yumşaq ağ sudan istifadə olunur. Çayların, arxların, kanalların sahillərində həmişə salxım söyüd basdırılır. Söyüdün antimikrob xassələrinə malik kökləri, budaqları və s. hissələri suyu sağlamlaşdırır. Bu məqsədlə, içində su olan qablara salxım söyudun budaqlarından kəsib atırlar. Bəzən suya gumuş əşya da atılır. Bu olmadıqda sudakı qatışıqların çökuntu verməsi uçun içində su olan xususi qaba ərik çəyirdəkləri atırlar.

Bəlkə də, tarixdə suyun birinci və ən yaxşı təbii təmizləyicisi indiyədək azərbaycanlılar tərəfindən istifadə edilir. Bu - suyu təmizləmək uçun istifadə olunan su daşıdır. Su daşı qara və ya ağ qumdaşından hazırlanmış içi oyulmuş piramidaya oxşayır, onun zirvəsi aşağıya doğru olmaqla xüsusi ağac dayaqların üstünə yerləşdirir və altına təmiz suyun yığılması üçün qab qoyurlar. Daşı su ilə doldurur, bir çox hallarda suyun içinə gümüş əşya və ya söyüd budağı atırlar. Daşın kapilyar məsamələrindən keçən su damcı-damcı aşağıdakı təmiz su qabına yığılır və bu zaman su təkcə təmizlənmir, həm də daşın məsamələrindəki təzyiqin fərqləri sayəsində və kapilyardan keçməklə təbii yolla sərinləşir.

Qeyd etmək gərəkdir ki, yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir. Bu isə kulinariyada çıxış nöqtələrindən biri, ocağın qabın çölündən onun içərisinə keçirilməsi, suda su-hava balansının dəyişilməsi, su mühitində qida maddələrinin ayrılma həcminin və buna müvafiq olaraq mayenin dadının dəyişilməsidir.

Mətbəxə təsir göstərən növbəti mühüm faktor xalqın tarixi-coğrafi yerləşmə məkanı, qonşu xalqlarla qarşılıqlı bağlılığıdır.

Qədim ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi mətbəximizə müəyyən təsir göstərmişdir. Ümumtürk etnosuna mənsubluq eyniadlı, eyni kökə malik xörəklərin olmasına gətirib çıxarsa da, Azərbaycan mətbəxini ümumtürk mətbəxinin tacı saymaq olar. Zövq yaxınlığı baxımından Azərbaycan mətbəxi Anadolu mətbəxinə daha yaxındır.

Ərəblərlə uzunmüddəli əlaqələr bizim mətbəxə qəhvə bəxş etmiş, tarixi "İpək Yolu" uzaq Çindən bu yerlərə çayı gətirmişdir. Digər tərəfdən, rus mətbəxi ilə tanışlıq Azərbaycan mətbəxinə "şi" və "borş" (xalq arasında onları ümumilikdə "borş" adı ilə tanıyırlar) gətirmiş, digər tərəfdən Rusiya vasitəsilə təhrif olunmuş, ruslaşmış Avropa mətbəxi ilə tanışlığa imkan yaranmışdır. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə bağlı olaraq Avropa mətbəxi ilə birbaşa tanışlıq başlanır (bu proses günümüzdə də müşahidə edilir) ki, bu da yalnız restoran mətbəxinə təsir göstərmiş, əhalini alüminium qablardan istifadəyə öyrətmişdir və bu müdaxilə əhalinin sağlamlığına zərərdən başqa, xalq mətbəxinə müsbət heç nə əlavə etməmişdir.

Azərbaycanlıların milli mətbəxinə güclü təsir göstərən faktorlardan biri xalqın dini və inanclarıdır. Zərdüştilik, atəşpərəstlik, Avesta fəlsəfəsi psixologiyada, adətlərdə, Azərbaycan xalqının təfəkküründə əksini tapmaqla yanaşı, mətbəxdə də öz əksini tapmışdır. Aşpazın birinci köməkçisinə - ocağa hörmət, bizcə, buradan gəlir. İşığa, oda inamın təsiri altında formalaşmış süfrə adətləri və xörəklər bu gün də canlıdır. Uzun müddət, Azərbaycanda xristian dini mövcud olmuş və mövcud olmaqdadır - bu faktorun da mətbəximizdə izləri qalır. Eyni zamanda, azərbaycanlıların artıq min ildir müsəlman olmaları və islamın mətbəxə təsiri də şübhə doğurmayan faktdır. Qızıl qab-qacaqdan istifadədən imtina, donuz ətindən imtina, spirtli içkilərdən istifadənin yasaqlığı və s. islam ənənələrinin güclü təsirindən söz açır. Müxtəlif bayramlar, ayinlər və oruc tutmaq da mətbəxə güclü təsir göstərmişdir.

Qeyd edək ki, dinlə bağlı olan mətbəx adətləri, qadağalar, məsləhətlər xüsusi tədqiqatların obyektidir. Burada yalnız bunu qeyd edək ki, dinin, xüsusən də islamın qidaya və qida məhsullarına tələblərinin ciddi elmi bazası var. Məsələn, islamda meyvələri və dənli bitkiləri onların qabığını təmizləməklə yemək məsləhət görülmür. Amma elmdə yalnız bu yaxınlarda kəşf etmişlər ki, suda həll olunan vitaminlərin və mikroelementlərin əsas hissəsi bitkilərin öz qabığında olur və s.

alinti


TARİXİ SƏNƏDLƏR


Kürəkçay müqaviləsi

Gülüstan müqaviləsi

Türkmənçay müqaviləsi
Azərbaycan Xalq Cumhuriyyəti ( 1918-1920)


İstiqlaliyyət bəyənnaməsi
Azərbaycan Sovet Sosialist Resublikası


Qars müqaviləsi (1921-ci il 13 oktyabr)

"Dağlıq Qarabağ Muxtar Vilayətinin" yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekret

SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında.

SSRİ NAZİRLƏR SOVETİ Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml
Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında
Azərbaycan Respublikası


Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
BMT


Qətnamə 822

Qətnamə 853

Qətnamə 874

Qətnamə 884

ATƏT


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi, Şuranın birinci əlavə görüşü, Helsinki, mart 1992-ci il. Nəticələrin xülasəsi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi 1994-cü il Budapeşt Sammiti

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1996-cı il Sammiti Lissabon 2-3 Dekabr 1996-cı il
AŞPA


Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli Qətnaməsi, 2005 il

Avropa Şurası Parlament Assambleyasının 1690 nömrəli tövsiyəsi, 2005 il



Ön Asiya ərazisində tayfalar

Ön Asiya e.ə. I minilliyin birinci yarısında

Manna dövləti (e.ə. IX-VII əsrlər)


Mada (Midiya) dövləti

Antik Qafqaz Albaniyası


Albaniya e.ə.III əsrdə

Atropatnena Sasanilər dövlətinin tərkibində

Albaniya V-VIII əsrin əvvəlində


Azərbaycan Ərəb Xilafətinin tərkibində



Xürrəmilər Hərəkatı VIII-IX əsrlər



Azərbaycan IX-X əsrlərdə



Azərbaycan XI-XII əsrlərdə



Eldənizlər dövləti (1136-1225 illər)



Azərbaycan XIII-XIV əsrlərdə


Azərbaycan XV əsrdə



Azərbaycan XVI əsrdə



Azərbaycan XVII əsrdə




Azərbaycan xanlıqları XVIII əsrin II yarısında



Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı





(1918-1920-ci illər)



Azərbaycan Respublikasının xəritəsi



alintidir




AZƏRBAYCANIN HƏRB TARİXİ
Qədim və mürəkkəb, keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədinə çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib.


1918-ci ildə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Qeyd olunduğu kimi, 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik iş&#