Meyxana nedir

Meyxana nedir?(tarihi,formalari,janrlari)





Meyxana - Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrdir. Əsasən Bakı kəndlərində geniş yayılmışdır.

Onu adətən iki və daha artıq şair-müğənni müaşirə şəklində bədahətən söyləyir. Quruluş xususiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxana janrının özünəməxsusluğu, kolorit əlvanlığı daha ifadəlı, dərindir. Meyxanaya bu təkraredilməz görkəmi verən amil-müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkili meyxana janrının qədim tarixə malik olduğunu göstərir.

Tarixi
Təkcə XX əsr ərzində meyxana janrı üç inkişaf mərhələsi keçmişdir. Bu mərhələlər Azərbaycan xalqının həyatında son dərəcə mürəkkəb, ziddiyyətli hadisələrlə dolu dövlərə təsədüf edir. 1920-ci il aprel inqilabından sonrakı dövrdə yeni idealogiyanın yayılması üçün meyxanaya geniş meydan verilir. Meyxana "Tənqid-tətbiğ?" teatrının repertuarında və ümumiyyətlə bədii ədəbiyyatda, o cümleden səhnə əsərlərində mövqe qazanır.

1941-1945 illər müharibə dövründə meyxana xalqımızın sirdaşına çevrilir, ona ürək-dirək verir, ümidini inamını, itiqadını artırır. Əliağa Vahidin faşistləri ifşa edən meyxanaları əskərlərimizin qələbə əzmını yüksəldir.

Keçən əsrin 90-cı illərindən başlayaraq meyxana üçünçü inkişaf mərhələsinə qədəm qoymuşdur. Lakin müstəqillik yoluna qədəm qoyduğumuz bir zamanda meyxana janrına artıq keyfiyyətcə yeni münasibət bəslənir: telekanallarda meyxana yarışları keçirilir, ustad sənətkərlarımız el şənliklərinə dəvət olunur, meyxana topluları nəşr edilir, və nəhayət, meyxana tədqiqat obyektina cevrilir.

Meyxana - xalq şerinin müasir dövrümüzdəkidavamı, inkişafıdır. Hər dövrünün öz meyxanası var. Zamanınnın nəbzini tutan, onu yaradan mühitin koloritini əks etdirən bu janr həmişə folklorla bağlı olub, daim xalqın arzu və istəklərini əks etdirib, dövrün catılmamazlıqlarını qamçılıyıb. Bəlkə buna görə də meyxana vaxtaşırı yazaq olub. Amma yenə də xalqın çətın günlərində meyxana yada düşüb, ürəklərdən tikan çixarıb ümid və sevinc qığılcımları kimi parlayıb qəlbləri ovundurub.

Əgər meyxananı təkcə XX əsr şəhər folkloru nümunəs kimi deyil, qədim tarixi kökləri olan, mənşəyini sufilərdən və onların xələfləri olan dərvişlərdən götürən janr kimi qəbul etsək, belə bir fərziyyə yürüdə bilərik ki, ən populyar ritmik fiqur xalq musiqimizə meyxanadan gəlib.

Meyxananın formaları
Meyxananın forması da onun janr məzmununa qüvvətli təsir göstərir. Bu təsir özünü, ilk növbədə refren-reprizanın rondovari təkrarında büruzə verir. Qafiyəli meyxanalarda bu refren daha geniş və ifadəli olur. Əgər əvvəllər (yəni meyxana yazılı ədəbiyyatdan təcrid olunmuş vaxtlarda) bu jannn yalnız qafiyəli növü musiqilə sıx təmasda olurdusa, hal-hazırda "rədifli" meyxanalar da, az qala, nəğmə kimi oxunur. Müasir dövrümüzdə - meyxananın Abşeronun kənd və qəsəbələrində aparıcı mövqe qazandığı, meyxana toplularının nəşr edildiyi, meyxana gecələrinin keçirildiyi bir zamanda - bu janr xüsusi bir rövnəqlə icra olunur. Bədahətən meyxana deyən şairlər dövrə vurub yerdə əyləşir, tanış ritmi, ostinat formul şəklində icra etməyə əvvəlcədən proqramlaşdınlmış sintezator ilə onları müşayiət edir. Solo söylənən, daha doğrusu, oxunan meyxana bəndindən sonra iştirakçılar qafiyəni xorla təkrar edirlər.

Bundan sonra sintezator qafiyənin instrumental melodiyasını bir daha ifa edir. Bu təkrar növbəti bəndi bədahətən söyləyəcək şairə düşünmək üçün də imkan yaradır. Əlbəttə, bu növ ifadə tərzini yeni adlandırmaq olmaz. Təkcə nağara və qarmonu sintezatorla əvəz etməklə yenilik yaratmaq mümkün deyil. Yenilik icra növündə, sözlə musiqinin təmasında, forma və janrı yaradan ünsürlərin əlaqəsində özünü büruzə verə bilər. Söhbətimizi də məhz bu istiqamətdə aparmaq istəyirik.


Meyxananın janrları
Meyxana janrının quruluş və struktur baxımından bir-birindən seçilən növləri vardır: bunlar a) qafiyəli meyxanalar, b) rədifli meyxanalar, v) beyt meyxanalar, q) qafiyəsiz meyxanalar, bədihələrdir.

a) Qafiyəli meyxanaların kuplet formasına malik olan mahnılarla oxşarlığı barədə söhbət açmışıq. Lakin mahnı-lardan fərqli olaraq, meyxanalar qafiyədən başlanır və refren səciyyəsi daşıdığı üçün, əksər hallarda, aid olduğu məqamın başlıca pərdəsinə əsaslanır. Qafiyəli meyxanalar musiqilə digər növlərdən daha ar-tıq bağlıdır. Onun bəndindəki hər bir misra inkişafm yeni bir mərhələsidir. Belə ki, bəndin ilk qoşa misrası onun ekspozi-siyası, ilkin şərh bölümüdür. Məsələn:

Ana qəlbi ayna kimi təmizdir,
Aydın bir səmadı,
mavi dənizdi,

Qafıyəli meyxanaların ikinci bölümündə onun məğzi, əks etdirdiyi başlıca ideya tərənnüm olunur: Adın şərəflidi, xətrin əzizdi, Ççüncü bölüm (qafiyə ilə) ba]layıcı misradır. Bu bölüm, əksər hallarda, bəndi tamamlayır. O zaman bağlayıcı misra, təbii ki, bəndlə qafiyələnir.

b) Rədifli meyxanaların musiqi forması kuplet-variasiya quruluşlu mahnıları xatırladır:

Gəldi bahar bayramı Novruz günü,
Fərəhlənir el hamı Novruz günü.
Novruz gəlib güllər açıb çəməndə,
Qaranquşlar dəstə-dəstə ötəndə,
Bir təzə ruh gəzər şəhərdə-kənddə,
Dəyişdirir əyyamı Novruz günü.

Rədifli meyxanaların formalaşmasında, eləcə də, musiqi janrı kimi mövcudluğunda xalq mahnılannın, meydan oyun-tamaşalannın, oyunlannın rolu olmuşdur. Bayatı sözlərinə edilən nida tərzli əlavələr kəlmədən başlayaraq bütöv fraza həcminədək ola bilir. Belə əlavələr nəinki xalq, eləcə də, professional bəstəkarlarımızın mahnılarının mətnində geniş istifadə edilir. Təbii ki, belə əlavələr digər poetik janrlarda da özünü büruzə verir. Lakin meyxanalarda, peşəkarların poetik yaradıcılığında olduğu kimi, rədif şerin məzmunu, ideya daşıyıcısı olub titul bənində söylənir, digərlərinin isə son misralarınt tamamlayır. Rədiflər qafıyələrə nisbətən dəfələrlə yı]cam olsalar da, meyxanada nəsə başlıca tonallığa, ilkin ovqata qayıtma - repriz mahiyyəti daşıyır.

v) Beyt meyxanalar, forma etibarilə digər növlərdən fərqlənir. Adından əlli olduğu kimi, beyt meyxanalar, öz ara-lannda, qafiyələnən qoşa misralardan ibarət olur. Bəzi hallarda isə qafiyə qoşa misranı tamamlayaraq rədif əhəmiyyəti qazanır:

Əhval tutmaq yaxşıdır -
Gər, qiyabi olmasa.
Əgər vaxtın bizimlə,
Haqq-hesabı olmasa.
Nəyə gərək o sorğu,
Dil cavabı olmasa ...

q) Qafiyəsiz meyxanalar forma etibarilə, bəndlərdə misralann, poetik qurumlarda isə hecaların sayına görə daha sərbəst quruluşa malikdir. Bəzi qafiyəsiz meyxanalarda bəndlərə bölgü belə aparılmır.


Meyxanaçılar və meyxana musiqi janrı kimi
Meyxana jann peşəkarların yaradıcılığında yaşasa da şifahi surətdə, bədahətən deyildiyi üçün folklor nümunələrindən o qədər də uzağa getməyib. Buna görə də meyxana nümunələri yazılı ədəbiyyatın mövcud janrları kimi tam cilalanmayıb. Əlbəttə, böyük sənətkarların - Mirzə Əbdülxaliq Yusif, Haşım bəy Saqi, Mirzə Səməndər, Əliağa Vahid, Məşədi Azər, Yəhya Molla oğlu, Əhməd Anatollu, Ağadadaş Minuri, Dilqəm kimi şairlərin - söylədikləri meyxanalar bu janrın unudulmaz nümunələridir. Lakin zəif deyilmiş, qeyri-kamil meyxanalar da az deyil. Belə şeirlərdə meyxananın ritmi, forması, janr xüsusiyyətləri təhrif olunur. Bu səbəbdən həmin meyxanalan təhlil etmək çətinlik yaradır, və onların tam janr təsnifatını verməyə əngəl törədir. Şərtləndirilməsi vacib olan daha bir xüsusiyyət meyxananın deklamasiya qaydasıdır. Meyxananın özünəməxsus söyləmə qaydasının başlıca şərti poetik mətni musiqi ritminə salmaqdan ibarətdir. Bu baxımdan meyxana, heca vəznində yazılmış bütün poetik nümunələrdən fərqlənərək, qismən, əruz metrli şeirlərə yaxınlaşır. Musiqi ritmi, poetik metrdər daha ciddi olsa da formul daxilində, sözlərin düzümünə görə, ritmin xırdalanmasına və iriləşməsinə, eləcə də yambik, xoreik dönümlərin bir-birini əvəzləməsinə imkan verir. Belə ritmik variantlılıq meyxananın musiqi janrı kimi qavranmasını təmin edir.


Kinoda Meyxana
Azərbaycan bədii kinosunda meyxana janrının istifadə edilməsi yolları müxtəlifdir. Bu yollar, təbii ki, incəsənətin digər sintetik janrlanndan əsaslı surətdə seçilir. Əlbəttə, biz opera və operettalann ekranlaşdırılmasını nəzərdə tutmuruq. Təbii ki, belə nümunələrdə istər-istəməz, janrın ilkin mənbəyinin mətnindən uzaqlaşmaq mümkün olmur. Məsələn, F.Əmirovun "Sevil" operasının ekranlaşdınlmasında "Komik duet", S.ƏIəskərovun "Ulduz" musiqili komediyasında Məhəmmədlə Züleyxanın dueti olduğu kimi səslənir. Kinofilmlərdə dövrün, eləcə də, müxtəlif janrların təsiri də əksini tapır. "Azərbaycan teatrında meyxana janrı" bölməsində 30-cu illəri nəzərdən keçirdiyimiz zaman meyxanaya, eləcə də, ona az-çox yaxın olan kuplet janrına rast gəlmişdik. Bir qədər sonra kuplet janrı bədii kinoya da yol tapır. Məsələn, 50-ci illərdə ekranlara çıxmış və bu günədək kinosevərlərin diqqət mərkəzindən uzaqlaşmamış "Bəxtiyar" filmindən Gülbadamla Gülcahanın kupletlərini xatırtayaq:

Nə səs-küydür bu gün sizdə, Gülbadaır
Toydu bizim evimizdə, Gülcahan.
Oğlun Əhməd toy eyləyir, Gülbadam?
Yox, canım, babam evlənir, Gülcahan.

Lakin, bilavasitə, bədii filmin dramaturgiyası ilə bağlı olan onun ifadə vasitələrindən birinə çevrilə bilən meyxanaların özünəməxsus ənənələri və istifadə edilmə qaydalan vardır.

Məlumdur ki, kinofilmdə hər şey təsviredici materialla bağlıdır. İstər bədii söz, istərsə də musiqi mütləq təsviri materialı açmağa qadir olmalıdır.


Teatrda Meyxana
Meyxana və bədihələr dövrün çatışmamazlıqlarını qamçıladıqları üçün təkcə XX əsr ərzində dəfələrlə yasaq olub, rəsmi və qeyri-rəsmi olaraq, mətbuatdan uzaq salınıb. Bəlkə buna görə də tədqiqatçılar ona baş qoşmayıb, daha perspektivli janrları araşdırmağı məqsədəuyğun sayıblar. Nəticədə meyxananın xiridarı xalq, məskəni, icra yeri elin şənlik məclisləri, toylar olub. Əlbəttə, belə bir şəraitdə yaranan şeirlərin hamısı yüksək sənət nümunəsi ola bilməzdi. Odur ki, bir janr kimi meyxananın zəif və ya irad tutula biləsi nümunələri də kifayətqədərdir. Yəni Əliağa Vahidin, Mirzə Əbdülxaliq Yusifin, Haşim bəy Şaqinin meyxanaları ilə yanaşı, zaman-zaman qafiyə tutmaq xatirinə, kimisə nəyləndirmək üçün deyilmiş ciliz şeirlər də qoşulub. Elə bunun nəticəsidir ki, meyxana janrına layiq olmadığı, "ara şeri" damğasını vurub, tarixi, nəzəri əsasları ilə bağlı tədqiqat işləri yazmayıblar. Bəzi alimlərin dilindən meyxana janrının ünvanına təhqiramiz sözlər də eşidilir. Məsələn, hörmətli bir filosof alim bu janrı "məhdud əqli imkanları olan insanların qoşduqları orta səviyyəli kupletlər" adlandırmış, digər tədqiqatçı-musiqişunas isə "meyxananı Abşerondan o yana heç kəs tanımır" deyə üz çevirmişdir.

Göstərilən teatr tamaşalarının arasında, aktyorların meyxana deməsiylə, tamaşaçını teatra cəlb etmək xatirinə bu janra müraciət olunur. Bu haqda Qulam Məmmədlinin "Azərbaycan teatrının salnaməsi", Hacağa Abasovun və Əhməd Anatollunun "Xatirələrinin" vərəqləyərkən böyük bir aləmlə üzləşdik. Belə bir reallığı dərk etdik ki,"meyxana dili" az qala XX əsrin birinci rübündə Azərbaycan teatrının öz tamaşacısı ilə ünsiyyət dili, vasitəsi olmuşdur. Belə ki əsrimizin əvvəllərindən səhnəyə yol tapmış meyxana 1921-ci ildə açılış "Tənqid-təbliğ" (Satiraqit) teatrında oynanılan bir pərdəli oyeslərin, tamaşalar arası oxunan kupletlərin janr əsasını təşkil etmişdir. Məhz bu yol meyxananı opera sənətimizin tacı olan "Koroğlu" ya gətirmişdir.

Görkəmli səhnə ustası Hacağa Abasov Tənqid-təbliğ teatrı ilə bağlı xatirələrində belə yazardı. 1921-ci ilin ikinci yarısında Dadaş Bünyadzadənin tapşırığı ilə Mirzağa Əliyev teatr artistləri sırasına daxil edilmişdir... Gündəlik proqrama əlavə olaraq mən və Mirzağa Əliyev musiqi dəstəsinin müşayiətilə duzlu kupletlər deməyə başladıq. Kupletləri M. S. Ordubadi və Əliağa Vahid yazar. Anton isə musiqiyə salardı. Meyxana janrı səhnə aləminə əsrimizin əvvələrində yol tapır. XIX əsrin əvvələrində meydana çıxmış kiçik teatr truppaları oynadıqları vodevil tipli pyeslərdə çoxlu şerlər qoşub, onları xalq mahnıları üstündə oxuyardılar. Məhz bu kiçik tamaşalar, zirvəsini XX əsr professional Azərbaycan musiqisinin banisi Ç. Hacibəyovun dahiyanə "O olmasın, bu olsu" tamaşasında tapmışdır.

Ç. Hacıbəyovun ilk komik səhnə əsərləri "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1910), Ç. Hacıbəyovun "50 yaşında cavan" (1909), "Evliykən subay" (1911) tamaşaları keyfiyyətcə yeni bir janrın musiqili komediya janrının əsasını qoydu. Beləliklə, əsrimizin əvvələrində komik və satirik sözlə oynaq musiqisinin birləşməsi yeni janrın əsasıni təşkil edir. Maraqlıdır ki, " O olmasın, bu olsun" musiqili komediyasında belə meyxana janrı tez bir zamanda yol tapır. Belə ki, hambal rolunun məşhur ifacisi, əməkdar artist Əhməd Anatollu bu tamaşaya meyxana daxil edir. Bu janr vasitəsi ilə əsərin bütün məzmunu qısaca şəkildə şərh edilir. 40-ci illərdə qeyd edilən istiqamətlər yeni mərhələdə inkiçafını tapır. Məşhur qəzəlxan və meyxana ustası Əliağa Vahid yaradıcılığı daha da çiçəklənir, qələmi daha da cilalanır. Musiqili teatr aləmində isə qüdrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Süleyman Ələskərova yanaşı, artıq o zaman tanınmış yazıçı M. S. Ordubadi, görkəmli şair Süleyman Rüstəm, mahir komediya ustası Sabit Rəhman və s. öz yaradıcılıq sahəsində meyxananın janr elementlərindən geniş istifadə edirdilər.

Musiqili komediya janrında isə meyxananın təzahürü daha rəngarəngdir. Bununla bərabər musiqili komediyalarda meyxana xalq yaradıcılığında olduğu şəkildə az təsadüf edilir. Belə nadir nümunələrdən biri kimi Əhməd Anatollunun qoşduğu qafıyəsiz meyxananı məqalədə vermişik. Musiqi janrı kimi də tanınan qafiyəli meyxanalara və ya onların ayrı-ayrı elementlərinə operettalarda komik qəhrəmanların duetlərində təsadüf edilir (S.Rüstəmov "Durna" operasında Kərimlə Nisənin dueti). Operettalarda rədifli meyxanalara da rast gəlmək mümkündür (E.Sabitoğlunun "Hicran" musiqili komediyasından Mitoşla Dadaşbalanın dueti). Qafiyəli meyxanaların quruluş etibarilə kuplet formalı mahnılara yaxınlığı onu musiqi janrları ilə doğmalaşdınr. Meyxananın dəqiq ifadəli poetik dili, satira və yumorlu məzmunu onu musiqili teatrla möhkəm bağlayır