Azerbaycan Ata Sözleri

 

Azerbaycan Ata Sözleri



Kitabi-Dədə Qorqud” dastanlarında işlənmiş atalar sözləri

.Ağır yüklər zəhmin qatır bilir.
2.Ağlamaqla nəsnəmi olur?
3.Adam içməz acı sular sızınca,sızmasa yey.
4.Ayrı-ayrı yollar izin dəvə bilir.
5.Aldadıban ər tutmaq övrət işidir.
6.Allah-Allah deməyincə işlər önməz.
7.Alp ərə qorxu vermək eyib olur.
8.Alp ər ərdəb adın yatırmaq eyibo lur.
9.Ana haqqı,Tanrı haqqı.
10.Arı könüldə pas olsa,şərab açar.
11.Ata adını yürütməyən xoyrad oğul,ata belindən enincə enməsə yey.
12.Ata adın yürüdəndə dövlətli oğul yey.
13.Ata dururkən oğul əlimi öpərlər?
14.Ata ayağı kölük,ozan dili çevik olur.
15.At qulağı saq olur.
16.At yeməyən acı otlar [bitincə],bitməsə yey.
17.At işləməsə,ər öyünməz.
18.At işlər,ər öyünər.
19.Baba malından nə fayda,başda dövlət olmasa?
20.Baş əsən olsa,börk bulunmazmı olur?
21.Başıma qaxınc,üzümə toxunc.
22.Bir dama dirək ururlar,o dama dayaq olur [durur,şöylə ki,dayağı gedirsələr,dam yıxılar].
23.Bir yigitin Qaradağ yumrusunca malı olsa,yığar durur,tələb eylər,nəsibindən artığın yeyə bilməz.
24.Bu dünyayı ərənlər əql ilə bulmuşlardır.
25.Qaravaşa don geyirsən,qadın olmaz.
26.Qaraqoç atlar əsən olsa,qulun doğar.
27.Qaraqoçlar qarısa,kürüm verməz.
28.Qara eşşək başına üyən ursan,qatır olmaz.
29.Qardaşlı yigitlər qalxar-qopar olur.
30.Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa,ağlayuban dörd yanına baxar olur.
31.Qarı duşman dost olmaz.
32.Qadir Tanrı verməyincə,ər bayımaz.
33.Qədəmi qutsuz gəlin deyincə,udsuz gəlin desinlər.
34.Qız anadan görməyincə öyüd almaz.
35.Qızların yolu əvvəldir.
36.Qırımından dönməsə,qaşmasa,ərlik yaxşı.
37.Qolça qopuz götürüb eldən-elə,bəydən-bəyə ozan gəzər.
38.Qonağı gəlməyən qara evlər yıxılsa yey.
39.Qurd ənigi yenə qurd olur.
40.Qurd üzi mübarəkdir.
41.Daim gəldiyində dursa,dövlət yaxşı.
42.Dəvəcə böyümüşsən,köşəkcə əqlin yox.
43.Təpəcə böyümüşsən,darıca əqlin yox.
44.Dərin olsa batırar,yayanın umudu olmaz.
45.Doğru yolu görürkən,əyri yoldan gəlməyəlim.
46.Dövlətli oğul qopsa,ocağının gözüdür [tirkeşində tiridir].Dövlətsiz oğul qopsa,ocağının külidir.
47.Dünlə karvan köçdüyün torağay bilir.
48.Əl-aqibət,uzun yaşın ucu ölüm,axırı ayrılıqdır.
49.Əzəldən yazılmasa,qul başına qəza gəlməz.
50.Ər ağırın,ər yünüsün at bilir.
51.Ər,ərdən adın yaşırmaq eyib olur.
52.Ər malına qıymayınca adə çıxmaz.
53.Ər comərdin,ər nakəsin ozan bilir.
54.Əski donun biti,öksüz oğlanın dili acı olur.
55.Əski pambıq bez olmaz.
56.Əcəl vədə irməyincə kimsə ölməz.
57.İklü ulalur,qabırğalı böyür.
58.İssiz yerin qurdu kimi ulaşdılar.
59.Yad oğulu saxlamaqla oğul olmaz,böyüyəndə salır gedər,gördüm deməz.
60.Yalnız yigit alp olmaz.Yovşan dibi bərk olmaz.
61.Yapaqlı gökcə çəmən güzə qalmaz.
62.Yapa-yapa qarlar yağsa,yaza qalmaz.
63.Kişi qoynunda yatan halalına sirrini deməzmi olur?
64.Könlün yuca tutan ərdə dövlət olmaz.
65.Kül təpəcik olmaz.
66.Gəlimli,gedimli dünya!Son ucu ölümlü dünya!
67.Gənəz yerlər çəmənlərin qulan bilir.
68.Gen qapıyı qoydu,dar bacadan çıxdı.
69.Getdikdə yerin otlaxların keyik bilir.
70.Mən aşağı qulpa yapışıram,sən yuxarı qulpa.
71.Nə yerdə sızlayır varsa,çəkən bilir.
72.Oğuzun arsızı Türkmanın dəlisinə bənzər.
73.Oğlan quş ürəkli olur.
74.Oğlan atadan görməyincə süfrə yaymaz.
75.Oğul atanın yetiridir,iki gözünün biridir.
76.Ölən adam dirilməz.
77.Öyünməklə övrət ər olmaz.
78.Su haqq didarın görmüşdür.
79.Tanrının birliyinə yoxdur güman.
80.Təkəbbürlük eyləyəni Tanrı sevməz.
81.Ulaşıban sular daşsa,dəniz olmaz.
82.Çıxan can geri gəlməz




Azerbaycan Ata Sözleri
 
İnsan qüsurlarının tənqidi haqqında
Abdalın qarnı doyunca, gözü qapıda qalar.
Abırlı abrlndan çəkinər, abırsız nədən çəkinər.
Abırsızdan abrını gözlə.
Ağa gətirər navala, xanım tökər çuvala.
Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
Ağzına çullu dovşan sığışmır.
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
Ağıllı olan bir dəfə aldanar.
Ağır otur, batman gəl.
Adam var ki, adamların naxşıdır, Adam var ki, dindirməsən yaxşıdır.
Adam olmayan yerdə adamdır.
Adamın başına nə bəla gəlsə, dilindən gələr.
Adı it dəftərində də yoxdur.
Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
Aza qane olmayan, çoxa çatmaz.
Ay doğar gədiyindən, Utan bir dediyindən.
Ayı qandı, abid qanmadı.
Al - ver deyiblər, al vermə deməyiblər.
Ala itdən məşhurdur.
Aldığını verməz, bildiyini deməz.
Alim olmaq asandır, adam olmaq çətin...
Artıq tamah baş yarar.
Arı yeyib, namusu atıb dalına.
Bağa qınından çıxdı, qının bəyənmədi.
Bazarın bazar, qadam sənə mərdumazar!
Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
Başını yarıb, ətəyinə qoz tökür.
Başından böyük danışma.
Başı daşa dəyməyincə ağlı başına gəlməz.
Belə otlayan idin, niyə arıq düşdün?
Beşdə alacağın yox, üçdə verəcəyin.
Bədəsil əsil olmaz, boyunca qızıl qala.
Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər.
Bildiyini babasına da verməz...
Bir ac qudurar, bir yalavac.
Bir dadanandan qorx, bir qudurandan.
Bir versən bir də istər, Yatmağa yer də istər.
Bir qəpiklik qutab kimi özünü ortaya soxma.
Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən.
Bir ziyandan min böhtan doğar.
Bir gözü alça dərir, bir gözü gavalı.
Bir napakdan qorun, bir də köpəkdən.
Bir tikəni bilməyən, min tikəni də bilməz.
Birə bir deyiblər, birə iki deməyiblər.
Boşdan bir çıxar, bərkdən iki.
Boyaqxana küpünü azdırma.
Bu uşaqlıq deyil, şıltaqlıqdır.
Buğda göstərir, arpa satır.
Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
Burda mənəm, Bağdadda kor xəlifə.
Burnun girməyən yerə başını soxma.
Bığdan götürüb, saqqala qoyur.
Varlılığa tələsən, yoxsulluğa tez düşər.
Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz.
Qazan qarası gedər, üz qarası getməz.
Qazancını it yeyər, yaxasını bit.
Qaydanı pozan peşman olar.
Qayınananın gücü qızına çatar.
Qamış ola, gomuş ola, görməmiş ola...
Qanmaza qoşulanı qanmaz çağırarlar.
Qanı qan ilə yumazlar.
Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən.
Qapıdan qovursan, bacadan gəlir.
Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur.
Qaraçı bir ələk verib, elə bil evə dirək verib.
Kifirə sabun, dəliyə öyüd neyləyər.
Qarğa özün quş bilir, xaşıl özünü aş.
Qarğanı qırğı bilir.
Qarnı tox olan, qayğısız olar.
Qarın başa bəladır.
Qarın qardaşdan irəlidir.
Qarın səndən aşağıdır.
Qəlb odur ki, qəlbindəkin deməyə...
Qorğaya öyrənən çərəzsiz qalmaz.
Qonaq bu il burdadır, gələn il də sərasər.
Qonağa get deməzlər, altından palazı çəkərlər.
Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər.
Qurddur, qoyun dərisinə girib.
Qırqovul kimi başını kola soxub, elə bilir görünmür.
Dağarçığını çuval yanına qoyur.
Dadanan qudurandan pis olar.
Dedi - qodu ev yıxar.
Demək olmur gözün üstə qaşın var.
Dəymişin qoyub, kalın dərir.
Dəli qazandı, ağıllı yedi.
Dəli qırmızı sevər, gic - sarı.
Dəli dəlini görəndə çomağını yan tutar.
Dərə xəlvət, tülkü bəy...
Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar.
Dilinin bəlasını çəkir.
Dilim səni görüm dilim-dilim olasan.
Dili dost, qəlbi qara.
Dini yeyib, imanını dalına atıb.
Diriyə hay verməz, ölüyə pay.
Dolunu yeyib, boşa təpik atır.
Duzu yeyib, duzqabını sındırır.
Dığ-dığ adamı azara salar.
Eyibli öz eybini bilsə, başına kilim örtər.
Elə bilir yuxa arasında halva var.
Elə yerdə otur, altına su çıxmasın.
Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
Elə elə ki, nə şiş yansın, nə kəbab.
Eşşək palçığa bir dəfə batar.
Əvvəl arxı tullan, sonra bərəkallah de.
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı.
Ədəbi kimdən öyrəndin, ədəbsizsən.
Əzizim əziz, tərbiyəsi ondan əziz.
Əl qatma harama.
Əlindən bir iş gəlməyən on danışar.
Əsli, nəcabəti olmayana qamçı neylər?
Əhl ilə daş daşı, naəhl ilə yemə aşı.
Zər ilə olan, zor ilə olmaz.
Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
İki canbaz bir ipdə oynamaz.
İlqarı olmayanın imanı da olmaz.
İnsan zülmə tabedir.
İnsan olmayan insan qədrin nə bilər!
İsti aşa soyuq su qatma.
İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
İçdin üzüm suyunu, Tökdün üzün suyunu.
İşini möhkəm tut, qonşunu oğru tutma.
Yanan da mən - yaman da mən.
Yiyəsinə baxıb atın nallayırlar.
Yemə namərd çörəyini, axırda başına vurar.
Yükünü yığdı təpəyə, elə arxa çevirdi.
Yıxılanı vurmazlar.
Yuxarı evə baxıb, aşağı evi yıxma.
Kasıblıq eyib deyil, oğurluq eyibdir.
Keçi can hayında, qəssab piy hayında.
Kiminin əvvəli, kiminin axırı.
Kişi sözü üzə deyər.
Kişi tüpürdüyünü yalamaz.
Kişini tez qocaldar axşamdan yatan arvad.
Kişinin özünə baxma, sözünə bax.
Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər.
Kor kor, gör gör.
Kor tutduğun buraxmaz.
Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
Köhnə kəndə təzə nırx qoyur.
Quyu var, suyu yox.
Külək kimi hərdən bir tərəfə əsmə.
Gah nala döyür, gah mıxa.
Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
Gedər bağlar qorası, qalar üzlər qarası.
Gedər bu dövran sənə də qalmaz.
Gəlin bəzənincə toy əldən gedər.
Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
Gəmidə oturub gəmiçi ilə vuruşur.
Goru var ki, kəfəni də ola.
Gözlərindən qan damır.
Gözünü qırpdın, sənin deyil
Gündüz gəzər obanı, Gecə sancar dabanı.
Günü günə satmazlar.
Gününü düyünləyib göy əsgiyə.
Meşə çaqqalsız olmaz.
Miyançının kisəsi gen olar.
Milçək bir şey deyil, könül bulandırır.
Nəğdi qoyub, nisyə dalınca düşmə.
Nadiri taxtda görüb, Süleymanı qundaqda.
Nə qanır, nə qandırır.
Niyyətin hara, mənzilin ora.
Od düşdüyü yeri yandırar.
Od ilə oynamaq olmaz.
Od olub aləmi yandırır...
Oddan kül törər, küldən nə törər?
Oynamaq bilmir, deyir: yerim dardır.
Onun üzü - dəvənin dizi.
Ortada tetir, qıraqda gəzir.
Ot kökü üstə bitər.
Oxun atıb, yayın gizlətmə.
Öz ağlını özgəyə vermə.
Özgə evində koxalıq eləməzlər.
Ölüdən də pay istəyir.
Ölünün dalınca danışmazlar.
Örtülü bazar, dostluğu pozar.
Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
Pay verdi, dalınca xəbər göndərdi.
Paxıl artmaz.
Paxıl olmasan dərdin olmaz.
Pişiyi bağlayıb süfrə açır.
Pul verməz, can verər.
Sayanın quluyam, saymayanın ağası.
Saman sənin deyil, samanlıq ki, sənindir.
Sən ağa, mən ağa, inəkləri kim sağa.
Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
Sənə vur dedilər, öldür ki, demədilər.
Sənin ipinlə quyuya girmək olmaz.
Səhər gedər naxıra, axşam gələr axıra.
Sirkə nə qədər tünd olsa, öz qabını sındırar.
Siçandan törəyən kəsəyən olar.
Soğan yeməmisən için niyə göynəyir.
Su bir yerdə qalanda iylənər.
Tazıya deyir tut, dovşana deyir qaç.
Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
Tutub ucundan, gedir ucuzluğuna.
Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar.
Uman yerdən küsərlər.
Üstü bəzək - altı təzək.
Hazırın naziri.
Hamam suyu ilə özünə dost tutur.
Haram malın bərəkəti olmaz.
Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver.
Hələ quyruğu qapı arasında qalmayıb.
Hər işi tutdun, insafı əldən qoyma.
Hər kəs nə eləsə, özünə elər.
Hayasızdan hayanı saxla.
Çanax öz başında sınar.
Çatana çatır, çatmayana bir daş atır.
Çörəyini özü öz ayağı ilə tapdaladı.
Çörək itirən çörək tapmaz.
Canavardan qorxan meşəyə girməz.
Canavarın nə qocası, nə cavanı.
Cəhənnəmə gedən özünə yoldaş axtarar.
Cücəni payızda sayarlar.
Şadlığına şitlik eləmə.
Şaftalı tabağı kimi ortada durma


Azerbaycan Ata Sözleri


Bacanaq bacanağı görəndə qaşınma tutar.
***

Baxmaqla öyrənmək olsa, ittdən qəssab olardı.
***


Balını ye, arısını soruşma.
***

Başaçığın qaçacağı yer – papaqçı olar.
***

Baş – başa vermyincə, daş yerindən qopmaz.
***

Başladığın işi yarımçıq qoyma.
***

Bəy don geydi, hamı dedi: mübarək olsun. Yoxsul geydi, hamı dedi: hardan gətirdin
***

Bilən az deyər, biməyən yüz.
***

Bimədiyin bildiyindən çoxdu.
***

Bilməmək ayıb deyil, soruşmamaq ayıbdı.
***

Bir ağacda gül də bitər, tikan da.
***

Bir aya yeddi oğulu dolandırdı, yeddi oğlan bir atanı dolandırmadı.
***

Bir çörək özün ye, birin də Allah yolunda ver.
***

Bir dadanandan qorx, bir qudurandan.
***


Bir dana bir naxırı korlar.
***

Bir daşla divar olmaz.
***

Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
***

Bir dərdlinin dərmanı o dərdə düşəndən al.
***

Bir gün duz yediyin yerə qırx gün salam ver.
***

Bir it hürməklə karvan qayıtmaz.
***

Bir küllükdə iki xoruz banlamaz.
***

Biri od olanda biri su olsun gərək.
***

Biri ölməsə, biri dirilməz.
***

Birin gör - fikir elə, birin gör – şükür elə.
***

Boş araba çox səs salar.
***

Boş sünbülün başı yuxarı olar.
***

Böyük balıq kiçik balığı yeyər.
***

Böyük böyüklüyün bilməsə, kiçik də kiçikliyin bilməz.
***

Böyük loxma çeynə, böyük söz danışma.
***

Böyüksüz evdə xeyir-bərəkət olmaz.
***

Böyüyün tanımayan qibləsin də biməz.
***

Bu cırım, bu cındırım, mən durum necə sındırım
***

Bu darı o aclığa çatmaz.
***

Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.
***

Dil var bal - gətirər, dil var – bəla gətirər.
***

Dirini öldürmık olar, ölünü diriltmək olmaz.
***

Dost başa baxar, düşmən ayağa



Azerbaycan Ata Sözleri
 

Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
Ac toyuq yuxusunda darı qörər.
Aclıq sofiliyi pozar.
Aclıqda darı cörəyi halvadan sirin olar.
Aclıqdan kimsı ölməz, ölən toxluqdan ölər.
Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olamz.
Acını dadmayan sirini bilməz.
Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa çulu.
Adam aşını – işini bilməlidir.
Adam var – adamlarin naxşidi, adam var – eşşək ondan yaxşıdı.
Adam yanıla – yanıla öyrənir.
Adamı qılınc öldürməz, tənəli söz öldürər.
Adamı söz, kababı köz yandırar.
Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
Adamın başına nə gəlsə dilindəndir.
Adət qanun deyil, amma qanun qədər hökmü var.
Adilin qəzəbındən qorxmaq gərək, zalımın sükutudan
Ağ divara hansı rəng çəksən tutar.
Ağ evi görəndə qara evı yaddan çıxartma.
Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
Ağ parçaya ləkə tez düşər.
Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlın tapıb.
Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
Ağıllı düşmən nadan dostdan yaxşıdır.
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
Ağıllıynan çəkişmək cahilnan halva yeməkdən yaxşıdır.
Ağır qazan gec qaynar.
Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
Ağır otur, “ağa” desinlər.
Ağladan yanına get, güldürən yanına getmə.
Ağlam ölü üçün, ağla dəli üçün.
Ağlamakqla gülmək bacı-qardaşdı.
Ağlamayan uşağa süd verməzlər.
Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
Ağlayanın bir dərdi var, gülənin beş.
Ağlayışın bilməyən ölüsün murdarlayar.
Axar su murdarləq götürməz.
Axmaq it aya hürər.
Axsaq eşşəyin kor nalbəndi olar.
Axşamdan sonra gələn qonağin yeyəcəyi soğandır.
Axsamın xeyrindənsə sabahın şəri.
Al almaya daş atan çox olar
Alan aldanmaz, satan aldanar.
Aldığı bir iynədi, dəmirin batmanın yoxlayır.
Ala it çaqqalın dayısıdı.
Alçaq ata hamı minər.
Alçaq dağa qar yağmaz!
Alçaq yerdə təpəcik özün dağ sanar.
Allah bir qapını bağlayanda bir qapını açar
Allah bu əli o ələ möhtac eləməsin.
Allah boynuzsuz qoçun qisasın buynuzlu qoçda qoymaz.
“Allah” deyən namurad qalmaz.
Allah dəvəyə qanad versəydi, dam – divarı yıxardı.
Allah əsilsizə düşürtməsin.
Allah min dərd verib, min bir dərman.
Allah möminə hər şey bağışlar.
Allah saxlayanı qurd yeməz.
Allah tənbəli sevməz.
Allah var, rəhmi da var.
Allah verəndə bacadan da tökər.
Allah yolunda yox, şeytan yolunda çox.
Allah inanmayana bəndələr də inanmaz.
Allahdan nə gəlsə xoşdur.
Anasına bax qızını al, qırağına bax bezini al.
Anlamaza hörmət elərsən, deyərI məndən qorxdu.
Anlayana milçək sazdır, anlamayana zurna da azdır.
Araba aşandan sonra yol göstərən çox olar.
Arxa su gələnəcən qurbağanın canı çıxar.
Arı qəhrin çəkməyən balın qədrini bilməz.
Arifə bircə işarə də bəsdir.
Armudun yaxşısını meşədə ayı yeyər.
Arsızın üzünə tüpürüblər, “yağış yağır” demiş.
Arvad iki olanda ev süpürülməmiş qalar.
Arvad var ev yığar, arvad var ev yıxar.
Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar
Aslanın balası aslan olar.
At ilə yola çıxan eşşəyin vay halına.**
At oğurlanandan sonra axur nəyə gərək
At olanda ot olmur, ot olanda at.
At ölər – meydan qalar, igid ölər – şan qalar.
Ata nal çalındığın görəndə qurbağa ayaqlarını uzatdı.
Attdan düşüb eşşəyə minməzlər.
Atı satıb eşşək alıb, dumbula-dum, dumbula-duma
Atını bağla dirəyə, sonra Tanrıya tapşır
Atlı qonq itli qonqdan yaxşıdır.
Atnan qatır savaşdı, arada eşşək öldü.
Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
Ay işığına it hürər.
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
Ay gedən it, gəl məni tut.
Ay qaynana, heç gəlin olmamısan
Ayıya dayı deyərlər körpünü keçincən.
Azı bilməyən çoxu heç bilməz



Azerbaycan Ata Sözleri


Ümid, arzu və istək haqqında

Adam adam sayəsində adam olar.
Adamın gərək dili ilə ürəyi bir ola.
Adamın tamarzısı, Hər kəsin öz arzusu.
Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
Allaha əl çatmır, padşaha söz.
Allahdan buyruq, Ağzıma quyruq.
Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
Aman istəyənin boynun vurmazlar.
Arzu bir, ümid iki.
Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
Atın izi itin izinə qarışmaz.
At ölüb, itlərin bayramıdır.
Axtaran tapar, yoğuran yapar.
Ac toyuq yuxuda darı görər.
Bağbanın könlü olsa, nə gəlib bağda bara.
Bal tutan barmaq yalar.
Balıq istəyən özünü suya vurar.
Başına gələn başmaqçı olar.
Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
Bizim evdə də bir gün bayram olar.
Boş çanağı vurur dolu çanağa.
Boyunduruq bilir, öküz nə çəkir.
Bu arxa bir su gəlib, ümid var bir də gələ.
Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
Qabaqca danışma!
Qarğa cəmdək üstə yığılar.
Qoyunu qurda tapşırıb.
Qulağının dibini görəndə...
Quyuya su tökməklə quyu sulu olmaz.
Qurunun oduna yaş da yanır.
Dağ dağa qovuşmaz, insan insana rast gələr.
Dama dama göl olar, dada dada heç.
Diş tutmayanı, dodaq tutmaz.
Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
Dəlidən doğru xəbər.
Dərdlərə dərman olub, dərmansız qalan canım.
Dovşanı araba ilə tutur.
Düzdə gəzdi hərləndi, Gəldi dağa dirəndi.
Elə bil biyara gedir.
Eşit, inanma.
Əli aşından da oldu, Vəli aşından da...
İki qoçun başı bir qazanda qaynamaz.
İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır İlanı Seyidəhməd əli ilə tutur.
İnək bir, sağan iki.
İnsan istəsə dağı dağ üstə qoyar.
İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
İstədiyini deyən, istəmədiyini eşidər İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
İstəyənin bir üzü qara, verməyənin iki üzü.
İstək gözdə olar, məhəbbət ürəkdə.
İstərəm dosta varam, əlim boş, üzüm qara.
İt dəmirçi dükanından nə aparar?
İt də getdi, ip də getdi.
Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
Yağışdan çıxdıq, yağmura düşdük.
Yazıya pozu yoxdur.
Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
Yel aparan yelinki, Yerdə qalan mənimki.
Yeməkdən ümid yaxşıdır.
Yıxılan ağaca balta çalan çox olar.
Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
Keçənə güzəşt deyərlər.
Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
Könülsüz işin axırı olmaz.
Köpəyin qarnı tox gərək.
Kötük üstündə çox budaqlar doğranıb.
Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
Göz görmək üçün, könül seçmək üçündür.
Göz görmür, üz utanmır.
Gözü boynunun ardını görəndə...
Gün batdı - bat, gün çıxdı - çıx!
Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
Nə doğrarsan qabına, o çıxar qaşığına.
Nə əkərsən, onu biçərsən.
Niyyətin hara, mənzilin ora.
Od yanan yerdən işıq gələr.
Olan olub, keçən keçib.
Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
Öz-özünü oda yaxır.
Öz-özünü bəyənən ağam vay.
Ölmə eşşəyim, yaz gələr yonca bitər.
Pis günün ömrü az olar.
Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
Samanlıqda iynə axtarır.
Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından.
Sınan gəmiyə nə külək.
Suda boğulan saman çöpündən yapışar.
Tez duranla tez evlənən uduzmaz.
Toyun axırında zurna belə səslənər.
Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
Toyun əvvəlinə getmə, axırına da qalma.
Toyunda qəlbirlə su daşıyım.
Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
Tula itdən də murdar.
Ucuz ətin şorbası olmaz.
Ürək götürməyəni, əl götürməz.
Fikirdən iti gedən şey yoxdur.
Xəstə tələsər, armud vaxtında dəyər.
Haray üzülən canım, İpə düzülən canım.
Heç kəsin çırağı axıracan yanmayıb...
Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı.
Hər arzu yerinə yetməz.
Hər quşatan, ovçu Pirim olmaz.
Hər deyilənə inanmazlar.
Hərə öz atını minib çapır.
Hər için öz yeri, hər sözün öz məqamı var.
Hər parıldayan qızıl olmaz.
Hər saatın bir hökmü var.
Çarx dolanır, gün keçir.
Çıxmayan cana ümid çoxdur.
Çobanın meyli olsa, təkədən pendir tutar.
Yanan yerdən tüstü çıxar



Azerbaycan Ata Sözleri

 
Valideyn və övlad haqqında

Ana, bala ucundan canını oda yaxar.
Ana qarnında necə qalıbsan?
Anadan əziz yenə anadır.
Anadan əmdiyim süd burnumdan gəldi.
Analar bizi bu gün üçün doğub.
Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
Analı quzu, Xınalı quzu.
Anan, bacın kimdir? - Yaxın qonşum.
Ananın səbri tükənməz olur.
Anasızın gördüyü iş danlaqsız bitməz.
Anası gəzən ağacları balası budaq-budaq gəzər.
Anasına bax qızını al, Qırağına bax bezini al.
Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
Ata-anamı itirdim. Özümü yara yetirdim.
Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
Ata-ana sözünə baxmayan xoş gün görməz.
Ata-ananın canı övlada bağlı olar.
Ataya oğul, anaya qul.
Ata malına göz dikən ac olar.
Atam ilə atanı deyincə, özüm ilə özünü de.
Atam gündəni sayır, anam gündədən kəsir.
Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
Ata olmasan, ata qədri bilməzsən.
Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
Böyüyə hörmət vacibdir.
Böyük danışanda kiçik danışmaz.
Böyük danışanı kiçik götürər.
Böyük sözünə baxmayan, baxımsız qalar.
Böyük tökəni kiçik yığar.
Böyüyün sözündən çıxmazlar.
Qoca başqa, qocaman başqa.
Qoca qurd kahasından çıxmaz.
Qocadan demək, Cavandan əmək.
Qoca evin sütunudur.
Qocaya hörmət elə, sən də qocalacaqsan.
Qocanın biliyi, cavanın biləngi.
Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin.
Qız evlərdə tanınar, ipək dəzgahda.
Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
Övlad ata-ananın ürəyidir.
Övlad ya ataya oxşar, ya anaya.
Ərkəsöyün böyüyən oğul avara olar.
Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
Kiçikdən xəta, Böyükdən əta.
Oğlum oğul olsun, kol dibi evim.
Öz anasını sevməyən, özgə anasını sevməz.
Uşaq atadan yox, anadan yetim qalar, Uşaq, atasını hamıdan güclü bilər.
Uşağa uşaq deyiblər, böyüyə böyük.
Uşaq evin yaraşığıdır.
Uşaq gördüyün götürər, eşitdiyin deyər.
Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar.
Uşaq sözün düzünü deyər



Azerbaycan Ata Sözleri

Birlik və dostluq haqqında

Ağıllı düşmən nadan dostdan yaxşıdır.
Arxalı köpək qurd basar.
Baş-başa verməyincə daş yerindən qalxmaz.
Birisi minə bağlıdır, mini də birə.
Bir gün düz yediyin yerə, qırx gün salam ver.
Birlik harada, dirilik orada.
Bir su ki, girdi qaba, oldu içməli.
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
Qarı düşmən dost olmaz.
Qoyun quzusunun ayağını basmaz.
Qonşu qonşuya baxar, Canını oda yaxar.
Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
Qonşu iti qonşuya hürməz.
Qonşu qonşu olsa kor qız ərə gedər.
Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
Qonşum sağ olsun, ocağından od verməsin.
Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
Qonşunun haqqı axirət haqqıdır.
Qonşu payı dolu gələr, dolu gedər.
Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
Dağ dağa qovuşmaz, insan insana qovuşar.
Doğru dostluq qərəzsiz olar.
Dost başa baxar, düşmən ayağa.
Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
Dost dosta yaman gündə gərəkdir.
Dost dar gündə tanınar.
Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
Dost yaman gündə tanınar.
Dost yolunda boran olar, qar olar.
Dost yolunda can qurban.
Dostluqla tutub, düşmənliklə yıxma.
Dost min isə azdır, düşmən bir isə çoxdur.
Dostun versə qum, Al ovcunda yum!
Ev alma, qonşu al.
Əli ələ vurarsan, səs çıxar.
Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
Yaxşı dostu yaman gündə sına.
Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
Yeməklə dost olan illərlə küsülü qalar.
Yoldaşını nişan ver, özünü tanıt.
Örtülü bazar dostluğu pozar.
Özgə atına minən tez düşər.
Özgə buzovunu güdənin çatısı əlində qalar.
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
Özgəyə quyu qazan özü düşər.
Özgəsinə göz qoyan özünkünü itirər.
Sidq ilə dost olan ürəkdən də bir gərək.
Tək əldən səs çıxmaz.
Həmnişinin bab ilə, Görən desin habelə.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Çox qarışqa bir şiri öldürər.
Çörək itirən, çörək tapmaz







Bayatılarımız şairin gözü və sözü ilə

 
Bayatılarımız şairin gözü və sözü ilə
Əli NƏCƏFXANLI
02:07 / 06.05.2010





Bu günlərdə ünlü şairimiz Məmməd Aslan mənə telefon açıb: “Bir bizə gəl”-dedi. “Bayatılar haqqında yenicə yazıb çap etdirdiyim kitabımdan birini sənə verim, birini də baş redaktorun Həsən müəllim üçün yazmışam, aparıb ona çatdırarsan”. Sevincək özümü ustadın ünvanına yetirdim. Son dərəcə nəfis tərtibatda hazırlanmış bərli-bəzəkli “Bayatı rüzgarı” kitabını alıb heyran-heyran oxudum. Amma kitab da kitabdır ha! Oxuduqca aydan-arı, sudan duru bayatılarımıza təzədən vuruldum. Pakizə naxış və haşiyələrdən, əlvan şəkillərdən də gözümü çəkə bilmədim. Özü də, sözü də o qədər gözəldir ki, adam əlindən yerə qoymağa qıymır bu kitabı...
“Bayatı rüzgarı” yaddaşıma həzin bir sığal çəkib mənə 2008-ci ilin bir payız axşamı Musiqili Komediya Teatrında Məmməd Aslanın bələdçiliyi ilə düzənlənən eyni adlı poeziya məclisini xatırlatdı. Həmin axşam şairin “əsdirdiyi” rüzgar ürəklərimizi xəfifcə titrətmiş, zərif duyğulara kökləmişdi. Budur, indi də bu mükəmməl kitab qarşımdadır.
Şair elə titul səhifəsindəcə yazdığı təqdimatla oxucunu bir anda “ələ alır”. “Hər bayatı üstündə minlərlə insan ruhu dolaşır: minlərlə müəllif! O hesabla bu kitabın saya gəlməz qədər müəllifi var!.. Mən Məmməd Aslan onların mübarək ruhuna katiblik eləməyə çalışdım...” Yetərincə təvazökar, ibrətamiz bir yanaşmadır!
Kitab “Nağıllar nağılı” adlı özəl bir bölmə ilə başlanır. Burada müəllif, işləndikcə tanrı bərəkəti qazanan tükənməz ədəbi xəzinədən yapdığı “bayatı xonçası”nı soyumuzun başına bir təbərrik kimi səpələmək niyyətini açıqlayır. Beləcə “Ömrümüzün bayatı rəngi”nə qaynayıb-qarışır, ağzımızı “Dirilik çeşməsi”nə söykəyib bakirə sözlərə təşnə könlümüzü soyuduruq:

Ballarda beçə balı,
Bal bilən seçə balı!
Bir bayatı çağladı:
Endirdi heçə balı...

Bu “şirin-şəkər” bayatı da, qədim və köhnəlməz şifahi xalq ədəbiyyatı örnəkləri ilə bərabər, ara-sıra verilən bəzi nümunələr də Məmməd Aslanın özünə məxsusdur. Bu cəsarətə haqqı çatdığını sevimli şairimiz öz yaradıcılığı ilə çoxdan sübuta yetirib. Şəkk eləyənlər onun “Güləbird bayatıları”, “Bu dərə- İncə dərə” kimi silsilələrinə nəzər yetirsinlər. Elə buradaca əlavə edim ki, ömrü boyu “sözü-kəlməni səpib-göyərdən”, ruhu ilə başabaş bayatı dünyasına qovuşan şair kitabında Lələ, Qasım, Gülgəz, Xətai, Sarı Aşıq, Vidadi, Dədə Ələsgər, Şəhriyar kimi ulularla yanaşı, tək özünün deyil, digər çağdaş yazarlarımızın də bayatı gülşənindən könül açıqlığı ilə tutduğu ətirli dəstələri oxuculara hədiyyə eləyib.
“Bayatı zirvəsinin əl-ətəyində” bölməsi yuxarıda adlarını çəkdiyim ustad sənətkarlardan daha öncə bu janrda sözünü demiş Əzizi, Ələmi, Əmani, Bikəs, Gülhüseyni, Məsum, Müqabil, Məcruh kimi könül tərcümanları yad edilib. “Zirvə”lər məhz bu zəmində araya-ərsəyə gəlib.

Bikəsəm, gülə damlar,
Gözyaşım gülə damlar.
Dünya dağılsa yeydir,
Solunca gül adamlar.

...İstər-istəməz rüzgara qoşulub gedirsən.Türk boylarının bayatı örnəkləri səni elə sehirləyir ki, Anadoludan olan soydaşlarının, Krım tatarlarının, qaqauzların, ahıskalıların ürək çırpıntılarını lap özününkü kimi eşidirsən, ehtizazlarını özcə damarında, qanında hiss edirsən.

Ay dağlar, nə dağlarsan;
Daşdan kəmər bağlarsan.
Gül səndə, çiçək səndə,
Nə dərdin var, ağlarsan?!

Kitabın “Gülgəzdən örnəklər”, “Lələ”, “Bayatı-ibrətnamələr”, “Məmləkətimizin söz qalaları”, “Dağ bayatıları”, “Güllü bayatılar”, “İnsanı ovqat yaşadır”, “Cinas bayatı”, “Bayatının qohum-qardaşı” kimi bölmələri o qədər maraqlıdır ki, oxumaqdan doymur, elə hey duyğulanır, qürurlanırsan. Bir cümləsindən belə vaz keçmək olmur. Şairanə tədqiqat başqa şeymiş!
“Təhrifə məruz qalmış bayatılar”dan ayrıca danışmağa dəyər. Şair qeydlərində təəssüflənir ki, bunların əksəriyyəti çox məşhur bayatılardır. Sadəcə, fərqinə varmamışıq, ya da özümüzü o yerə qoymamışıq. Məsələn, şairin fəhmin gücünə cinas qafiyələrlə bərpa etdiyi, necə deyərlər, “sınıqlarını bitişdirdiyi” məşhur bayatı indi gör necə də gözəl səslənir:

Səyyada bax, səyyada,
Torun qurmuş sayada.
Toruna bir ov düşmüş,
Yox kimsəsi oyada...

“Sarı Aşıq” bölməsi oxucuya çox unudulmaz təsir bağışlayır. Burada bayatının möhürünü vurmuş, şifahi poeziyamızın Füzulisi sayılan Aşığın bənzərsiz nəfəs hörgüləri, cinaslı deyimləri, Yaxşı adlı bir qıza olan nakam eşqindən yoğrulmuş “Yaxşı və Yetim” dastanı bərədə böyük məhəbbətlə söhbət açılır, sənət gülzarından seçmələr təqdim edilir:

Mən Aşıq, o da giryan,
Çöl giryan, oda giryan.
Dedim: qıraqdan isin,
Demədim: oda gir, yan...

Kitabında müəllif bildirir ki, Aşıq Ələsgər bayatı yazmasa da, onun saysız-hesabsız cığalı təcnislərindən ayrıca çinləyərək bayatı kimi bir güldəstə bağladım. Bunlar sanki bir başqa mətndən qoparılmayıb, elə bu şəkildə yaradılıb:

Mən aşığam, ay ağa,
Piltə yanar, a, yağa.
Mərd sözün üzə söylər,
Heç yapışmaz ayağa.

Bu bölmədə həmçinin sönməz ocağın tanınan şairləri—Dədə Ələsgərin ləfzi, zənguləsi, ahəngi və ləngəri mükəmməl olan qardaşı oğlu Növrəs İmanın, nəvəsi Haqverdi Talıboğlunun, Göyçə nisgilli qardaşı nəvəsi İsmixan Didərginin haqqında müəllifin qələmə aldıqları, onlardan misal gətirdiyi bayatılar da adlarına layiq məqamda yer alıb:

Göyçə yana,
Üz çevir Göyçə yana.
Dünyanı gəz, tapmazsan
Göyçədən göyçək ana!

Məmməd Aslan bayatını nalə və şikəstələrinə görə “bülbül boyda möcüzə” də adlandırır, yığcam biçiminə görə ədəbiyyatımızın “çeçələ barmağı” da. Onun təqdimatında Həzrəti-Bayatı bəzən də baş barmaqdan böyük görünür, kəramətli olur. Özü demişkən, ulu məqsədləri, mərtəbələri ünvanlaşdırır. Şairin fikri gəzişmələri, bədii açmaları, orijinal incələmələri, bax, beləcə, oxucunu sehirləyir, xoş bir “Bayatı rüzgarı”nın qanadlarına alıb uzaqlara aparır.
Əli NƏCƏFXANLI




Azeri Güzel Sözler...!!!

 
Bezen 1 deyqe 1 gune beraberdir, bezende 1 gun bir deyqeye.Zamani deyerli olan tek sey senin menim yanimda oldugun anlardir!!!


Ureyim umulmayan yaralarla bash edemezken bir shirin Ask gulusu ozledi gozlerim ve sen hansi alemde hansi xeyallardasansa gel cunki gulusunu "COX OZLEDiM"


Gozlemek gozeldir gozelim, Donecekse eger gozlenen.... Ozlemekde gozeldir gozelim, Ozleyirse ozlenen....


Ozlediyim ne sensen ne de ki, bir bashgasi... Ozlediyim gerchekden hissetmeden mene seni sevirem demeyecek biri...


Yasamaq ozlemsiz, ozlem sevgisin, sevgi de sensiz olmaz.... Unutma sevmek daima beraber olmaq deyildir. Sen olmayanda da seni urekde yashada bilmekdir


Sesine fesillerin eyildiyi, gozlerine baharin agladigi, aglamish kimi gulmeni, her toxunushda gulecek kimi duran uzunu OZLEDIM....


Balixlarin sevgisini bilirsen? Bir birlerine toxunmazlar amma sevgilerini hemishe ureklerinde hiss ederler. Mende indi sne toxuna bilmirem chunki sen hep menim ureyimdesen....


Telefondaki sessiz nefesine, isti gulumsemene, qarshimda oturub meni suzmelerine hesret qaldim. Inanki seni inanilmaz ozledim....


Sen seni ozleyenin ozleminden xebersiz ozlenmekdesen, sen var ya sen ozlenenlerin ichinde en chox ozlenensen...


Itirmek qorxusu taaa icimdeyken, gozde deyirsen, doneceyem bir gun. Beden gozdemesine gozleyir, cunki elinden hech ne gelimir, ama urek qan aglayir sensiz kechen her gun....:-((


Seni ureyimden ata bilsem ata bilmirem, seni gozlerimden sile bilsem sile bilmirem, Sensizlik acisini cheke bilmirem, Donersen deye qachdim pencereye... Amma yene yoxsan yox yox....


Salam huzun adasi. Men duyqu gemisi. Gecenin qapqaranliginda yaxinlashdim limanina yukum Mutluluqdu. Qulax as gor ne deyir bu ses: Ozledim seni biricin Askim....


Ele onsuzda tebieti de ayriliq uzerine qurubdu yaradan, yarpaq duser ayrilar budaqdan, damla ayrilar buluddan, sevirem deyerkende ayrilir sozler dodaqdann


Yalnizliq gozleyenlerin, umid gozleyenlerin, Xeyal charesizlerin, yagish kuchelerin, Tebssum dodaxlarin, sen ise yalnizca menimsen birtanem....


Yashamaq ozlemsiz, ozlem sevgisiz, Sevgi de sensiz olmaz.... Unutma sevmek daima beraber olmaq deyildir. Sen yoxken bile seni ureyimde yashatmaqdir!!!


Bu gun seni dunenden chox, sabahdan az sevecem...


Yarpaqlar saralib dusherken yere, O, gozel gozlerini chevir goylere... Her gun istemirem ilde bir defe adimi anmagi unutma....


ordasan bilirem amma ulasha bilmirem, Var oldugunu bilirem amma toxuuna bilmirem, Danishirsan bilirem amma eshitmirem, Uzaqdaki sevdiyim seni chox ozledimmm


Qish bahari ozleyer mende seni, Torpaq suya hesret mende sene, Acimasiz bu dunyanin her sheyi yalandi, Sevgisiz bir heyat.... Buna mecburuq.....


Neden bu qeder zor seni sevmek ve tapmamaq, istedikce uzaqlashmaq, dusundukce unutmaq. Neden bu qeder zor seni sevdiyim halda soyleye bilmemek hep bir sheyler gizletmek sene sahib olacagim yerde seni itirmek


Basini sineme qoyub yatanda bir tek dushmenim var idi. "Kecib, gedib, bitecek olan "ZAMAN"


Bir ciceyim vardi, adini ask qoydum, qopardilar, br ciceyim vardi, adini sevgi qoydum, soldurdular, indi de bir ciceyim var adini Hesret qoymusham ne qoparan var ne de solduran...


Ashqina tutulub goz yashi token, Sensizliyin acisini illerce cheken, her an ashqindan boynunu buken, O menim konlumdur,,, Al bu da Konlum


Yalnizliq ne mavi derinlikleri olan denizlerde, nede isti chollerde olmaqdir, yalniliq bu sheherde seni axtarib tapmamaqdir....


Ellerini tutmaqdan deyil bir gun buraxmaqdan qorxuram, aci chekmekden, aglamaqdan deil seni incitmekden qorxuram sen menim tek sevdiyimsen.. Men sensizlikden qorxuram!!!


Eger hayat birgun bize oyun oynayib seni menden alib basqasinin qollarina atarsa, seni tansa qaldiracaq ilk musiqi cenaze marshim olsun canim..


Eger canin sixilirsa gece her zamankinden daha da qaranliq gorsenirse, goy uzune bax ve sabahi dushun, inanki sabahi gozleyen tek sen olmayacaqsan!!!


bir tapancam olsaydi itirmeyi sirtindan, yalnizligi qelbinden, sensizliyi tam alninin ortasindan vurardim


Artiq buludlara yaziram sene olan sevgimi, yagishlar yaganda anlayarsan sene olan sevgimi................


Mene dunya yuvarlaqdi demishdin, dediyin dogrudusa bes niye geri donmedin ciceyim?


Ayriliq da aglarmish Ayriligi yashsaymish.....


Al xenceri vur qelbime,ureyim qana bulansin,amma cox derine getme cunku orda sen varsan


Dusunuremde dusuncelerin en gozeli meni dusunub dusunmedigini dusunurken dusundugunu dusunmeyim olsa gerek diye dushunurem


Qelbim 24 saat huzurunuzdadir...


Bu dunyada yashsaqda biz,
Men sensiz, sende mensiz,
GOyde ay yerde deniz,
Sevgimizden Ebedi iz...


gozlerdesen dillerdesen yarim basqa ellerdesen mennen uzax olsan bele sen menim ureyimdesen


Bu gece yagishla bir yerde goz yashlarim yagir ve adini yazir sensizlikle qivrilan yollara. Suzulen her damlada sen vardin ve yene de sen varsin gecenin en qaranliq aninda. O, doya doya baxa bilmediyim gozlerimin ichinde bir tebessumunden gul achsaydi yanaglarinda yetmezmiydi? Bir baxishin bir omre deymezmiydi sevdiyim?


Bir gun ayrilacagim ucun sevseydim seni, adini qelbime deyil, gunesh cixdigi zaman pencereden silinen shehlere yazardim....


Firtinalar insanin denizi sevmesine engel ola bilmez Birtanem.....!!!!


Heyatda hech bir shey ilk ashkin yerini tutamaz, insan sevse de ilk ashk unutulmaz...


Eger sen mene gozlerinle deyil ureyinle baxmish olsaydin, seni ne qeder sevdiyimi qisa zamanda anlardin,,


Biri var uzaqlarda qishqirir, Biri var uzaqlarsda seni ozleyir, Biri var uzaqlarda seni sensiz yashamaqdan qorxur,, Biri var uzaqlarda seni chox amma lap chox sevir!!!


Dushen her yagish damlasi, sene olan sevgimi xatirlatsin Birtanem....


Bir az seni taniyirlar bir az da meni, amma ne bilirler bu delinin seni deli kimi sevdiyini...


Bu dunyada sevme, sevsen hesret chekdirme, chunki seven sevilmez, sevilende qiymet bilmez...


Dunyan ele qaralsinki, gozlerini aydinlatan tek ishiq gozlerim olsun...


cani canani ucun sevse canani sever,cani ucun kimki canani sever cani sever....,


En gozel sabahlar senin olsun, sen buna layiqsen, omrun mutluluqlarla dolsun, eger gun gelirde meni unutursan, inan ureyim canin sag olsun..


Bir gece ay menden sorushdu. "Niye seni bu qeder agladan birini sevdin?" Aya baxdim ve dedim! "Sen hec goy uzunden vazkece bilersen?"

Birlikde yasaya bileceyin biri ile deyil, onsuz yasa bilmeyeceyin biri ile ol. Geldyiyinde boshluq dolduran biri ile deyil, Getdiyinde yeri dolmayan biri ile ol...


Sevgi lepe-lepe qar yagan 1 gunde budagin altinda gizelenen agappaq sercenin tukunun yere dushduyunu qarlarin arasindan secmekdir.

Yagishli bir gunde yatagina uzanib, xeyalini qurdugun, ve keshki dediyin butun gozellikler Senin olsun Canim...


Sirin biri var idi sevilmeye deyer. gozel biri var idi gorulmeye deyer, yaxsi dostlar var idi ozlemeye deyer. Amma biri varki can vermeye deyer.
O da sensen canimin ici.


Bu gozler bu gozlerdeki sevgini gormeyen o gozleri chox sevir,amma o gozlere baxan yad gozleri hech sevmir.lazim gelse bu gozler o gozlerden yash getirer,lakin sevdiyim o gozler hemin yad gozlere xosh baxir.buna gore de bu gozler chox meyus olur ve daim yash ichinde qalir...


Birgun menden sorushacaqsan...dunyani sevirsen yoxsa meni? men deyecem dunyani...sen kuseceksen..ancaq bilmeyeceksenki menim dunyam sensen..


Yastigimla yuxumu bashbasha buraxdim, sirf seninle yalniz qala bilmek ucun, buda yetmedi ozumude bir kenara atdim indi burda tekce "sen" ve "men" variq.


Ellerin ucurum kenarinda acan bir gul olsa, ve sene toxunsam yixilaram deye deyil, yixilanda elini buraxmamaqdan qorxaram.


bir hiss dagidarsa ureyini, gozlerin bir yerde ilisib qalarsa,
qulaqlarin cingildeyerse bil ki, bir yerde ozlenirsen!


Sevirem! Amma kimi? Dunyanin en sipsirin insanini, Nece? Anlatmasi mumkun olmayacaq qeder!


Denizlerden kagiz, dalgalardan murekkeb, agaclardan qelem duzeltdim. Bir defe sene "Seni sevirem" yazmaq ucun.


sevdiyim gunden her ezabi gordum, her aciya alisdim.yalniz senin
yoxluguna alismadim.indi anladim ki, hesretten, acidan basqa bir sey
vermemisen mene.


pis seyler olmasaydi cehennem bos qalardi,sen qelbimi qirmasaydin bu
qelb sene feda olardi+..seni sevmisdim ezizim.


dunen goy uzune bir ovuc ulduz buraxdim,qaranliginda aydinligim olsun
deye.indi sensizliyi qelbime buraxiram, ayrildigimiz yerden donesen
deye.indi sira sende.gururu bir yere at pesmanliqla sizlayan bu qelbime
geri don ozlediyim.


vaxtindan once cicek acmaz, kuleyin qolunu baqlamaq olmaz ve mendeki
sen bitmedikce ve ya mendeki men olmeyince bu sevgim de bitmez.


Sen dunyanin en gozel yuxusunu gorende tanrinin seni qorumaq ucun gonderdiyi meleyin qanadlari o qeder boyuk olsunki, Sene hec kim toxuna bilmesin.


Ureyim umulmayan yaralarla bash edemezken bir shirin Ask gulusu ozledi gozlerim ve sen hansi alemde hansi xeyallardasansa gel cunki gulusunu "COX OZLEDiM"


Bugece aglayir AY sevibde qovusmayanlar ucun ulduzlar mahni oxuyur sevibde sevilmeyenler ucun bugece mende aglayiram ozleyibde ulasmadigim ucun


Ureyim umulmayan yaralarla bash edemezken bir shirin Ask gulusu ozledi gozlerim ve sen hansi alemde hansi xeyallardasansa gel cunki gulusunu "COX OZLEDiM"


Salam huzun adasi. Men duyqu gemisi. Gecenin qapqaranliginda yaxinlashdim limanina yukum Mutluluqdu. Qulax as gor ne deyir bu ses: Ozledim seni biricin Askim....


Huzun ulduzlari parlayir bu gun goy uzunde bu gece yene icin-icin yaniram. oturmus seni dusunub aglayiram. Seni, gedisini, Sevisini, her seyini ozledim CANIM


Layiq oldugun yer seni qebul etmese bile, geydiyin gelinlik yerine kefen olasa bile, ardindan gozyashi tokenin olmasa bile, Gozdeme artiq donmerem sene, Gozumde dinmeyecek yashim olsan bile....


Hesretimin rengine qarami deyim agarmaq bilmir sonsuz geceler gulerdim de olurdum gorsem omrumden uzansa sensiz geceler....


Seherin mensiz kucelerinde addimlayarken, men sensizliyin kucelerinde bir Sheher qururam ozume...


Usandim umidsiz bagcani gozlemekden, usandim tarla qusunun sesinden, usandim bu urekden ozumden usandim, durub durub SENi OZLEMEKDEN..:-((


Ne zaman KAR bir ressam cemenliyin ustune dusen gulun cixardigi sesin seklini ceke bilse. Bax o zaman seni unudacam!!!


Seni buraxiram bir elvida bile deyemeden. Seni sevirem seni bile goremeden.Seni cox ama inanilmaz derecede sevirem ASKIM.
Unutmaram seni


Seni gorduyum o gunden beri,qelbim perisan,konlum bir deli!


Heyatda 4 sehv etdim. Dogulmaq, yasamaq boyumek ve umidlere sigismaq Bir tek dogru sey eledim Seni sevdim. Ama unutumsam 4 sehv 1 duzu sildiyini


Kulek uzr istesede... Ne fayda... Budaq qirildi bir kere.........


Sen denizde bir damla,axtarib tapmadigim.


Asanmi bir hesreti sensiz yasamaq?asanmi ozlemini duymamaq?


Acinin umudleri yox etdiyi anda,umudlari tezeden dirildecek bir sevgiye
ehtiyac duyarsan hep o bildiyin adresdeyem!


Hardasan ey nazli gunesim,ey gozel sefeq? anladim sensiz olmadi,
olmur,olmayacaq


Bitmis bir askdan geriye sadece sevgi qaliqlari qaldi, bir de xeyalin.


Gunes coxdan yox oldu goy uzunden.umudlerim yixildi yene.yene de
basladi aci bir Hesret.


Bele hissleri cox zor tapmisansa,geleni bilmem amma gedeni aglatirlar!


Seni hiss etmeden yasamagi qebul etdim,ozlemeyi ozume qadagan etdim!


Gullerin de agladigi bir gun vardir!


Bir daha bele sevecek olsam,bir defede silerdim seni!


Nece baslamisdi, bax nece bitti. En gozel duygular silindi getdi. Necede sevmisdim bilirsen seni? Doyamadim sevgilime....


Sen istediyin qeder gizden gunduze bagla buraxdigin geceleri Men meni sevmediyini gunesden oyrenerem Sen seni sevdiyimi birini sevince anlarsan


Yalnizligima caredir sevgin seni her seyden cox sevdim xeyallarimi seninle besledim yene de buraxib getdin. sevgi dolu qelbimi xaraba etdin.


Alisqin deyilem sensiz qalmaga,ayriliga sesin solugun olmayinca dogmur gunes dunyama. sonsuza qeder unutma.
Seni yalniz olum alar elimden


Geldiyin zaman bosluq dolduran deyil. Getdiyin zaman yeri dolmayam ASKIM-san menim!!!


Buraxma meni deye yalvardim donersen dedim inanmadin dediyim oldu bax gordun? Ama cox heyifki gec oldu...
Sensizlikden oldum men!!!


Esl sevgi pislik gorende azalmayan, yaxsiliq gorende coxalmayandir!!!


Hemise qalanlara gedenleri qatdim bir gun yerine kece bilmediler o qalanlara da gedenleri qatdim bir tek sen edemediler. Cetin oldu ayriliq ...Alisamadim


Ayrilirken gozyaslarimi yollarina buraxdim gezdiyimiz yollardaki isiqlari kecirdim ezdiyin her torpagi suladim bir gun donersen yolumu tap deye


Gulu gulene, qelbini sevene ver. ASK-in hediyyesini qiymetini bilene ver sev seni seveni ASK nedir bileni hec bosuna gozdeme buraxib seni gedeni


Keski yalnizligim qeder yanimda olsaydin, keski yalnizligimla paylasdigimi seninle paylassaydim. keski senin adin yalnizliq olsaydi. ve men hemise yalniz qalsaydim...


Gece gunduz bitmeyen Hesretinle yasayiram, Goresen bu Hesret ne vaxt bitecek Birtanem?


Eger heyatimin taleyine yazilibsa sensiz olmaq, men seninle yasayib talesiz olmaga raziyam, Yeterki yanimda ol